20 il suverenlik yolunda
17.10.2023 [09:31]
Aradan iyirimi il ötəndən sonra hər bir azərbaycanlı məmnuniyyətlə təsdiqləyir ki, 2003-cü il 15 oktyabr tarixində İlham Əliyevə etimad ən doğru seçim olub. Prezident İlham Əliyevin milli maraqları əsas götürməklə müəyyənləşdirdiyi stateji kurs Azərbaycana böyük uğurlar gətirib. Onun rəhbərliyi ilə ölkəmiz zirvələrdən-zirvələrə yüksəlir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan ən böyük uğurumuz isə, heç şübhəsiz ki, ərazi bütövlüyümüzün bərpası və Qarabağda suverenliyimizin tam təmin olunmasıdır. Deyə bilərik ki, Azərbaycan öz Liderinin qətiyyətli siyasi iradəsi əsasında 20 il ərzində suverenliyə gedən yolda olub və bu ümummilli məqsədə doğru addım-addım irəliləyib.
Azərbaycanın gündəliyinin mərkəzində saxlanılan əsas məsələ
Keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi açıq-aşkar imitasiya edilir və mahiyyət etibarilə “for long occupation”a (uzun müddətli işğala) hesablanmışdı. Müxtəlif sayda rayonların gah əvvəl, gah sonra qaytarılmasının uzun müddət müzakirə mövzusuna çevrilməsi ilə “baş altına yastıq qoyulmasına” çalışılırdı. Azərbaycan uzun illər ərzində dünya ictimaiyyətini ədalətli olmağa, BMT Təhlükəsizlik Şurasının, digər beynəlxalq təşkilatların qərar və qətnamələrinin icra olunmasına çağırsa da, 30 ilə yaxın müddətdə ölkəmizin haqq səsi qulaqardına vuruldu.
Aparılan sülh danışıqlarında fəallıq göstərən, daim konstruktivlik ortaya qoyan İlham Əliyev isə müxtəlif auditoriyalar qarşısında qətiyyətlə bildirirdi ki, Azərbaycan işğal faktı ilə heç vaxt barışmayacaq, sülh danışıqları nəticə verməyəcəyi təqdirdə, işğalın nəticələri başqa yollarla aradan qaldırılacaq. Beləliklə, ölkənin ərazi bütövlüyünün təmin olunması daim Azərbaycanın gündəliyinin mərkəzində saxlanıldı. Sülh danışıqları ilə paralel şəkildə, dayanıqlı milli iqtisadiyyat quruldu, maliyyə imkanları artırıldı, güclü potensial əsasında müasir Ordu formalaşdırıldı. Prezident İlham Əliyev diplomatik masada qətiyyət nümayiş etdirərkən ilk növbədə Azərbaycan cəmiyyətinin həmrəyliyinə və güclü Ordumuza güvənirdi.
Rəşadətli Azərbaycan Ordusu öz gücünü döyüş meydanında göstərdi
44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı şanlı Qələbə Ordumuzun nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. Rəşadətli Azərbaycan Ordusu öz gücünü döyüş meydanında göstərdi.
Vətən müharibəsində şanlı Qələbəmiz asanlıqla əldə olunmayıb. İşğaldan azad olunan ərazilərdə çəkilən foto və video materiallardan görünür ki, torpaqlarımızı geri qaytarmaq fikrində olmayan məkrli düşmən onilliklər ərzində burada güclü istehkamlar qurmuşdu. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüşən Azərbaycan Ordusu möcüzə göstərdi, 44 gün ərzində düşməni diz çökdürdü, onun belini qırdı və təslim olmağa məcbur etdi. Xatırladaq ki, Azərbaycan Ordusu Vətən müharibəsində 300-dən çox yaşayış məntəqəsini döyüş meydanında işğaldan azad etdi. 2020-ci il noyabrın 8-də Şuşanın, ertəsi gün isə daha 70-dən artıq yaşayış məntəqəsinin işğaldan azad edilməsindən sonra düşmən onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. İşğalçı Ermənistan həmin Bəyanatla üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq sonrakı mərhələdə Ağdam, Kəlbəcər və Laçın rayonlarını respublikamıza döyüşsüz təslim etdi. Beləliklə, Azərbaycan ərazi bütövlüyünə hərbi-siyasi yolla nail oldu.
10 noyabrdan 23 aprelədək
Ermənistan üçtərəfli Bəyanatdakı digər şərtlər kimi, Laçın dəhlizi ilə bağlı öhdəliyini də yerinə yetirmək istəmir və manipulyasiyalara əl atırdı. Yenə də havadarlarının dəstəyinə arxalanan və revanşizm mövqeyində dayanan Ermənistan Laçın-Xankəndi yolundan Azərbaycan ərazilərinə silah daşınması, qanunsuz hərbi birləşmələrin rotasiyasının həyata keçirilməsi, Qarabağ iqtisadi rayonundan sərvətlərimizin çıxarılması və bu kimi digər çirkin məqsədlər üçün istifadə edirdi. Eyni zamanda, bu yoldan keçməklə Xankəndinə Ermənistandan və uzaq xaricdən emissarlar gələrək burada ölkəmizin suverenliyi ilə bir araya sığmayan çağrışlar edir, yerli erməni əhali arasında separatizmi daha da alovlandırırdılar.
Azərbaycan belə halların aradan qaldırılmasının vacibliyini dəfələrlə Ermənistan rəhbərliyinin diqqətinə çatdırsa da, qeyri-qanuni əməllərə son qoyulmurdu. Bütün bu özbaşınalıqların qarşısı alınmalı idi və respublikamız bunu etdi. Cari il aprelin 23-də bütün dünya Azərbaycanın gücünə və əzminə bir daha şahidlik etdi. Həmin tarixdə respublikamız Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsi qurdu. Xatırladaq ki, qeyd olunan ünvanda nəzarət-buraxılış məntəqəsinin qurulmasının zəruriliyi ilə bağlı fikirlərini Prezident İlham Əliyev müxtəlif auditoriyalarda səsləndirmişdi. Nəhayət, dövlət başçımızın gündəmə gətirdiyi məsələ reallığa çevrildi. Azərbaycan Laçın-Xankəndi yolunun başlanğıcında - öz ərazisində nəzarət-buraxılış məntəqəsini suveren hüquqlarından istifadə etməklə yaratmışdı. Buna görə də Ermənistanın və bu ölkənin havadarlarının qərəzçiliklə başladıqları “erməni əhalinin blokadaya alınması” kampaniyası bir nəticə vermədi. Beləliklə, respublikamız Qarabağ iqtisadi rayonunda özünün nəzarətini de-yure və de-fakto təmin etmək istiqamətində daha bir mühüm addım atmış oldu.
Qarabağda Azərbaycanın suverenliyinin tam bərpası
Sentyabrın 19-da başlayan antiterror tədbirləri də Azərbaycan Ordusunun gücünün növbəti təzahürü oldu. Hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərərərək qarşı tərəfin müqavimətini qırmağa nail oldu. Qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə olundu. O cümlədən qanunsuz hərbi birləşmələrin böyük hissəsi tamamilə məhv edildi. Cəmi bir gün davam edən antiterror tədbirlərinin nəticəsi olaraq separatçılar ağ bayraq qaldırmaq məcburiyyətində qaldılar.
23 saatlıq antiterror tədbirləri nəticəsində bütün Qarabağda suverenliyimiz tam bərpa edilib. Azərbaycan qarşıya qoyulan hədəflərə nail olub, bütün kommunikasiyalar, yollar, yüksəkliklər nəzarətə götürülüb. Hazırda qanunsuz hərbi birləşmələrin tərkisilah edilməsi və silahların təhvil verilməsi prosesi davam edir. Eyni zamanda separatçı rejim özünü buraxıb.
Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda dalğalanan Azərbaycan bayrağı
Qarabağ ərazisində suverenliyimiz lokal xarakterli əməliyyatların nəticələrinə uyğun olaraq tam təmin ediləndən sonra Azərbaycan cəmiyyəti Xankəndidə və digər ərazilərimizdə bayrağımızın ucaldılmasını səbirsizliklə gözləyirdi. Nəyahət, o şərəfli və tarixi gün də gəldi. Nəyi necə və nə zaman etməyi hamıdan yaxşı bilən Prezident İlham Əliyev Xankəndidə üçrəngli bayrağımızın ucaldılmasının sevincini bizlərə tarixi gündə - Onun Prezident seçilməsinin 20-ci ilinin tamam olduğu 15 oktyabr 2023-cü ildə yaşatdı.
Tarixin ironiyasına bir baxın. Ermənistan tarixi şəhərimizi 30 il ərzində sözün əsl mənasında separatizm mərkəzinə çevirmişdi. Burada qanunsuz “prezident”, “parlament” seçkiləri keçirilir, hansısa vəzifələr təsis edilir və Azərbaycan əleyhinə bəyanatlar səsləndirilirdi. Xankəndidə yuva salan separatçılar o qədər azğınlaşmışdılar ki, onlar Bakıya tanklarla gələcəklərini bildirirdilər. Bəli, onlar Bakıya gəldilər. Ancaq cinayət məsuliyyətinə alınmaq üçün. İndi Bakıda zamanında Ermənistan ordusuna məxsus olan tanklar da var. Ancaq onlar qənimət götürülərək Azərbaycan paytaxtına gətiriliblər.
Oktyabrın 15-də Prezident İlham Əliyev üçrəngli bayrağımızı həmçinin Xocalı, Xocavənd, Ağdərə şəhərlərində, Əsgəran qəsəbəsində də ucaldıb. Hazırda Xocalıda bayrağımızın dalğalanması “miatsum” xəstəliyinə tutulmuş ermənilər üçün tarixin daha bir ironiyasıdır. Ermənilər 1992-ci il fevralın 25-dən 26-na keçən gecədə burada azərbaycanlılara qarşı soyqırımı törətdilər. Şəhər bir neçə saatın içində tamam məhv edildi, uşaqlara, qadınlara, qocalara belə aman verilmədi. Xocalı yarası hər bir azərbaycanlının qəlbini göynədir, qaysaq bağlamırdı. Prezident İlham Əliyev 15 oktyabrda Xocalıda da üçrəngli bayrağımızı ucaltdıqdan sonra soyqırımı qurbanlarının, bütün şəhidlərimizin ruhları rahatlıq tapa bilər. Qisasımız qiyamətə qalmadı!
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:48
YAP xəbərləri
24 Oktyabr 15:47

