“Qisas - 2”...
04.07.2023 [10:14]
Azərbaycan Ordusunun qətiyyətli cavabı gecikmədi
Təxribatlar “Qisas - 3” əməliyyatı üçün zəmin formalaşdırır
Qondarma separatçı rejimin əl atdığı hərbi təxribata layiqincə cavab verildi. Azərbaycan əsgərinin yaralanmasına cavab gecikmədi və “Qisas - 2” əməliyyatı nəticəsində qanunsuz hərbi birləşmələrin 5 üzvü - separatçı dəstənin üzvləri Armo Abqaryan, Samvel Torosyan, Yervand Tadevosyan və Qaqik Balayan öldürülüb. Xatırladaq ki, iyunun 27-si saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb. Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün təhlükə yoxdur. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.
“Təsadüf”, yoxsa...
Baş verən bu hadisə bir sıra istiqamətlərdən izah oluna bilər. Belə ki, bu təxribatın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesində yeni və mühüm bir mərhələnin yaşandığı bir zamana - iyunun 27-də ABŞ dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanın arasındakı görüş ərəfəsinə “təsadüf etməsi” bir sıra suallar yaradır. Qeyd edək ki, Blinken ilə C.Bayramov arasındakı danışıqlarda Azərbaycan-Ermənistan sülh prosesi, Azərbaycan ilə Ermənistan arasında Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə danışıqların perspektivləri müzakirə edilmişdi. İkitərəfli görüşdən sonra isə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin dövlət katibi ilə üçtərəfli görüşü keçirilmişdi. Beləliklə, belə bir mühüm dövrdə Rusiya sülhməramlılarının nəzarətindəki ərazilərdən baş tutan təxribat nələrə əsaslanır və nələrə yol aça bilər kimi suallar, eyni zamanda, yeni antiterror əməliyyatını da istisna etmir...
Sülh prosesinə təzyiq...
Təbii ki, baş verən hadisələr - danışıqlar və silahlı təxribat arasında bağlılıq olmaya bilməz. Baş vermiş hadisənin Vaşinqton görüşü ərəfəsində Qarabağdakı qanunsuz hərbi birləşmələr tərəfindən məqsədyönlü şəkildə törədilmiş təxribat olması açıq şəkildə ortadadır. Bu, birmənalı şəkildə sülh prosesi istiqamətində ABŞ-ın dəstəyi ilə aparılan danışıqlara kölgə salmaq və neqativ ab-hava yaratmaqdır. Vaşinqtonun qısa zamanda sülhə nail olunması üçün göstərdiyi səylər də göz önündədir. Ötən ayın əvvəlində Vaşinqtonun moderatorluğu ilə XİN rəhbərləri arasında 4 günlük müzakirə raundu baş tutmuşdu. Bu görüş mayın 14-də reallaşan və mühüm müsbət impluslarla yadda qaldığı bildirilən Aİ Şurası Prezidenti Şarl Mişelin təşəbbüsü ilə baş tutmuş müzakirələr üçün mühüm hazırlıq olmuşdu. Məhz həmin görüşdən sonra mətbuata açıqlamasında Şarl Mişel bəzi məsələlərlə bağlı mövqelər arasında uzlaşmaların olduğunu vurğulamışdı. İndiki halda isə yayılan informasiyalar mühüm irəliləyişlərlə bağlı ümid yaradıb - bu mənada baş verən hərbi terrorun əsl hədəfinin danışıqlar masası olması faktı ortadadır...
Dərslərdən nəticə götürülməyib...
Eyni zamanda, erməni silahlılarının, daha doğrusu, separatçı tör-töküntülərin həyata keçirməyə çalışdıqları bu kimi hərbi təxribatların səbəbləri və məqsədi də bəllidir:
- Bu hərbi təxribatların kökündə qeyd edildiyi kimi, siyasi məqsədlər dayanır;
- Bu kimi təxribatlarla separatçı rejim sülhə mane olmaq istəyir.
- Azərbaycanın hərbi gücünə yaxından bələd olan separatçı rejim anlayır ki, bununla nəyəsə nail ola bilməyəcək - sadəcə diqqəti cəlb etmək və ermənipərəst bəzi dövlətlərə və ya güclərə “mesaj” vermək niyyətindədir.
Azərbaycanın mövqeyi isə hər zaman qətidir. Bundan əvvəlki dövrlərdə də ermənilərin əl atdıqları bütün hərbi təxribatlar fiasko ilə nəticələnmişdi. Müzəffər Azərbaycan Ordusu bütün hallarda xalqının və dövlətinin dəmir iradəsini qorumaq əzmini nümayiş etdirmişdi. “Qisas - 2” əməliyyatına qədər ermənilər dəfələrlə bu kimi cəhdlərdən suyu süzülə-süzülə “qayıdıb” - 2022-ci ildə baş vermiş “Fərrux” əməliyyatı, “Qisas-1” əməliyyatı, 13-14 sentyabr Ermənistan-Azərbaycan sərhədindəki hadisələr - bütün bunlar isə Ermənistan üçün dərs olmalı idi. Azərbaycan dövləti düşməni yerinə oturdur. Prezident İlham Əliyevin də hər zaman bildirdiyi kimi, əgər kiməsə bel bağlayırlarsa, yenə də faciə ilə üzləşəcəklər.
“Qisas - 3”ə zəmin...
Bu kimi situasiyalar isə “Qisas - 3” əməliyyatını aktuallaşdırır. Ermənistanın 2020-ci ildə imzalanan üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi regionda yeni situasiya formalaşdırıb. Rusiyanın sülhməramlı kontingentinin müvafiq ərazilərə yerləşdirilməsinin ardından erməni silahlı birləşmələri Azərbaycan torpaqlarını tərk etməyib, göründüyü kimi, tam əksinə, yeni təxribatyönümlü fəaliyyətlərlə məşğul olmaqdadır. Başqa sözlə, 10 noyabr razılaşmasının 4-cü bəndi icra edilməyib. Razılaşmanın müvafiq bəndində göstərilir ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir. Amma rusiyalı sülhməramlıların fəaliyyət müddətinin bitməsinə az zaman qalmasına baxmayaraq, hələ də erməni silahlıları Azərbaycan torpaqlarını tərk etməyiblər. Üstəlik, bu silahlı birləşmələr Azərbaycana qarşı təxribatlar törətməkdə də davam edirlər.
Digər tərəfdən, bu silahlı birləşmənin “gücləndirilməsi” ilə bağlı addımlar belə müşahidə edilib. Buna ən bariz sübut isə 10 noyabr anlaşmasının imzalanmasından sonra Azərbaycan ərazisində 2700-dən çox Ermənistanda istehsal olunmuş minanın aşkarlanmasıdır. Həmin minaların istehsal tarixi 2021-ci il göstərildiyindən bu hərbi sursatın məhz 10 noyabr razılaşmasından sonra basdırılması inkaredilməzdir. Beləliklə, Ermənistan və onun əlaltıları, separatçı qüvvələr bu kimi təxribatlarla “Qisas - 3” əməliyyatı üçün zəmin formalaşdırırlar...
“Sülh məramı”, yoxsa...
Qanunsuz hərbi birləşmələri təxribata rusiyalı sülhməramlıların təşviq etməsi isə istisna olunmur - çünki bu qüvvələr sülhməramlıların tam nəzarətində fəaliyyət göstərirlər. Maraqlıdır ki, Rusiya kontingenti bəzi hallarda Azərbaycan ərazisində yerləşdiyini tez-tez “unudur”. Əslində buna unutqanlıq kimi də baxmaq olmaz. Bu unutqanlığın arxasında qaranlıq məqamlar yatır. Məsələn, hələ ötən il Rusiya tərəfi bir neçə dəfə Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında yaşayış məntəqələrimizin adlarını uydurma erməni toponimləri ilə qeyd etmişdi. Bu faktlarla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyi (MN) Rusiya tərəfinə dəfələrlə xəbərdarlıq etdi. Bu günlərdə də Azərbaycan ərazilərində müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentin qanunsuz erməni silahlı birləşmələri tərəfindən daşınan hərbi yüklərin mühafizəsini davam etdirməsi ilə bağlı görüntülər yayılıb. Təqdim edilən videogörüntülərdə sülhməramlıların zirehli texnikasının müşayiəti ilə yük və minik maşınlarının hərəkəti aydın görünür. Beləliklə, sülhməramlı kontingentin fəaliyyətinin qeyri-adekvat olması bütün mənalarda özünü göstərməkdədir.
- Məhz sülhməramlıların arxasında gizlənərək Ermənistan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlikləri pozur;
- Sülhməramlıların nəzarət etdiyi yol vasitəsilə Qarabağa silah-sursat, texnikalar daşınırdı;
- Silahlı tör-töküntü sülhməramlıların arxasında gizlənərək min bir təxribatlar törədirlər.
Bu isə imzalanmış üçtərəli bəyanata ziddir...
“Etnik sevgi”dən qaranlıq məqsədlərə...
Baş vermiş təxribatlarda həm də Laçında qurulmuş postu “blokada” kimi təqdim edərək terrorçulara dəstək verən bir sıra korrupsioner Qərb siyasətçilərinin və təşkilatlarının da məsuliyyəti var. Bu təxribat ermənipərəst və islamofob qüvvələrin, Avropa Parlamenti daxilində də bəzi qüvvələrin maraqlarına cavab verir. Ermənistana gündə bir “missiya” göndərən bu təşkilatlar İrəvanı regionda sülhün bərqərar olmasına məcbur etmək yerinə onun nazı ilə oynayır. Bu isə yolverilməzdir. Həmin “missionerlər” isə sülhə deyil şəxsi maraqlara xidmət edirlər. Məsələn, Fransa kimi ermənipərəst ölkələr bütövlükdə sülh prosesinə mane olmaq üçün bütün güclərini səfərbər edirlər...
Amma bu, bütövlükdə sülh prosesində moderator kimi çıxış edən Aİ-nin maraqlarına ziddir. Belə olan halda ortaya sual çıxır - Qarabağdakı terrorçu rejim birbaşa Rusiya sülhməramlıların nəzarətindədir - bəs bu qüvvələrə dəstək verən korrupsioner və erməni lobbisinin “cibində” olan Qərb dairələri kimlərin marağına xidmət edirlər? Demək ki, sülhə mane olmaq cəhdlərinin arxasında sadəcə bir “etnik sevgi” anlayışı dayana bilməz. Bu qüvvələrin məqsədləri qaranlıq və çirkin niyyətlərdən qaynaqlanır...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
13 Oktyabr 23:36

Dünya
13 Oktyabr 23:12

YAP xəbərləri
13 Oktyabr 22:53

İqtisadiyyat
13 Oktyabr 22:35

YAP xəbərləri
13 Oktyabr 22:17

YAP xəbərləri
13 Oktyabr 21:49

YAP xəbərləri
13 Oktyabr 21:32

Dünya
13 Oktyabr 21:14

YAP xəbərləri
13 Oktyabr 20:51

Gündəm
13 Oktyabr 20:36

Dünya
13 Oktyabr 20:34

YAP xəbərləri
13 Oktyabr 20:16

YAP xəbərləri
13 Oktyabr 19:41

Dünya
13 Oktyabr 19:32

YAP xəbərləri
13 Oktyabr 19:15

İqtisadiyyat
13 Oktyabr 18:39

YAP xəbərləri
13 Oktyabr 17:35

Sosial
13 Oktyabr 17:10

Siyasət
13 Oktyabr 17:01

YAP xəbərləri
13 Oktyabr 16:45

Siyasət
13 Oktyabr 16:27

Analitik
13 Oktyabr 16:24

YAP xəbərləri
13 Oktyabr 16:08

Siyasət
13 Oktyabr 15:56

YAP xəbərləri
13 Oktyabr 15:42

YAP xəbərləri
13 Oktyabr 15:21

YAP xəbərləri
13 Oktyabr 15:20

YAP xəbərləri
13 Oktyabr 14:59

YAP xəbərləri
13 Oktyabr 14:51

Xəbər lenti
13 Oktyabr 14:50

YAP xəbərləri
13 Oktyabr 14:25

Diaspor
13 Oktyabr 13:48

Dünya
13 Oktyabr 13:38

Sosial
13 Oktyabr 13:03

İqtisadiyyat
13 Oktyabr 13:01

Hadisə
13 Oktyabr 12:54

Dünya
13 Oktyabr 12:54

Gündəm
13 Oktyabr 12:52

Dünya
13 Oktyabr 12:24

YAP xəbərləri
13 Oktyabr 12:10

YAP xəbərləri
13 Oktyabr 12:07
YAP xəbərləri
13 Oktyabr 11:57

Sosial
13 Oktyabr 11:50

Dünya
13 Oktyabr 11:49

YAP xəbərləri
13 Oktyabr 11:49

İqtisadiyyat
13 Oktyabr 11:37

Dünya
13 Oktyabr 11:20

Hadisə
13 Oktyabr 11:18

Dünya
13 Oktyabr 11:15

YAP xəbərləri
13 Oktyabr 11:08

YAP xəbərləri
13 Oktyabr 11:07

Dünya
13 Oktyabr 10:56

Dünya
13 Oktyabr 10:51

Dünya
13 Oktyabr 10:30

Dünya
13 Oktyabr 10:18

Hadisə
13 Oktyabr 10:03

Dünya
13 Oktyabr 09:40

Dünya
13 Oktyabr 09:21

Dünya
13 Oktyabr 08:52

Dünya
13 Oktyabr 08:16

Hadisə
13 Oktyabr 03:17

Siyasət
12 Oktyabr 22:13

Maraqlı
12 Oktyabr 21:17

Mədəniyyət
12 Oktyabr 20:29

Dünya
12 Oktyabr 19:44

Analitik
12 Oktyabr 19:05

Siyasət
12 Oktyabr 18:30

Gündəm
12 Oktyabr 17:55

Gündəm
12 Oktyabr 17:36

İdman
12 Oktyabr 17:26
