Ekranda canlanan xəyallar...
28.10.2025 [08:51]
Animasiyalar rənglərin və hərəkətlərin sehrli dünyasıdır
Bütün yaşlarda maraqla izlədiyimiz cizgi filmləri hər dəfə bizi fərqli aləmlərə aparır. İçindəki uşağı qorumağı bacaran hamı cizgi filmləri izləməkdən zövq alır. Asan başa düşülən ssenarilər və rəngli personajlı animasiya filmləri uşaqları da əyləndirir, öyrədir və xəyal dünyalarına aparır. 28 oktyabr bütün dünyada Beynəlxalq Animasiya Günü kimi qeyd olunur. Fransız rəssam və ixtiraçı Emil Raynaud Greven Muzeyində bir araya gələn Paris ictimaiyyətinə ekranda təkrarlanan hərəkətli şəkilləri nümayiş etdirib. Həmin şəkillər bir müddət unudulsa da, sonralar hərəkətli rəsmlər ideyası kinematoqrafiyanın baniləri - Lui Lümyer və Ogüst Lümyer qardaşlarının ixtirası ilə birləşərək populyarlıq qazanır. Sonralar kompüterlərin meydana gəlməsilə kompüter animasiyası da yaranır. Hətta hazırda bu texnologiyalar o qədər inkişaf edib ki, bir mütəxəssis üçün ekranda nə gördüyünü müəyyənləşdirmək bəzən çətinləşir və belə bir sual yaranır: Bu canlı filmdir və ya cizgi filmi? Beynəlxalq Animasiyalar Günü bizə bir daha xatırladır ki, hər bir hərəkət, hər bir rəng və fikir bir insanın təxəyyülündə doğulur, sonra bütün dünyaya yayılır. Animasiyanın sehri ondadır ki, düşüncələrə can verir, xəyalı gerçəkliyə çevirir.
Dünyanın 104 ölkəsində...
Beynəlxalq Animasiya Kino Assosiasiyası (ASİFA) 2002-ci ildə animasiya günü Emil Renonun ixtirasının ilk kütləvi nümayişinin 110 illiyi şərəfinə təsis edilib. Bu baxımdan da Beynəlxalq Animasiya Günündə dünyanın hər yerindən animator sənətçilər filmlərinin proqramlarını dəyişdirərək yaradıcılıq premyeraları təşkil edirlər. Hazırda bu cür cizgi film nümayişləri eyni vaxtda Rusiya Federasiyası da daxil olmaqla, dünyanın 104 ölkəsində keçirilir.
Azərbaycan animasiyası...
Azərbaycanda bu tarix 20-ci əsrin 30-cu illərinin əvvəllərinə təsadüf edir. 1933-cü ildə “Azərbaycanfilm” studiyasının bir qrup işçisi kinonun bu növünün istehsalı üçün əvvəlcədən hazırlıq işləri apararaq Moskvadan lazımi materialları alıb gətirib. Həmin il “Lökbatan” və “Neft simfoniyası” sənədli filmlərini çəkərkən texniki animasiyadan istifadə ediblər. “Cat” təlimat filmində isə animasiyadan bütünlüklə istifadə olunub. Film ümumittifaq ekranlarında 1938-ci ilə qədər nümayiş etdirilib. Bu film ekranlara buraxılandan sonra kinostudiyada bir qrup təşəbbüskar ilk dəfə cizgi filmi yaratmağı qərara alır və film üçün mövzu Azərbaycan xalq nağıllarından götürülür.
1968-ci ildə “Azərbaycanfilm” kinostudiyasının direktoru Adil İsgəndərov cizgi filmləri sexini bərpa etdirirək cizgi filmləri üzrə kadrların hazırlanmasına, eyni zamanda, cizgi filmlərinin istehsalı prosesinə diqqəti artırır. Uzun fasilədən sonra məhz həmin ildə yeni milli multiplikasiya filminin çəkilməsi qərara alınır.
1969-cu il fevralın 28-də Nazim Məmmədovun təklifi ilə “Cırtdan” adlı xalq nağılının motivləri əsasında eyni adlı cizgi filminin istehsalına başlanılır. 1980-ci illərin sonunda ölkədə gedən ictimai-siyasi proseslər “Azərbaycanfilm”in yeni iş üsuluna keçməsi ilə əlaqədar yollar axtarması kinostudiya nəzdindəki birlik və şöbələrin müstəqil fəaliyyət göstərməsinə təkan verdi. 1990-cı ilin aprel ayında Sovet İttifaqında ilk dəfə olaraq Azərbaycan multiplikatorları təsərrüfatın icarə formasına keçdilər. Multiplikasiya sexinin adı dəyişdirilib, “Azanfilm” Yaradıcılıq-İstehsalat Birliyi oldu. “Azanfilm” - Azərbaycan animasiya filmləri deməkdir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51

