Yenilməz ordu ilə real qələbələrə doğru
27.10.2025 [19:18]
İntiqam Quliyev
YAP Ağdam rayon təşkilatının sədr müavini
44 günlük müharibəsi yenilməz Azərbayan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hər günü tariximizə Zəfər səhifəsi kimi yazaraq xalqımızı daha da ruhlandırır, ərazi bötüvlüyümüzün bərpa olunacağına, soydaşlarımızın torpaq həsrətinə son qoyulacağına inamı artırırdı. İşğaldan azad edilən Cəbrayıl, Füzuli, Zəngilan şəhərlərinin ardınca Qubadlı şəhəri 2020-ci ilin 25 oktyabrında rəşadətli ordumuz tərəfindən mənfur düşmənlərdən təmizləndi. Qazanılan şanlı Qələbə böyük qəhrəmanlığın, şücaətin, torpaq, Vətən sevgisinin sayəsində, neçə-neçə Vətən övladlarının şəhidlik zirvəsinə ucalması ilə əldə edildi.
Qarabağ münaqişəsinin həllini 30 ilə yaxın uğursuz vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupundan gözlədik. Lakin Azərbaycan dövləti yalnız gözləməklə kifayətlənmədi. Həm iqtisadi qüdrətini artıraraq bütün sahələrdə, o cümlədən ordu quruculuğunda davamlı uğurlara imza atdı, eyni zamanda diplomatik mübarizədə qələbəmizi təmin etmək üçün real həqiqətlərə, tarixi faktlara əsaslanan təbliğatını uğurla davam etdirdi. Ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirən bəzi dünya güclərinə cavab olaraq bildirildi ki, Azərbaycan beynəlxalq hüquqa, BMT Nizamnaməsinə uyğun olaraq beynəlxalq səviyyədə tanınan öz ərazisində müharibə apardı.
Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuş, yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün ilk növbədə strateji yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən, əlverişli movqelərdən istifadə edərək ordumuzun irəliləməsinə maneə yaradirdilar. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərib. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri və strateji yüksəklikləri işğaldan azad edildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədi. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz Qubadlı şəhərini işğaldan azad etməklə şanlı qələbəmizin yeni bir tarixini yazdı. Qubadlı şəhərinin işğaldan azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı.
30 il əzablı, məşəqqətli məcburi köçkünlük həyatı yaşayan insanlarımız öz doğma yurd yerlərinə qayıdıb yaşayacaqlar.
Xəbər lenti
Hamısına baxGündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50

