Enerji dialoqunun üçüncü mərhələsi
01.11.2023 [10:00]
“Yaşıl enerji” dövrü
Mübariz ABDULLAYEV
Azərbaycanın özünün iqtisadi siyasətini zamanın dəyişən tələblərinə və meydana çıxan yeni çağırışlara uyğun qurmaq və transformasiya proseslərini uğurla həyata keçirmək üçün həm güclü siyasi iradəsi, həm də geniş potensialı var. Hazırda dünyanın əsas çağırışlarından biri enerji keçidi ilə bağlıdır. Mövcud geosiyasi gərginliklər fonunda Avropa İttifaqı (Aİ) “qoca qitənin” “REPowerEU” adlandırlan xilas planını hazırlayıb ki, burada da enerjiyə tələbatın qarşılanması, bütövlükdə, yeni şəraitdə iqtisadi təhlükəsizliyinin təmin edilməsi üçün bərpaolunan mənbələrdən alınan enerjinin həcmlərinin artırılması üstün prioritet kimi müəyyənləşdirilib. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan enerji siyasətinin birinci və ikinci mərhələlərində böyük uğurlara imza atan Azərbaycan yeni enerji keçidinə də tam hazırdır və bu istiqamətdə ilk uğurlu addımlar atılıb. Prezident İlham Əliyev bir neçə gün bundan əvvəl 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimindəki çıxışında ölkəmizin enerji dialoqunda yeni mərhələyə başlamasını məqsədli seçim kimi səciyyələndirib. Bu xüsusda, fikirlərini ifadə edən dövlətimizin başçısı vurğulayıb: “Biz mərhələlərlə 10 qiqavata qədər bərpaolunan enerji istehsal etmək üçün birgə işləməyi planlaşdırırıq və bu, regionun enerji inkişafında tam bir inqilab olacaq, çünki Azərbaycan dünyada ilk dəfə XIX əsrin ortalarında neftin istehsal olunduğu ölkədir. Dənizdəki yataqlardan ilk neft ötən əsrin ortalarında istehsal olunub. İndi bizim zəngin yanacaq ehtiyatlarımızın olduğunu nəzərə alaraq, biz yaşıl gündəliyə doğru irəliləyirik. Bu, məqsədli seçimdir. Bu, bizim təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə töhfəmizdir”.
Dünyada enerji keçidi labüddür
Bu günlərdə Beynəlxalq Enerji Agentliyi (BEA) yeni hesabatını yayıb. Sənəddə dünyada “yaşıl enerji”yə keçidin labüd olduğu xüsusi olaraq vurğulanır. Bildirilir ki, dünya bərpaolunan enerjiyə doğru “qarşısıalınmaz” bir keçiddədir. Hesabatda təmiz enerji və texnologiyalarda artımın qənaətbəxş olduğu qeyd edilib. Belə ki, 2020-ci ildə satılan hər 25 avtomobildən biri elektriklə işləyirdi, amma cəmi üç il sonra bu rəqəm beşdəbirə yüksəlib. Agentliyin icraçı direktoru Fatih Birol deyib: “Təmiz enerjiyə keçid bütün dünyada baş verir və bu, qarşısıalınmaz prosesdir. Sadəcə onu sürətləndirmək lazımdır, çünki təmiz enerjiyə keçid nə qədər tez olsa, hamımız üçün bir o qədər yaxşıdır. Hökumətlər, şirkətlər və investorlar təmiz enerji keçidlərinə mane olmaq yerinə, onların arxasınca getməlidir”.
Azərbaycanın zəngin potensialı
Karbohidrogen resursları ilə zəngin olan Azərbaycan da elektrik enerjisi istehsalında “yaşıl enerji”nin xüsusi çəkisinin artırılmasını hədəfləyib. Bu da onunla bağlıdır ki, respublikamız bərpaolunan enerji mənbələri ilə kifayət qədər zəngin olan bir diyardır. Ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki baxımdan istifadəsi mümkün olan bərpaolunan enerji mənbələrinin potensialı 27000 MVt, o cümlədən, külək enerjisi üzrə 3000 MVt, Günəş enerjisi üzrə 23000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Eyni zamanda, Azərbaycan dövləti bu potensialdan daha səmərəli istifadə olunmasına güclü siyasi iradə nümayiş etdirir. Respublikamızda bərpaolunan enerji mənbələrinin coğrafiyası kifayət qədər genişdir. Günəş enerjisi üzrə, demək olar ki, bütün ölkə ərazisində layihələrin həyata keçirilməsi mümkündür. Külək enerjisi üzrə isə Xəzər akvatoriyası, Abşeron yarımadası, Bakı, habelə Xızı rayonu daha əlverişli sayılır. Qiymətləndirmələr göstərir ki, küləyin sürəti 3-4 m/s olduğu halda elektrik enerjisinin əldə edilməsi mümkündür. Bakıda küləyin orta sürəti 11 m/s-dir. Bu da paytaxtda külək enerjisindən istifadə imkanlarının daha geniş olduğunu göstərir. Enerjiyə ən böyük tələbat paytaxtdadır və bu, yaxın perspektivdə tələbatın bərpaolunan enerji hesabına ödənilməsinə imkan yarada bilər. Azərbaycanın bərpaolunan enerji mənbələrinin böyük bir hissəsi Vətən müharibəsində işğaldan azad edilən ərazilərdə yerləşir. İşğaldan azad olunmuş ərazilərdə Günəş enerjisi əsasən Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli rayonlarında, külək enerjisi isə Laçın və Kəlbəcər rayonlarında daha yüksək qiymətləndirilir. Kəlbəcər rayonunun dağlıq ərazilərində küləyin orta illik surəti 7-8 m/s təşkil edir ki, bu da külək enerjisinin istehsalı baxımından çox əlverişlidir. Azərbaycanda yerli su ehtiyatlarının 25 faizinin Qarabağda formalaşdığı nəzərə alınmaqla, Tərtər, Bazarçay, Həkəri kimi əsas çaylar və onların qollarından elektrik enerjisi istehsalı daha əlverişli sayılır.
Beynəlxalq səviyyədə ölkəmizə artan inam
Enerji siyasətinin birinci və ikinci mərhələsində Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiqləyib. Eyni zamanda, quruda və dənizdə güclü bərpaolunan enerji potensialına malik olan respublikamız “yaşıl enerji” üzrə beynəlxalq əməkdaşlığını getdikcə genişləndirir. Hazırda xarici investisiyaların cəlb olunması ilə Abşeronda və işğaldan azad edilmiş ərazilərdə bir neçə yeni külək və Günəş elektrik stansiyası yaradılır. Prezident İlham Əliyevin iştirakı ilə bir neçə gün bundan əvvəl istifadəyə verilən Qaradağ Günəş Elektrik Stansiyasının texniki parametrləri kifayət qədər genişdir. Belə ki, bu infrastruktur obyekti Xəzər regionunda və MDB məkanında ən böyük Günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyada 570 min Günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib. Belə bir nəhəng infrastruktur obyektinin inşasını öz öhdəsinə götürməsi, layihənin icrasına yüz milyonlarla dollar həcmində investisiyalar yönəltməsi “Masdar” şirkətinin ölkəmizə olan inamını ifadə edir.
Azərbaycanın tərəfdaşları ilə enerji dialoqunu genişləndirmək, “yaşıl enerji” gündəliyini irəli aparmaqla bağlı geniş planları var. Yeri gəlmişkən, oktyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan Hökuməti ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında yeni sənədlər imzalanıb.
Azərbaycan “yaşıl enerji” ixracatçısına çevriləcək
Qısa müstəqillik tarixində enerji müstəqilliyini tam təmin edən respublikamızın elektrik enerjisini idxal edən ölkədən onu ixrac edən ölkəyə çevrilməsi son dərəcə qürurvericidir. Yaxın perspektivdə isə ölkəmizin “yaşıl enerji” seqmenti üzrə də böyük istehsalçıya və ixracatçıya çevriləcəyi gözlənilir. Azərbaycanda bərpaolunan mənbələrindən alınan enerjinin Avropaya ötürülməsi ilə bağlı yeni dəhlizin yaradılması istiqamətində işlərə də start verilib. 2022-ci il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Sazişi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rumıniyanın Baş naziri Nikolae Çuke, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Macarıstanın Baş naziri Viktor Orban imzalayıblar. İmzalanma mərasimində Rumıniya Prezidenti Klaus Yohannis və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen iştirak ediblər. Sazişə əsasən, elektrik enerjisi kabeli Qara dənizin dibi ilə çəkiləcək və bu, Azərbaycandan olan yaşıl enerjini Avropaya çatdıracaq.
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
29 Noyabr 15:52

Maraqlı
29 Noyabr 15:12

Sosial
29 Noyabr 14:53

Xəbər lenti
29 Noyabr 14:51

Xəbər lenti
29 Noyabr 14:42

Xəbər lenti
29 Noyabr 14:34

İqtisadiyyat
29 Noyabr 14:17

Gündəm
29 Noyabr 14:10

Xəbər lenti
29 Noyabr 13:58

Xəbər lenti
29 Noyabr 13:49

Xəbər lenti
29 Noyabr 13:40

Xəbər lenti
29 Noyabr 13:26

Dünya
29 Noyabr 13:03

Xəbər lenti
29 Noyabr 13:00

Xəbər lenti
29 Noyabr 12:37

Xəbər lenti
29 Noyabr 12:35

Xəbər lenti
29 Noyabr 12:07

Xəbər lenti
29 Noyabr 11:49

Xəbər lenti
29 Noyabr 11:43

Xəbər lenti
29 Noyabr 11:39

Mədəniyyət
29 Noyabr 11:22

Xəbər lenti
29 Noyabr 11:20

Sosial
29 Noyabr 11:16

Xəbər lenti
29 Noyabr 11:15

Analitik
29 Noyabr 11:08

Xarici siyasət
29 Noyabr 11:00

Dünya
29 Noyabr 10:58

Siyasət
29 Noyabr 10:55

Xəbər lenti
29 Noyabr 10:50

Xəbər lenti
29 Noyabr 10:50

Analitik
29 Noyabr 10:44

Siyasət
29 Noyabr 10:40

Xəbər lenti
29 Noyabr 10:38

MEDİA
29 Noyabr 10:35

Siyasət
29 Noyabr 10:31

Xəbər lenti
29 Noyabr 10:28

Gündəm
29 Noyabr 10:21

Xəbər lenti
29 Noyabr 10:16

Siyasət
29 Noyabr 10:10

Gündəm
29 Noyabr 10:00

Maraqlı
29 Noyabr 09:45

Xəbər lenti
29 Noyabr 09:39

Xəbər lenti
29 Noyabr 09:38

Xəbər lenti
29 Noyabr 09:29

Xəbər lenti
29 Noyabr 09:23

Xəbər lenti
28 Noyabr 21:16

Xəbər lenti
28 Noyabr 19:44

Siyasət
28 Noyabr 18:29

Xəbər lenti
28 Noyabr 18:10

Xəbər lenti
28 Noyabr 17:23

Xəbər lenti
28 Noyabr 17:20

Xəbər lenti
28 Noyabr 16:31

Xəbər lenti
28 Noyabr 16:08

Sosial
28 Noyabr 15:39

Xəbər lenti
28 Noyabr 15:33

İqtisadiyyat
28 Noyabr 15:17

Mədəniyyət
28 Noyabr 14:46

Siyasət
28 Noyabr 14:34

Avropa
28 Noyabr 14:27

Dünya
28 Noyabr 14:01

Xəbər lenti
28 Noyabr 13:50

Xəbər lenti
28 Noyabr 13:43

İdman
28 Noyabr 13:14

Xəbər lenti
28 Noyabr 13:13

Xəbər lenti
28 Noyabr 13:12

Xəbər lenti
28 Noyabr 12:54

Xəbər lenti
28 Noyabr 12:53

Xəbər lenti
28 Noyabr 12:50

Xəbər lenti
28 Noyabr 12:26

Xəbər lenti
28 Noyabr 12:21
