Britaniyada Daxili İşlər Nazirliyi sığınacaq hotellərinə milyardlarla funt israf edib
27.10.2025 [22:16]
Böyük Britaniya Parlamentinin Daxili işlər komitəsinin hesabatına əsasən, Daxili İşlər Nazirliyi sığınacaq axtaranların yerləşdirilməsi üçün nəzərdə tutulan hotellərə milyardlarla funt məbləğində vergi ödəyicilərinin pulunu “israf edib”.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, hesabatda qüsurlu müqavilələr və səriştəsiz icra nəticəsində nazirliyin tələbatdakı artımla bacara bilmədiyi və hotelləri müvəqqəti həll kimi deyil, əsas yerləşdirmə vasitəsi kimi istifadə etdiyi bildirilib. Deputatların qiymətləndirməsinə görə, gözlənilən xərclər üç dəfə artaraq 15 milyard funtu keçib, artıq mənfəətlərin geri qaytarılması istiqamətində isə lazımi addımlar atılmayıb.
Hazırda hökumət tərəfindən yerləşdirilən təxminən 103 min sığınacaq axtarandan 32 mindən çoxu, yəni üçdəbiri 210 hoteldə qalır. Sığınacaq yerləşdirmə sistemi hazırda 2019-cu ildə əvvəlki hökumət tərəfindən özəl şirkətlərlə imzalanmış və 2029-cu ilə qədər qüvvədə olacaq regional müqavilələr əsasında həyata keçirilir. Bu müqavilələrdə tələb artdıqda ehtiyat yerləşdirmə, əsasən hotellərdən istifadə nəzərdə tutulsa da, bunun yalnız qısamüddətli həll kimi tətbiq ediləcəyi qeyd olunur. Komitə vurğulayıb ki, Mühafizəkarlar hökuməti dövründə bağlanan müqavilələrdə ciddi çatışmazlıqlar olub və nəzarətin zəifliyi səbəbindən bu problemlər uzun müddət nəzərdən qaçıb və aradan qaldırılmayıb.
Hesabata görə, 2019-2029-cu illəri əhatə edən hotel müqavilələrinin dəyəri 4,5 milyard funtdan 15,3 milyard funta yüksəlib. İki yerləşdirmə şirkəti isə hələ də nazirliyə milyonlarla funt artıq gəliri qaytarmayıb.
Xəbər lenti
Hamısına baxDünya
14 Sentyabr 08:52
İdman
14 Sentyabr 08:35
Dünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22

