Azərbaycanda liberal iqtisadiyyatın inkişafı güclü orta təbəqənin formalaşmasını təmin edib
30.07.2011 [14:49]
Respublikamız 20 illik müstəqillik tarixi ərzində çox ağır sınaqlardan çıxaraq bir çox inkişaf etmiş dövlətlərin onilliklər boyu qət etdiyi inkişaf mərhələlərini geridə qoyub. ötən əsrin 90-cı illərinin əvvəllərində xaos, anarxiya, iqtisadi tənəzzül dövrünü yaşayan Azərbaycan bu gün Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən, qlobal enerji-kommunikasiya layihələrinin lokomotivinə çevrilən, bütün sahələrdə sürətlə modernləşən dövlət kimi tanınır. Azərbaycanın müstəqillik tarixinin ən mühüm uğuru isə respublikamızın heç bir dövlət və beynəlxalq təşkilatdan asılı olmadan müstəqil siyasət yeritməsi, milli maraq və mənafeyini qətiyyətlə müdafiə etməsidir.
Prezident İlham Əliyev bildirib ki, keçid dövrünü başa vuran respublikamız bu gün özünün uzunmüddətli inkişaf strategiyasının istiqamətlərini müəyyən edən ölkə kimi tanınır. Azərbaycan dünya miqyasında iqtisadi artım sürətinə görə ön sıralarda gedən islahatçı ölkədir: “Respublikamızda neft və qeyri-neft sektorlarının yüksəlişi, çoxşaxəli iqtisadiyyatın ahəngdar inkişafı təmin olunmuşdur. ümumi daxili məhsul, büdcə və valyuta ehtiyatları ildən-ilə artmaqdadır. Güclü sahibkarlar sinfi və orta təbəqə yaranır”.
Hazırda ölkəmizdə bazar iqtisadiyyatının bütün formaları və əlamətləri mövcuddur. ölkə dövlət mülkiyyətinin inhisarı ilə çoxdan vidalaşıb və hazırda iqtisadi vahidlərin, təsərrüfatçılıqla məşğul olan subyektlərin mütləq çoxluğu iqtisadiyyatın qeyri-dövlət sektorunu əmələ gətirir. Və bu da təsərrüfatın bütün sahələri və istiqamətlərində hakim mövqeyə malikdir. Səhmdar cəmiyyətləri milli inkişafda böyük rol oynayır və iqtisadiyyatın fəal hissəsini təşkil edirlər. Dövlət praktik olaraq bütün aparıcı səhmdar şirkətlərində öz səhm kapitalı payını saxlayıb. ölkədə iqtisadiyyatın bazar infrastrukturu da tam təşəkkül tapıb. Ənənəvi əmtəə bazarı öz yerini kapital, fond, əmək, xidmətlər, informasiya bazarlarının inkişafı sayəsində bu liberal strukturlara verib. ölkəmizdə özəl bank şəbəkəsi tam möhkəmlənib, bank sistemi bazar dəyişikliklərinin maliyyə tərkib hissəsinin dayaq sütunlarına çevrilib. Bütün bunlar liberal iqtisadiyyatın hökmranlığı şəraitində sabit və dayanıqlı orta təbəqə institutunun formalaşmasına əlverişli zəmin yaradıb.
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycanın kursu: sabitləşmədən modernləşməyə doğru” məqaləsində də qeyd olunduğu kimi keçid dövrünü başa vuran respublikamız yeni tarixi və iqtisadi şəraitdə iqtisadiyyatın inkişafı ilə bağlı kompleks islahatlar həyata keçirib, bazar iqtisadiyyatının əsas tələblərindən olan özəl sahibkarlığın inkişafını təmin edib. Bazar iqtisadiyyatına əsaslanan cəmiyyətin bel sütunu adlana biləcək çoxsaylı sahibkarlar təbəqəsinin formalaşdırılmasında mühüm uğurlar əldə olunub. Bu isə cəmiyyətdə orta sinfin yaranmasına, liberal iqtisadiyyatın idarə olunmasında orta təbəqənin güclənməsinə dərin zəmin yaradıb.
Orta təbəqənin formalaşması iqtisadiyyatın inkişaf dinamikasının, pozitiv inkişaf meyillərinin məntiqi nəticəsi kimi səciyyələndirilə bilər. Güclü sahibkarlıq sinfinin formalaşması, orta təbəqənin öz statusunu möhkəmləndirməsi və digər meyarlar keçid iqtisadiyyatının sona çatmasının da əsas təzahürləri kimi qeyd olunmalıdır. Güclü iqtisadiyyat orta təbəqənin üzərində qurulur. Bura özəl bölmənin iqtisadiyyatda xüsusi çəkisi də mühüm rol oynayır. Reallıq bundan ibarətdir ki, Azərbaycan iqtisadiyyatının 90 faizi özəl sektorda cəmləşib, liberal iqtisadiyyatın modernizasiyası bütün iqtisadi sferalarda təmin olunub. Respublikamız iqtisadi sahədə keçid dövrü kimi xarakterizə edilən son dərəcə ağır və üzücü prosesi uğurla başa vuraraq sosial-iqtisadi modernləşmənin keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub.
Onu da qeyd etmək lazımdır ki, hər hansı bir ölkənin orta sinfinin real mənzərəsini bu ölkənin ümumi makroekonomik inkişaf indikatorlarında, onun vətəndaşlarının sosial rifahını xarakterizə edən göstəricilərdə, insan inkişafı ilə bağlı qiymətləndirmələrdə də görmək olar. Bu mənada Azərbaycanın mühüm makrososial pozitiv nəticələrə nail olmasını tam təfsilatı və detalları ilə görmək mümkündür. Azərbaycan insan inkişafı indeksinə görə, son illərdə yüksək nəticələr əldə edib. Qeyd olunan indeks üzrə respublikamızın mövqeyi dünya dövlətləri sırasında əhəmiyyətli dərəcədə yüksəlib. ölkəmiz insan inkişafı indeksinin orta illik tempinə görə MDB dövlətləri arasında son 10 il ərzində aparıcı dövlət olub. Azərbaycan insan hüquq və azadlıqlarının qorunması, sistemli şəkildə demokratik islahatların miqyasının genişlənməsi, söz və fikir azadlığının inkişafı, vətəndaşların mənafeyinin qorunmasına xidmət edən davamlı tədbirlərin həyata keçirilməsi, bazar iqtisadiyyatının təmin edilməsi, sosial siyasətin dərinləşməsi və digər sahələrdə əhəmiyyətli dərəcədə irəliləyişlər əldə edib. Bütün bu faktorlar ümumilikdə, insan inkişafı indeksi üzrə göstəricilərin yaxşılaşmasına mühüm təsir göstərib.
Orta təbəqənin güclü olması həmin ölkənin sosial inkişafını möhkəmləndirir, yeni iqtisadi texnologiyaların tətbiqi dairəsini genişləndirir. Bu mənada son illər Azərbaycanda innovativ iqtisadiyyatın inkişafına keçid, nanotexnologiyaların tətbiqi, modernizasiyanın coğrafiyasının genişlənməsi, yeni iqtisadi idarəetmə sisteminin möhkəmlənməsi, insan kapitalının inkişafı sahəsində xeyli pozitivlik nəzərə çarpır.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35

