Uğura aparan siyasət...
11.08.2023 [10:03]
Azərbaycan dövləti müasir regional reallıqların müəllifidir
Son 20 ildə ölkəmizdə formalaşan xalq-iqtidar birliyi bütün problemlərin öhdəsindən gəlmək üçün ən əsas formul sayılır. Ölkə Prezidentinin yürütdüyü və milli maraqlara söykənən siyasət kursu, o cümlədən demokratik ənənələrə sadiqlik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı inkişafın və islahatın hədəf olaraq müəyyənləşdirilməsi Azərbaycanın uğurlarının əsas açarıdır.
Prezident hər zaman xalqın yanındadır...
Ötən 20 ildə Azərbaycanın keçdiyi inkişaf yoluna nəzər saldıqda Prezident İlham Əliyevin daim xalqın arzu və istəkləri ilə üst-üstə düşən və reallıqla səsləşən təşəbbüslərlə çıxış etdiyinin şahidi oluruq. Ölkədə aparılan praqmatik siyasət, ilk növbədə, xalqın maraqlarını əsas götürür - dövlət başçısı mütəmadi qaydada ictimaiyyətin nümayəndələri ilə görüşür, tez-tez bölgələrə səfərlərə gedir. Bu görüşlər və səfərlər isə izsiz ötüşmür. Dövlət başçısı görüşlərdə insanları narahat edən məsələlərlə yerindəcə tanış olur, həmçinin verilən tapşırıqların müvafiq qurumlar tərəfindən necə icra edildiyi ilə maraqlanır. Beləliklə, bir tərəfdən nəzarət möhkəmlənir, məmurların məsuliyyəti artır, digər tərəfdən isə dövlət siyasətinin prioritetləri müəyyənləşdirilərkən yerlərdə insanların qaldırdıqları məsələlər mütləq şəkildə nəzərə alınır.
“Güclü dövlət” konsepsiyası
Ümumiyyətlə, Prezident İlham Əliyev qurucu, birləşdirici Lider kimi qətiyyətlə yürütdüyü siyasətdə hər zaman dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görür və bütün qüvvəsini bu istiqamətdə səfərbər edir. Dövlətimizin başçısı Özünün “güclü dövlət” konsepsiyasını həyata keçirmək üçün, bir qayda olaraq, xalqa arxalanıb, xalqdan güc alıb və xalqına güc verib. İstər müharibə günlərində, istərsə də müharibədən sonrakı dövrdə həm yerli, həm də xarici telekanallara müsahibələrində Prezident İlham Əliyev situasiyanı dəyərləndirərkən mütləq şəkildə ictimai rəyə, xalqa istinad edib. Bu, olduqca mühüm bir məqamdır - demokratik prinsiplərin, plüralizmin qorunması, bəşəri dəyərlərə verilən dəyər milli ənənələrlə uzlaşdırılır. Günümüzün müasir, qlobal və katiaklihmlərə əsaslanan siyasi münasibətlər sistemində xalqının mənafeyini qorumaq ilkin və vacib şərt olaraq müəyyənləşdirilir.
Qarabağ, Vətən və Qələbə tezisi...
Öz növbəsində, Azərbaycan xalqı da hər zaman öz Prezidentinin ətrafında sıx birləşib. Dövlət başçısı xalqın, birmənalı şəkildə, dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi Liderdir. Prezident İlham Əliyevin son 20 ildə apardığı siyasət müxtəlif milli, dini mənsubiyyətə malik insanları ayıran yox, birləşdirən bir siyasət olub. Bu gün dünyanın ayrı-ayrı ölkələrindəki mənzərələrdən fərqli olaraq respublikamızda multikulturalizm kifayət qədər yüksək səviyyədədir, dövlət milli birliyin daha güclü şəkildə təmin olunmasına böyük önəm verir. Prezident
İlham Əliyev 18 aprel 2018-ci il tarixində Milli Məclisdə keçirilən andiçmə mərasimindəki nitqində bildirib ki, azərbaycançılıq məfkurəsi Azərbaycanda tam bərqərar olub, Azərbaycan xalqı vahid milli ideya ətrafında birləşib və ölkəmiz çox uğurla inkişaf edir. Dövlətimizin başçısı apardığı siyasətdə həmişə xalqa arxalandığını növbəti dəfə vurğulayaraq “Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm. Bu dəstək mənə güc verir. Mən bu dəstəyə arxalanıram və xalqı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyəm”, - deyə bildirib.
XXI əsr özü ilə mühüm siyasi-hərbi qarşıdurmaları gətirdi - son 23 il bütün dünyada təhlükəsizlik baxımından çox gərgin keçib. Azərbaycanda isə xalqımız təhlükəsizlik, sabitlik şəraitində yaşayıb. Prezident İlham Əliyevin bildirdiyi kimi, biz daxili risklərin hamısını aradan qaldırdıq, xarici risklərdən isə özümüzü qoruya bilmişik, bu gün də qoruyuruq, əminəm ki, bundan sonra da qoruyacağıq. Siyasi həmrəyliyi yeni konfiqurasiyada tənzimləyən Azərbaycan dövləti milli maraqların bütün iddiaların fövqündə dayanmasını təmin etdi - ölkədə fəaliyyət göstərən mütləq əksəriyyəti təmsil edən siyasi təşkilatlar Qarabağ, Vətən və Qələbə tezisi ətrafında sıx birləşdi.
Gərgin geosiyasi coğrafiyanın əsas aktoru...
Azərbaycanın güclü - qüdrətli və nüfuzlu dövlət kimi ardıcıl müvəffəqiyyətlər qazanması, sabitlik adası, inkişaf diyarı kimi strateji hədəflərinə çatması, beynəlxalq münasibətlər sistemində söz sahibinə çevrilməsini təmin edən əsas amil xalqın öz liderinə dəstək verməsi, liderin isə milli mənafelərə adekvat siyasət həyata keçirməsidir. Qətiyyətli lider - müdrik siyasətçi olan Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır və bizim siyasətimizdir. Ona görə xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir. Azərbaycan bu gün dünya miqyasında sabitlik məkanı, sabitlik adası kimi tanınır və bu, bizim böyük nailiyyətimizdir”.
Müasir dünyada bütün bunlara nail olmaq olduqca böyük güc, iradə, qətiyyət və fenomenal siyasi bilik tələb edir. Azərbaycan ən çətin geosiyasi məkanlardan birində yerləşməsinə baxmayaraq, Cənubi Qafqazda qlobal siyasi maraqları uzlaşdırır - regional siyasi-iqtisadi aktor olaraq ölkəmiz həm qlobal layihələrin icrasının mümkünlüyünü təmin edir, həm də bəşəri əhəmiyyətə malik təşəbbüslərlə çıxış edir. Müasir Azərbaycanın regional güc mərkəzi kimi şöhrət qazanmasında bu amilin böyük rolu var.
Qarabağın azadlığı...
Prezident İlham Əliyevin praqmatik, uzaqgörən, ümummilli məsələlərə kifayət qədər həssas münasibəti 44 günlük Vətən müharibəsində bir daha nümayiş olundu - Dövlət başçısının 2003-2020-ci illərdə Qarabağın azadlığı uğrunda nümayiş etdirdiyi çoxşaxəli siyasət bunu bir daha təsdiqləyir. Dövlətimizin başçısı bəhs olunan dövrdə Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan problemi dünyanın diqqət mərkəzində saxlamaqla yanaşı, xalqın bu istiqamətdə təbliğatlandırılması işini də yüksək səviyyədə qurdu - hər dəfə qaçqın və məcburi köçkünlərlə görüşdə işğal altındakı torpaqların azad ediləcəyi, bizim yenidən həmin torpaqlara qayıdacağımızla bağlı fikirlərini qətiyyətlə söylədi. Bu amil ötən 20 il ərzində xalq-iqtidar vəhdətinin səbrlə qələbəyə hazırlanması formulu kimi çıxış edir.
Siyasətimizin mərkəzində vətəndaş marağı dayanır
Bu gün regionda mühüm siyasi reallıqlar formalaşıb. Azərbaycan Prezidenti bu reallıqların əsas müəllifdir. Ötən 3 ilə yaxın müddətdə ölkəmiz meqa fəaliyyət nümayiş etdirib - rayonların bərpası, yeni infrastrukturların formalaşdırılması, qaçqın və məcburi köçkünlərin ən müasir şəkildə yenidən qurulmuş kəndlərə köçürülməsi, Qarabağı regionun ən abad, ən gözəl məkanlarından birinə çevirmək niyyəti və bu kimi hədəflərimiz icra edilir. Prezident İlham Əliyev bütün məmurları xalqın maraqları uğrunda səfərbər edir və xalqın xidmətinə istiqamətləndirir. Təbii ki, iş olan yerdə nöqsan da olmalıdır - dövlət başçısı daima neqativ hallara qarşı kəskin mübarizə nümayiş etdirib. Məsələn, bir müddət öncə Gədəbəyin Söyüdlü kəndində baş verən hadisələr zamanı ölkə Prezidenti qəti mövqe sərgilədi, məmurların səhvlərini açıqladı - bütün strukturlar səfərbər olaraq problemlərin aradan qaldırılması üçün fəaliyyət göstərdilər. Bu faktın özü də ölkəmizdə olan demokratik ab-havanın ən bariz göstəricisidir.
İnam, etimad, güvən...
Nəticə etibarilə, çoxəsrlik tarixində heç vaxt indiki qədər qüdrətli olmayan Azərbaycan öz strateji hədəflərini ardıcıl olaraq reallaşdırır, dövlətimizin qüdrəti mütəmadi olaraq artır. Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Dünya azərbaycanlıları Azərbaycanın gələcək inkişafının məhz Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu əminliklə vurğulayırlar. Xalqımız hər bir azərbaycanlının Prezidenti olan, milli maraqlara əsaslanan çoxşaxəli fəaliyyəti nəticəsində söz ilə əməlin vəhdətini yaratmış Liderə - dövlət başçısı İlham Əliyevə tam güvənir, onun müstəqil Azərbaycanın gələcək tərəqqisi naminə zamanında qəbul etdiyi qərarların uğurlu icrası sayəsində ölkəmizin inkişafının davam edəcəyinə, xalqımızın firavanlığının və yüksək rifahının daimi olacağına inanır...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxHadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05

