Azərbaycan Prezidentinin müraciəti BMT-nin rəsmi sənədi kimi...
02.11.2023 [10:00]
Fransanı qlobal dünyada ifşa etdi
Yerləşdiyi Cənubi Qafqaz regionun aparıcı iqtisadi-siyasi aktoru olan Azərbaycan son illərdə qlobal məkanda mühüm addımları ilə seçilir. Azərbaycanın beynəlxalq hüquqa və beynəlxalq konvensiyalara söykənən mövqeyi, Qoşulmama Hərəkatına rəhbərliyi dövründə formalaşdırdığı ədalət mənzərəsi ortadadır - Azərbaycan hər zaman haqqı tapdanan, haqsızlığa uğrayanların yanında yer alır. COVİD - 19 pandemiyası dövründə dünyada “vaksinlərin ədalətli bölünməsi” uğrunda fəal mübarizə sərgiləyən Azərbaycan digər istiqamətlər üzrə də mühüm təşəbbüsləri ilə yadda qalır. Burada ən vacib məqamlardan biri Azərbaycanın haqqı tapdanan, istismar edilən, neokolonializm siyasəti ilə üz-üzə qalmış toplumlara, xalqlara və dövlətlərə öz yardım əlini uzatmasıdır. Azərbaycan artıq bir müddətdir ki, dünyada baş verən bu kimi haqsızlıqlara, xüsusilə Fransanın yürütdüyü nekolonialist siyasətə ciddi şəkildə etiraz edir.
Azərbaycanın dəstəklənən mövqeyi
Bu mənada, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 20-də Bakıda keçirilən “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətinin BMT-nin rəsmi sənədi kimi yayılması da təsadüfi xarakter daşımır. Qeyd edək ki, dövlətimizin başçısı müraciətində Azərbaycanın XXI əsrdə kolonializmin davam etməsindən və kolonializmin yeni təzahürləri meyillərinin artmasından narahatlığını vurğulayıb, Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Latın Amerikasında onlarla ölkəni işğal edən, sərvətlərini talayan, xalqlarını uzun illər əsarətdə saxlayan Fransanın həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törətdiyini, etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırımına məruz qoyduğunu diqqətə çatdırıb, Fransa kolonializminin utancverici yeni metodlarının bu gün də davam etməsindən təəssüfünü bildirib. Prezident, İlham Əliyev, eyni zamanda, Fransanın dünyada ən çox mina istifadə etmiş ölkələrdən biri olduğuna, Azərbaycanın mina partlayışından ən çox əziyyət çəkən ölkələr sırasında ön yerlərdən birini tutduğuna diqqət çəkib. Dövlətimizin başçısı, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi kolonializmə qarşı mübarizə aparan və azad olmağa çalışan xalqları dəstəklədiyini diqqətə çatdırıb.
Eyni zamanda, Prezident İlham Əliyevin sözügedən müraciətinin BMT-nin rəsmi sənədi kimi yayılması dövlətimizin başçısının, eyni zamanda, Azərbaycanın beynəlxalq proseslərdə oynadığı mühüm rolun, o cümlədən dünyada kolonializmə qarşı mübarizə sahəsində birgə səylərin səfərbər edilməsinə, bəşəriyyətin rifahı, dünyanın kolonializmdən xilas olması məqsədilə yeni ideya və təşəbbüslərin irəli sürülməsinə töhfələrinin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsinin əyani təzahürüdür.
Paris tarixən istismar edib, soyqırımına uğradıb
Bəli, təssüfləndirici haldır ki, özünü inkişaf etmiş “demokratik ölkə” sayan Fransada insan hüquq və azadlıqlarına münasibət fərqli standartlara əsaslanır. Bu, rəsmi Parisin neokolonialist siyasətə üstünlük verməklə bəşəri dəyərləri deqradasiyaya uğratdığının göstəricisidir.
Neokolonist arzularından əl çəkməyən Fransa tarixdən dərs götürmək belə istəmir. Beynəlxalq ekspertlərin də şərhlərinə görə, Fransa tarixən müstəmləkəçiliyi ən sistemli şəkildə tətbiq edən ölkədir. Ötən dövrün tarixinə isə Fransa adını ancaq qanlı və qara hərflərlə yazdırıb - həyata keçirdiyi soyqırımları, insanların vəhşicəsinə qətlə yetirilməsi faktları, milyonlarla insanın kölələşdirilməsi kimi saysız-hesabsız məqamlar rəsmi Parisin tarixdən silə bilməyəcəyi üzqarasıdır. Bu ilin iyul ayında Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə çıxışı zamanı Prezident
İlham Əliyev bildirmişdi ki, Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilib. Hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır. Bunun utancverici və iyrənc hərəkət olduğunu deyən dövlətimizin başçısı qeyd edib: “Biz Fransa prezidenti Emmanuel Makrondan həmin qəhrəmanların qalıqlarını Əlcəzairə təhvil verməsini tələb edirik”.
Prezident İlham Əliyev Fransanın öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməli olduğunu da diqqətə çatdırmışdı.
Bəli, Fransanın öz müstəmləkələrində hansı addımlarla yadda qaldığı hər kəsə bəllidir. 1524-cü ildən başlanan Fransa müstəmləkəçiliyinin acı nəticələri hələ də yaddan çıxmayıb. Afrikanın 35 faizini 300 il nəzarətində saxlayan Fransa Seneqal, Fil Dişi Sahili və Benin kimi ölkələrdən qul ticarəti mərkəzləri kimi istifadə edib və bölgədəki bütün resursları istismar edib. Əsrlərlə davam edən müstəmləkəçilik dövründə milyonlarla afrikalı həyatını itirib. Bəşər tarixinin ən böyük soyqırımlarından biri sayılan və 800 min insanın həlak olduğu 1994-cü il Ruanda soyqırımında Fransanın rolu olduğu artıq həqiqət kimi etiraf olunur - 2008-ci ildə Ruanda hökuməti Fransanı soyqırıma hazırlıqdan xəbərdar olmaqda, hutu dəstələrinə kömək edib onlara təlim keçməkdə günahlandırmışdı. 1945-ci il mayın 8-i Fransanın Əlcəzairdə soyqırımının başladığı tarixdir. Bu soyqırımında milyonlarla müsəlman əlcəzairli həyatını itirdi.
Fransa neokolonializmindən əziyyət çəkən regionlar...
Ən təəssüfləndirici hal isə, bu siyasətin hələ də davam etdirilməsidir. Məsələn, Korsikanın azadlıq mübarizəsi Fransa üçün artıq uzun illərdir ki, “baş ağrısına” çevrilib. İyul ayında baş tutan tədbirdə Prezident İlham Əliyev bildirmişdi ki, Fransa hətta Korsika dilinə qadağa qoyur və etnik azlıqlar konsepsiyasını qəbul etmir, lakin, eyni zamanda, özünü Azərbaycandakı erməni milli azlığının müdafiəçisi kimi göstərməyə çalışır: “Bu, riyakarlıq və ikili standartlardan başqa bir şey deyil”.
Eyni zamanda, sərhədlərindən çox uzaqda yerləşən ərazilərə belə iddialarını davam etdirən rəsmi Paris müasir dövrdə müstəmləkə siyasəti yürütməsi ilə seçilir. Məsələn, Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası buna bariz misaldır. Xatırladaq ki, Mayot adası hazırda departament formasında Fransanın nəzarətində olan adadır. Mayot adası və onun ətraf bölgələrinə Qəmər Adaları İttifaqının haqlı iddiaları əsaslıdır - ada əhalisinin sayı 188 min 422 nəfərdir və etnik tərkib baxımından ada əhalisinin böyük əksəriyyəti qəmərlilərdir. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi isə Qəmər Adaları İttifaqının Mayot adası üzərində suverenliyini tanıyıb. Fransa isə beynəlxalq hüquqa hörmət göstərməyərək özünün müstəmləkəçilik siyasətindən əl çəkmir - Mayot Adası əsl sahiblərinə təhvil verilmir. Bu isə özünü Avropa demokratiyasının ən əsas dayaqlarından sayan Fransanın əsl xislətini ortaya çıxarmış olur.
Eyni zamanda, Yeni Kaledoniya, Poleniziya kimi torpaqlar da Fransanın Sakit okeanda yerləşən xüsusi inzibati-ərazi qurumları sayılır. Fransa hökumətindən bu ərazidə “öz müqəddəratını təyinetmə prosesinin ədalətli və səmərəli qurulmasını asanlaşdırmaq və sürətləndirmək”, eləcə də Polineziya əhalisinin müstəqilliyə qərar verə biləcəyi referenduma və ya öz müqəddəratını təyinetmənin ara statusuna yol açmaq tələb olunub. Amma Fransa yenə də beynəlxalq hüququ ayaqlar altına alaraq özünün müstəmləkə siyasətinə son vermir...
Azərbaycanın fəaliyyəti...
Qeyd edək ki, Fransa müstəmləkəçiliyinə qarşı yaradılan Bakı Təşəbbüs Qrupu qısa zaman kəsiyində mühüm işləri ilə seçilib. Ötən dövrdə hətta BMT müstəvisində bir sıra sənədləri yayan, Fransanın neokolonialist simasını ifşa edən Qrupun təşkilatçılığı ilə oktyabrın 20-də Bakıda keçirilən “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda beynəlxalq konfrans xüsusi əhəmiyyətə malikdir. Tədbirdə iştirak edən qonaqlar, xüsusilə Fransa neokolonializmindən əziyyət çəkən regionların nümayəndələri mühüm fikir mübadiləsi həyata keçirdi. Azərbaycanın tutduğu yol, həqiqətlərin üzə çıxması uğrunda apardığı mübarizə, neokolonializm kimi yeni dövr üçün üzqızardıcı bir mövqenin ifşası istiqamətində atdığı addımlar birmənalı şəkildə bəyənildi. Bu mübarizə dünyada ədalətin bərpasında, həqiqətlərin üzə çıxmasında, Fransanın ifşasında mühüm faktoloji əhəmiyətə malikdir...
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
29 Noyabr 16:29

Xəbər lenti
29 Noyabr 16:26

Xəbər lenti
29 Noyabr 16:08

Xəbər lenti
29 Noyabr 15:52

Maraqlı
29 Noyabr 15:12

Sosial
29 Noyabr 14:53

Xəbər lenti
29 Noyabr 14:51

Xəbər lenti
29 Noyabr 14:42

Xəbər lenti
29 Noyabr 14:34

İqtisadiyyat
29 Noyabr 14:17

Gündəm
29 Noyabr 14:10

Xəbər lenti
29 Noyabr 13:58

Xəbər lenti
29 Noyabr 13:49

Xəbər lenti
29 Noyabr 13:40

Xəbər lenti
29 Noyabr 13:26

Dünya
29 Noyabr 13:03

Xəbər lenti
29 Noyabr 13:00

Xəbər lenti
29 Noyabr 12:37

Xəbər lenti
29 Noyabr 12:35

Xəbər lenti
29 Noyabr 12:07

Xəbər lenti
29 Noyabr 11:49

Xəbər lenti
29 Noyabr 11:43

Xəbər lenti
29 Noyabr 11:39

Mədəniyyət
29 Noyabr 11:22

Xəbər lenti
29 Noyabr 11:20

Sosial
29 Noyabr 11:16

Xəbər lenti
29 Noyabr 11:15

Analitik
29 Noyabr 11:08

Xarici siyasət
29 Noyabr 11:00

Dünya
29 Noyabr 10:58

Siyasət
29 Noyabr 10:55

Xəbər lenti
29 Noyabr 10:50

Xəbər lenti
29 Noyabr 10:50

Analitik
29 Noyabr 10:44

Siyasət
29 Noyabr 10:40

Xəbər lenti
29 Noyabr 10:38

MEDİA
29 Noyabr 10:35

Siyasət
29 Noyabr 10:31

Xəbər lenti
29 Noyabr 10:28

Gündəm
29 Noyabr 10:21

Xəbər lenti
29 Noyabr 10:16

Siyasət
29 Noyabr 10:10

Gündəm
29 Noyabr 10:00

Maraqlı
29 Noyabr 09:45

Xəbər lenti
29 Noyabr 09:39

Xəbər lenti
29 Noyabr 09:38

Xəbər lenti
29 Noyabr 09:29

Xəbər lenti
29 Noyabr 09:23

Xəbər lenti
28 Noyabr 21:16

Xəbər lenti
28 Noyabr 19:44

Siyasət
28 Noyabr 18:29

Xəbər lenti
28 Noyabr 18:10

Xəbər lenti
28 Noyabr 17:23

Xəbər lenti
28 Noyabr 17:20

Xəbər lenti
28 Noyabr 16:31

Xəbər lenti
28 Noyabr 16:08

Sosial
28 Noyabr 15:39

Xəbər lenti
28 Noyabr 15:33

İqtisadiyyat
28 Noyabr 15:17

Mədəniyyət
28 Noyabr 14:46

Siyasət
28 Noyabr 14:34

Avropa
28 Noyabr 14:27

Dünya
28 Noyabr 14:01

Xəbər lenti
28 Noyabr 13:50

Xəbər lenti
28 Noyabr 13:43

İdman
28 Noyabr 13:14

Xəbər lenti
28 Noyabr 13:13

Xəbər lenti
28 Noyabr 13:12

Xəbər lenti
28 Noyabr 12:54

Xəbər lenti
28 Noyabr 12:53
