Ankarada görüşənədək...
25.10.2023 [10:15]
“3+3” regiona sülh gətirəcəkmi?
Post-müharibə dövrü Cənubi Qafqaz üçün yeni perspektivlər müəyyənləşdirdi. 2020-ci ilin dekabrında baş tutmuş Zəfər paradından sonra Azərbaycan yeni dövr üçün mühüm əməkdaşlıq platformalarının müəyyənləşdirildiyini diqqətə çatdırdı - buna qədər region ölkələrinin iştirakı ilə bir sıra üçlü (Azərbaycan - Gürcüstan - Türkiyə; Rusiya - İran - Azərbaycan və s.) və ya dördlü (Azərbaycan - İran - Türkiyə - Rusiya) əməkdaşlıq platformaları reallaşmışdısa da, bu dəfə həm miqyas, həm də hədəfələr dəyişəcəkdir. “3+3” formatı kimi müəyyənləşdirilən və Azərbaycan ilə Türkiyənin təşəbbüsü ilə həyata keçirilən bu platforma əsasən region problemlərinin regiondan kənar ölkələrin iştirakı olmadan və bölgə ölkələrinin iştirakı ilə həll olunmasını, regional əməkdaşlıqların möhkəmləndirilməsini özündə ehtiva edir. Qeyd edək ki, “3+3” formatında ilk iclas Gürcüstanın iştirakı olmadan xarici işlər nazirlərinin müavinləri səviyyəsində 2021-ci il 10 dekabr tarixində Moskvada keçirilib.
İqtisadi dividend siyasi sabitliyə əsaslanır...
Bu dəfə də platforma Gürcüstanın iştirakı olmadan, başqa sözlə “3+2” formatında masa arxasına yığıldı. Formal olaraq “Altılıq” platforma” adlandırılan bu əməkdaşlıq platformasının siyasi - diplomatik və geostrateji təhlükəsizlik baxımından əhəmiyyəti, mühüm iqtisadi-ticari önəmi növbəti dəfə üzə çıxmış oldu. Xüsusi vurğulanmalıdır ki, “3+3” formatında ölkələrin ümumi iqtisadiyyatı 3 trilyon dollara yaxındır - bu, ABŞ, Çin, Yaponiya və Almaniyadan sonra dünyanın 5-ci ən böyük iqtisadiyyatı deməkdir. Bu, yaxın gələcək üçün əməkdaşlığın diversifikasiyası ilə yanaşı daha da möhkəmləndiriməsi üçün zəmin yarada bilər. Şərq-Qərb, Şimal-Cənub dəhlizləri məhz bu coğrafiyada qovuşur - bu olduqca mühüm amildir və dünyanın iqtisadi münasibətlər sistemində mühüm üstünlüklər formalaşdırır. Təsadüfi deyil ki, Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov da öz çıxışında bildirib ki, Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında İran İslam Respublikasının ərazisindən keçməklə nəqliyyat əlaqələrinin yaradılması istiqamətində nəzərə çarpan son inkişaflar xüsusi əhəmiyyət kəsb edir, infrastruktur layihələrinin tezliklə yekunlaşdırılması və bu marşrutun istismara verilməsi regionumuzda bu iki dövlət arasında qarşılıqlı faydalı əməkdaşlığa xidmət edəcək.
Bu layihə yeni dövr üçün mühüm perspektivlər yaradır - Orta Dəhliz Layihəsinin yeni keçidi kimi belə qəbul oluna bilər. Avropanın İranla ticari əlaqələrinin qurulması perspektivində bu marşurut beynəlxalq ticarət şəbəkəsinin, beynəlxalq yükdaşımanın ən mühüm “damarlarından” biri sayılacaq.
Sülh üçün platformalar...
Tehran görüşündə Ermənistan-Azərbaycan arasında münasibətlərin normallaşması ilə bağlı müəyyən açıqlamalar verilsə də, bu nüansa toxunulsa da, ikitərəfli görüşlər gözlənildiyi kimi “sülhün detallarının müzakirəsi” xarakteri daşımadı. Bunun da səbəbləri bəlli və obyektivdir - “3+3” formatı Azərbaycan-Ermənistan arasında və ya Ermənistan- Türkiyə arasında münasibətlərin normallaşması ilə bağlı yaradılan format deyil - bunun üçün digər sülhyaratma missiyaları mövcuddur. Ermənistan ilə Türkiyə arasında bu danışıqlar xüsusi nümayəndələr səviyyəsində birbaşa aparılırsa, Azərbaycan ilə proses Brüssel və Soçi formatında inkişaf etdirilir. Yəni, bu görüşdən siyasi münasibətlərin inkişafı ilə bağlı hansısa gözləntilər yox idi. O başqa məsələdir ki, regionda iqtisadi münasibətlərin inkişafı və əməkdaşlığın möhkəmləndirilməsi Ermənistanın öz qonşuları ilə münasibətlərini sülh və ədalət çərçivəsində qurmasına əsaslanır. Rəsmi İrəvan anlamalıdır ki, indiki halda iqtisadi inkişaf, regional əməkdaşlıq, qarşılıqlı anlaşma onların siyasi müstəqilliyini də təmin etmək iqtidarındadır. Əks halda, Ermənistan bütövlükdə siyasi-iqtisadi dalan olmaqdan xilas ola bilməyəcək.
Azərbaycanın yaratdığı siyasi reallıqların təsdiqi...
Tehran görüşü Cənubi Qafqazın ümumi inkişaf tempinin sürətlənməsi, regionun iqtisadi-siyasi daha da artırılması baxımından ölkəmizin yürütdüyü çoxvektorlu siyasət kursunun növbəti təsdiqi idi. Diqqət yetirsək, reallaşdırılan və nəzərdə tutulan bütün layihələr Azərbaycanla bağlılıq təşkil edir - eyni zamanda, 44 günlük Vətən müharibəsindən sonra yaranan yeni siyasi reallıqlara uzlaşdırılır. Başqa sözlə, Azərbaycan öz gücü və iradəsi ilə separatizmə son verməklə həm də Cənubi Qafqazın əməkdaşlıq potensialını artırmış oldu. Azərbaycan bütün hallarda istər təşəbbüskarı olduğu, istərsə də iştirakçı kimi təmsil olunduğu qlobal layihələrin ilk növbədə Cənubi Qafqaz regionunu əhatə etməsi, bölgəyə dividendlər qazandırması faktoruna fokuslanır. Məhz ölkəmizin səyi nəticəsində Cənubi Qafqaz yeni iqtisadi-siyasi nizamın ən mühüm elementlərindən biri qismində çıxış edir. Həm Şərqin, həm də Qərbin geosiyasi maraq dairəsində olan coğrafyamızı “vazkeçilməz” edən məhz burada yaradılan sabitlik faktorudur. Azərbaycanın iradəsi ilə qətiləşən sabitlik isə iqtisadi əməkdaşlığın əsas təməl prinsiplərindən biri qismində çıxış edir.
Ermənistan üçün real imkanlar...
“3+3” formatında növbəti görüşün gələn ilin birinci yarısında Türkiyədə baş tutacağı proqnozlaşdırılır. Bu zamana qədər siyasi proseslərin axarını proqnozlaşdırmaq çətindir - son 10 ayda regionda çağırışlar və reallıqlar böyük miqyasda yeniləndiyi kimi, qarşıdakı zaman müddətində yeni çağırışların meydana gəlməyəcəyini istisna etmək olmaz. Hər bir halda Azərbaycanın son antiterror tədbirləri ilə yaratdığı mənzərə regionun gələcəyinin yeni inkişaf strategiyası, hətta yol xəritəsi sayıla bilər - Cənubi Qafqaz ölkələri bu yeni inkişaf strategiyasını yaxından təqib etməlidir. Xüsusilə, Ermənistan yeni dönəmdə özünün əsassız ambisiyalarını kənara qoyaraq regionun ümumi inkişaf tempinə qoşulmağı bacarmalıdır. Bu amil “Tehran görüşü”nün Bəyanatında da öz əksini tapır - sənəddə münaqişələrin BMT Nizamnaməsi əsasında sülh yolu ilə həlli, suverenliyə, siyasi müstəqilliyə, ərazi bütövlüyünə hörmət, tanınmış beynəlxalq sərhədlərin toxunulmazlığı, daxili işlərə müdaxilə etməmək, təhdid və ya güc tətbiqinin qadağan edilməsi və insan haqlarına hörmətlə yanaşmağın vacibliyi vurğulanır. Ölkələr arasında qarşılıqlı maraqlara və mehriban qonşuluğa əsaslanan dostluq münasibətlərinin inkişaf etdirilməsinin vacibliyi önə çəkilir. Əslində bu Bəyanat Ermənistan üçün çağırışdır və gələcək toplantıya qədərki müddətdən səmərəli istifadəsi, sülh üçün yaranan imkanlardan mak?imum yararlanması üçün yol xəritəsidir. Əgər İrəvan da istəyərsə... 2024-cü il Ankara görüşü real iqtisadi əlaqələrin yaradılması üçün ilk platforma rolunu da oynaya bilər...
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

