Prezident İlham Əliyev Ağdaş, Ucar və Ağsu rayonlarına səfər edib
01.11.2011 [13:10]
Azərbaycan Prezidentinə Heydər Əliyev abidə kompleksində aparılan yenidənqurma işləri barədə məlumat verilib. Qeyd olunub ki, 7 hektar ərazini əhatə edən kompleksdə əsaslı abadlıq və yaşıllaşdırma işləri görülüb. Kompleksdə 30 metr hündürlüyündə Dövlət Bayrağı ucaldılıb, mərmər lövhələrdə dövlət atributları, tarixi keçmişimizi əks etdirən memarlıq elementləri yaradılıb. Müasir dizaynı ilə seçilən fəvvarələr kompleksə xüsusi gözəllik verir.
Kompleksin ərazisindəki Heydər Əliyev Mərkəzi əsaslı yenidənqurmadan sonra xüsusi görkəm alıb. Mərkəzdəki muzeyin 9 bölməsində Ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətini əks etdirən 200-dən çox eksponat nümayiş etdirilir.
Burada üç böyük salondan ibarət möhtəşəm kompleks yaradılıb. Salonlarda elektron kitabxana, ideoloji mərkəz, muzey, uşaq və gənclərin yaradıcılıq potensialının üzə çıxarılması üçün müxtəlif dərnəklər fəaliyyət göstərir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdaş rayonuna səfəri çərçivəsində Ağdaş-Ləki avtomobil yolunun 12 kilometrlik hissəsinin açılışında iştirak edib. Dövlətimizin başçısı yolun texniki-iqtisadi göstəricilərini, təmirdən əvvəlki və sonrakı vəziyyətini əks etdirən stendlərə baxıb.
Nəqliyyat naziri Ziya Məmmədov Prezident İlham Əliyevə Ağdaş-Ləki avtomobil yolunun 12 kilometrlik hissəsində görülmüş işlər barədə məlumat verib. Bildirib ki, yol “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq dövlətimizin başçısının 2009-cu il 14 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş Tədbirlər Planı çərçivəsində inşa olunub. Nəqliyyat Nazirliyinin sifarişçisi olduğu yolu “Azəryolservis” ASC inşa edib.
Qeyd edilib ki, əsaslı şəkildə bərpa olunmuş Ağdaş-Ləki avtomobil yolu Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 267-ci kilometrini Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 238-ci kilometri ilə birləşdirir. Tamamilə yeniləşən, müasir görkəm alan və keyfiyyəti ilə seçilən bu yol respublikamızın şimal-qərb bölgəsi ilə cənub və cənub-qərb bölgələri arasında nəqliyyat əlaqəsinin yaxşılaşması baxımından mühüm əhəmiyyətə malikdir.
Məlumat verilib ki, asfalt-beton örtüklü yolun yatağının eni 12, ikizolaqlı hərəkət hissəsinin eni isə 7 metrdir. Cari ilin iyulunda başlanan bərpa işləri oktyabrda başa çatdırılıb.
Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib, müvafiq tapşırıq və tövsiyələrini verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdaşa səfəri çərçivəsində mərkəzi rayon xəstəxanasının açılışında iştirak edib. Prezident İlham Əliyev xəstəxananın rəmzi açılışını bildirən lenti kəsib.
Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verib ki, xəstəxana binasının təməli ötən il fevralın 12-də Prezident İlham Əliyevin Ağdaş rayonuna səfəri zamanı qoyulub. Yüz çarpayılıq xəstəxana kompleksində tikintinin ümumi sahəsi 22 min 500 kvadratmetrdir. Altı korpusdan ibarət üçmərtəbəli səhiyyə ocağında 100 nəfərədək tibb heyəti çalışır.
Prezident İlham Əliyev poliklinika şöbəsi ilə tanış olub. Diaqnostika şöbəsi ilə tanışlıq zamanı bildirilib ki, burada yaradılmış hərtərəfli şərait müalicə və müayinə işinin yüksək səviyyədə təşkilinə imkan verir.
Prezident İlham Əliyev xəstəxananın əməliyyat blokunda yaradılmış şəraitlə tanış olub.
Sonra dövlətimizin başçısı palataları gəzib.
Səhiyyə ocağında yaradılmış şəraitlə tanış olan Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri və xəstəxananın kollektivi ilə görüşüb.
Oktyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ucar rayonuna səfərə gəlib. Dövlətimizin başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin Ucar şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Prezident İlham Əliyevə abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Prezident İlham Əliyev Heydər Əliyev abidəsinin müəllifi, Xalq rəssamı ömər Eldarov ilə görüşüb. Sonra dövlətimizin başçısı Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib. Azərbaycan Prezidentinə məlumat verilib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə milli memarlıq üslubunda inşa olunan mərkəzdə ümummilli liderin zəngin irsinə həsr olunmuş ekspozisiya zalı var.
Prezident İlham Əliyev mərkəzin akt zalına baxıb.
Mərkəzin üçüncü mərtəbəsində müasir Azərbaycan rəssamlarının əsərlərinin nümayiş olunduğu rəsm qalereyası fəaliyyət göstərir. Gələcəkdə burada müxtəlif sərgilərin təşkili də nəzərdə tutulub.
Mərkəzlə yaxından tanış olan Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Prezident İlham Əliyev Ucar rayonuna səfəri çərçivəsində şahmat məktəbinin açılışında iştirak edib. Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib. Məlumat verilib ki, şahmat kompozisiyası formasında tikilmiş bu tədris ocağının ümumi sahəsi 820 kvadratmetrdir. Şahmat məktəbinin ərazisində yaşıllıqlar salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb. Birmərtəbəli məktəbdə beş tədris, bir kompyuter otağı və xidməti otaqlar var. Məktəbin oyun zalının sahəsi 210 kvadratmetrdir.
Azərbaycan Prezidentinə məlumat verilib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə müasir üslubda inşa olunan bu tədris binası bir növ fiqurlar düzülmüş şahmat taxtasına bənzədilib. Binanın girişi piyada, ətrafı top, mərkəzi hissəsi isə şah fiqurları formasındadır. Buradakı tədris otaqları məktəblilərin şahmatın sirlərinə yiyələnmələri üçün lazımi avadanlıqla təchiz olunub. Elektron biliklərin əldə olunması və müasir yeniliklərin qavranılması üçün ayrıca kompyuter otağı da yaradılıb.
Dövlətimizin başçısı şahmat üzrə Avropa çempionu, bu ilin aprelində Polşada keçirilən dünya çempionatında 14 yaşlılar arasında ən yüksək nəticə göstərərək dünya çempionu adını qazanmış ucarlı Xatın Bağırova ilə söhbət edib.
Prezident İlham Əliyev məktəbin kollektivinə uğurlar arzulayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ucar şəhərinin su-kanalizasiya sistemləri kompleksinin təməlqoyma mərasimində iştirak edib. İnşaatçılar dövlətimizin başçısını hərarətlə qarşılayıblar.
Prezident İlham Əliyevə məlumat verilib ki, Ucar şəhərində mərkəzləşdirilmiş içməli su sistemi 1970-ci illərdə tikilib, Göyçay rayonunun Potu kəndi ərazisində qazılmış subartezian quyulardan və suvarma kanallarından mənbə kimi istifadə olunub. Yeni layihəyə əsasən, Ağsu rayonu ərazisində yerləşən Külüllü su mənbəyi seçilib. Külüllüdə drenaj tipli suqəbuledici qurğunun tikintisi, buradan Ucar şəhərinədək 400 millimetr diametrli 60 kilometr uzunluğunda özüaxımlı magistral su kəmərinin çəkilməsi planlaşdırılır. Layihədə, eyni zamanda, magistral kəmər boyunca yerləşən 15 kəndin də su təchizatı təmin olunacaq.
Sonra Ucar şəhərinin yeni su-kanalizasiya sistemləri kompleksinin təməli qoyulub.
Dövlətimizin başçısı metal gilizi bünövrəyə buraxıb, beton qarışığı tökən qurğunun düyməsini basıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ucar şəhər uşaq xəstəxanasının əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib. Dövlətimizin başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, 44 çarpayılıq uşaq xəstəxanasında 90 nəfərədək tibbi heyətin işləməsi nəzərdə tutulub.
Sonra Prezident İlham Əliyev Ucar mərkəzi rayon xəstəxanasının yenidənqurmadan sonra istifadəyə verilmiş poliklinikasında olub.
Daha sonra Prezident İlham Əliyev tikintisi davam etdirilən Ucar mərkəzi rayon xəstəxanasının baş planı ilə tanış olub. Prezident İlham Əliyev tövsiyə və tapşırıqlarını verib.
Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağsu rayonuna səfərə gəlib. Dövlətimizin başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Ağsu şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Azərbaycan Prezidentinə abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Prezident İlham Əliyev Ağsu Regional Qaz İstismar Sahəsinin açılışında iştirak edib. Dövlətimizin başçısına məlumat verilib ki, Ağsuda Regional Qaz İstismar Sahəsi üçün yeni inzibati binanın tikintisi ətraf rayonların da qazlaşdırılması baxımından mühüm əhəmiyyətə malikdir.
Azərbaycan Prezidentinə Ağsu rayonunun qazlaşdırılması sxemi təqdim olunub. Dövlətimizin başçısına təqdim olunan digər stend isə regional sahənin fəaliyyəti ilə bağlı olub. Prezident İlham Əliyev bu prosesin daha sürətlə davam etdirilməsi ilə bağlı tapşırıqlarını verib. Sonra dövlətimizin başçısı binanın ikinci mərtəbəsində konfrans zalı və iş otaqlarında yaradılmış şəraitlə tanış olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağsuda mədəniyyət və istirahət parkının əsaslı bərpa və yenidənqurmadan sonra açılışında iştirak edib.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağsuda çörək zavodunun açılışında iştirak edib. Dövlətimizin başçısı zavodu işə salıb.
İstehsal prosesi ilə tanışlıq zamanı Azərbaycan Prezidentinə məlumat verilib ki, müəssisə əsas sexdən və yardımçı sahələrdən ibarətdir. Burada Rusiya və Ukraynanın bu sahə üzrə ixtisaslaşmış zavodlarında buraxılan ən müasir çörəkbişirmə sobasının, qıcqırtma avadanlığının və digər qurğuların quraşdırılması yüksək keyfiyyətli məhsul hazırlamağa imkan verir. Zavod mühəndis kommunikasiyaları ilə tam təmin olunub. Sutka ərzində əhalini 5 ton çörəklə təmin edəcək müəssisədə 12 nəfər işləyəcək.
çörək məhsulları satış şəbəkəsinə xüsusi ixtisaslaşmış avtomaşınlarla daşınacaq. Zavodun ərazisi yüksək səviyyədə abadlaşdırılıb.
Dövlətimizin başçısı zavodun açılışı münasibətilə təbriklərini çatdırıb, kollektivə uğurlar arzulayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağsu şəhər stadionunun açılışında iştirak edib. Dövlətimizin başçısı stadionun rəmzi açılışını bildirən lenti kəsib. Bu müasir idman qurğusunun təməli 2009-cu il oktyabrın 29-da Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın Ağsu rayonuna səfəri çərçivəsində qoyulub. Stadionda yaradılmış şəraiti yüksək qiymətləndirən Prezident İlham Əliyev təbriklərini çatdırıb, tapşırıqlarını verib.
Azərbaycan Prezidenti İlham Əliyev Ağsuda Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzinin açılışında iştirak edib. Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.
Bildirilib ki, mərkəzin təməli 2009-cu il oktyabrın 29-da Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə qoyulub. Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmiş mərkəzin həyətində Ağsudan olan tanınmış incəsənət xadimləri Mikayıl Mirzə, Səməndər Rzayev və Rasim Balayevə həsr olunmuş guşədə onların həyatına və sənət fəaliyyətinə aid eksponatlar var.
Mərkəzin yerləşdiyi ərazidə genişmiqyaslı abadlıq işləri görülüb, çoxlu sayda ağac və gül kolları əkilib, bütün lazımi infrastruktur yaradılıb. Binanın foyesində Ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinə həsr olunmuş fotoguşələr yaradılıb.
Prezident İlham Əliyev Ağsu Uşaq Musiqi Məktəbinin şagirdlərinin ifasında Rauf Hacıyevin “Azərbaycan” mahnısını dinləyib.
Sonda xatirə şəkli çəkdirilib.
Prezident İlham Əliyev Ağsuda “Az-Granata” MMC-nin şirə və şərab emalı zavodunun açılışında iştirak edib. Prezident İlham Əliyev zavodun maketi ilə tanış olduqdan sonra müəssisəni işə salan düyməni basıb, meyvələrin qəbulu və emalı prosesini izləyib.
Bildirilib ki, saatda 9-15 ton meyvə qəbul etmək gücünə malik olan müəssisədə Ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq ümummilli liderin ölkəmizdə kənd təsərrüfatının inkişafındakı xidmətlərini əks etdirən fotoguşə yaradılıb. Burada ölkəmizdə şərab istehsalının tarixini əks etdirən fotolar da yer alıb.
Dövlətimizin başçısı zavodun şərab anbarı ilə tanış olub. Diqqətə çatdırılıb ki, zavodda üç növ üzüm sortundan hazırlanan “Ağsu”, “Qaragöz” və “Bellus” brendləri istehsal edilir. Şərablar ABŞ palıdından hazırlanan xüsusi çəlləklərdə saxlanılır.
Prezident İlham Əliyev şərabın hazırlanması və emalı prosesi ilə tanışlıqdan sonra meyvə şirəsinin qablaşdırılması bölməsinə də gəlib.
Azərbaycan Prezidenti şərab qablaşdırılması, hazır məhsulun saxlanılması və inkubasiya bölmələri ilə də tanış olub, vitamin şirələrinin hazırlanması prosesini izləyib.
Sonra Prezident İlham Əliyev müəssisənin inzibati binası ilə tanış olub. Beşmərtəbəli binada müasir iş şəraiti yaradılıb.
Zavodla tanışlıqdan sonra dövlətimizin başçısı müəssisənin kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Azərbaycan Prezidenti İlham Əliyev Ağsu rayonundan qayıdarkən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax hissəsinin əsaslı şəkildə yenidən qurulması ilə bağlı görülən işlərlə tanış olub. Prezident İlham Əliyev burada görülən işləri əks etdirən stendlərə baxıb. Prezident İlham Əliyev yolun vaxtında və yüksək səviyyədə yenidən qurulması ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Prezident İlham Əliyev Ağsu rayonundan qayıdarkən Şamaxıdakı “Şərədil” istirahət mərkəzi ilə tanış olub. Prezident İlham Əliyev inşa ediləcək “Şamaxı-Qrand” otelinin layihəsi ilə də tanış olub. Tikintisinə 2010-cu ildə başlanılan otelin gələn il istifadəyə verilməsi nəzərdə tutulur. Oteldə 95-i standart, 19-u isə lüks olmaqla ümumilikdə 114 nömrə turistlərin istifadəsinə veriləcək. Oteldə hər biri 500 nəfərlik üç konfrans zalı yaradılacaq. Burada müxtəlif idman meydançalarının tikintisi də nəzərdə tutulub.
Dövlətimizin başçısı istirahət mərkəzində yaradılmış şəraiti yüksək qiymətləndirib, “Şamaxı-Qrand” otelinin tikintisi ilə bağlı tövsiyə və tapşırıqlarını verib.
Xəbər lenti
Hamısına baxSiyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:52
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28

