Şəhər kimi kəndlərimiz
15.11.2023 [10:00]
Şanlı Zəfərə imza atdığımız 44 günlük Vətən müharibəsinin başa çatmasından sonra, demək olar ki, ötən hər gün işğaldan azad olunmuş ərazilərdən xoş soraq alırıq. Göz önündə xarabalıqlar üzərində yeni bir Qarabağ formalaşır. Zamanında Prezident İlham Əliyev qətiyyətlə bildirirdi ki, biz bu yerləri dünyanın ən abad guşəsinə, cənnətə çevirəcəyik. İndi məhz bu proses müşahidə edilir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında quruculuq-bərpa işləri intensiv şəkildə davam etdirilir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tez-tez işğaldan azad edilmiş ərazilərə səfərlər edərək layihələrin icrasını nəzarətdə saxlayırlar. Belə səfərlər bir qayda olaraq yeni təməlqoyma və yaxud açılış mərasimləri ilə yadda qalır. Dövlətimizin başçısı Zəfər Günü ərəfəsində işğaldan azad olunmuş ərazilərə növbəti səfəri çərçivəsində daha bir yaşayış məntəqəsinin - Füzuli rayonunda Qarğabazar kəndinin təməlini qoyub.
Sərhəd tanımayan urbisid və kultursid - erməni vəhşiliyinin gerçək siması
Tarix boyunca ermənilər özləri barəsində “mədəni xalq” mifi uydurublar. Ancaq Vətən müharibəsində işğaldan azad olunmuş ərazilər ermənilərin gerçək simalarını bütün cəhətləri ilə açıb ortaya qoyur. Bu ərazilərdə yaşayan azərbaycanlılar öz ev-eşiklərindən zorla çıxarılıb, eyni zamanda, ucdantutma hər şey dağıdılıb və yerlə yeksan edilib. Otuz illik işğal dövründə məqsədli şəkildə viran qoyulan şəhər və kəndlərimizin siyahısı çox uzundur. Bu siyahıda 9 Azərbaycan şəhərinin adı var. Ermənistan, eyni zamanda, Azərbaycanın yüzlərlə kəndini qəsdən dağıdıb, bütün mədəni və dini abidələrimizi viran qoyaraq, talayaraq, onları əsl urbisid (şəhərlərə qarşı genosid) və kultursid (mədəniyyətə qarşı genosid) nümunələrinə çevirib. Sözsüz ki, İkinci Dünya müharibəsindən sonra şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. Ermənistan bu ərazilərdə əsrlər boyu yaşayan Azərbaycan xalqının izini silməyə çalışıb. Ağdam o dərəcədə dağıntıya məruz qalıb ki, xarici mütəxəssislər onu “Qafqazın Xirosiması” adlandırırlar. Zamanında aran və dağlıq Qarabağın incisi sayılan Ağdam indi xarabalıqları xatırladır. Şəhərdən əsər əlamət yoxdur, burada bir bina da salamat qalmayıb. Göz işlədikcə uzanıb gedən ərazilərdə yalnız Cümə məscidinin qalıqlarını görmək mümkündür. Düşmən məscidin qalıqlarını artilleriya atəşlərinin tənzimlənməsi üçün saxlayıb. Füzuli şəhəri işğaldan azad olunanda Azərbaycan Ordusu orada bir dənə də salamat bina tapa bilmirdi ki, onun üzərində bayrağımızı dalğalandırsın. Ermənistanın işğalı altında olmuş ərazilərdə 67 məsciddən 65-i yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb. Hətta qəbiristanlıqlar belə təhqir olunub, dağıdılıb və talanıb.
Ərazilərin “ağıllı şəhər” və “ağıllı kənd” konsepti ilə bərpası
Müharibə başa çatandan sonra ermənilər iddia edirdilər ki, işğaldan azad olunmuş əraziləri bərpa etməyə Azərbaycanın gücü çatmayacaq, bundan ötrü onilliklər lazım gələcək. Ancaq belə olmadı. Müharibə başa çatandan dərhal sonra bütün dünya dövlətimizin və xalqımızın torpaq sevgisinin, gücünün və qüdrətinin bir daha şahidi oldu.
İşğaldan azad olunmuş ərazilərin bərpasına vaxt itirilmədən start verildi. Ölkəmiz bu ərazilərin bərpasını və ora soydaşlarımızın layiqli şəkildə qaytarılmasını özünün beş mühüm prioritetindən biri kimi müəyyənləşdirib. Artıq bəhs olunan ərazilərimizə həyat geri qayıdır. Vətən müharibəsindən sonra Azərbaycan keçmiş məcburi köçkünləri öz doğma yurdlarına mümkün qədər tez bir zamanda geri qaytarmaq üçün urbisidə məruz qalmış 10 min kvadratkilometrdən çox ərazini sıfırdan yenidən qurur, şəhərlər və kəndlər inşa edir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2022-2026-cı illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramı”na əsasən ilkin mərhələdə 100 yaşayış məntəqəsinin (8 şəhər, 8 qəsəbə və 84 kənd) bərpa edilməsi nəzərdə tutulub.
Ümumilikdə, 2021-2023-cü illərdə dövlətimizin başçısı tərəfindən 105 layihənin təməli qoyulub, 63 müxtəlif təyinatlı tikinti obyektinin açılışı keçirilib. Ərazidə sosial infrastruktur yenidən qurulur, Füzuli və Zəngilanda olmaqla iki hava limanı, çoxlu sayda avtomobil yolları, su elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar və sair tikilib istifadəyə verilib. Hazırda yeni layihələrin icrası sürətlə davam etdirilir. İşğaldan azad edilmiş ərazilərin 97 min hektardan çoxu mina və partlamamış hərbi sursatlardan təmizlənib. İndiyədək 8 şəhər və 92 kəndin Baş planı artıq təsdiq edilib və 30 kəndin təməli qoyulub.
Eyni zamanda, artıq işğaldan azad olunmuş ərazilərin məskunlaşdırılmasına start verilib. Ötən ilin iyul ayından etibarən ilkin olaraq 2 şəhərə (Laçın və Füzuli şəhərləri) və 3 kəndə (Zəngilan rayonunun Ağalı, Tərtər rayonunun Talış və Laçın rayonunun Zabux kəndləri) keçmiş məcburi köçkünlərin qayıdışı reallaşdırılıb. İlin sonuna qədər işğaldan azad olunmuş ərazilərdə məskunlaşdırılacaq əhalinin sayının 5500-ə çatdırılacağı gözlənilir.
Azərbaycan müasir dövlət kimi inkişaf edir. Bu gün respublikamızda həyatın bütün sahələrində innovativ tətbiqlərin, yeni yanaşmaların şahidi olmaq mümkündür. Həmçinin Vətən müharibəsində işğaldan azad edilmiş ərazilər də müasir standartlar səviyyəsində yenidən qurulur. Prezident İlham Əliyev bildirib ki, “yaşıl enerji” zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda yaşayış məntəqələrinin bərpası “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasına uyğun olaraq həyata keçirilir. Bütövlükdə, dövlət başçısının 22 iyul 2022-ci il tarixində imzaladığı müvafiq Sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda “Böyük Qayıdış” üzrə strateji çərçivə müəyyənləşdirilib. Sənəddə vurğulanır ki, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” məqsədinin reallaşdırılması üçün əhalinin dayanıqlı məskunlaşması təmin olunacaq. Əhalinin dayanıqlı məskunlaşması ərazilərdə planlaşdırılan zəruri ilkin şərtlərin yaradılması ilə dəstəklənəcək. İşğaldan azad edilmiş ərazilərin təhlükəsizlik sistemi və infrastrukturla tam şəkildə əhatəsinə nail olunacaq. Qabaqcıl şəhərsalma qaydaları nəzərə alınmaqla bölgədə yaşayış və qeyri-yaşayış kompleksləri inşa ediləcək, müasir infrastruktura malik “ağıllı şəhər və ağıllı kənd” konsepsiyaları həyata keçiriləcək. Kommunal xidmətlər şəbəkəsi, xüsusilə tullantıların səmərəli idarə edilməsi sistemi qurulacaq. Sosial xidmət infrastrukturu bərpa olunacaq. Nəticədə, ilkin strateji mərhələdə əhalinin təhlükəsiz, ləyaqətli və dayanıqlı əsasda planlaşdırılan məskunlaşmasına nail olunacaq.
“Ağıllı kənd” konsepti ilə bərpa olunan kəndlərdə əslində şəhər həyatına aid bütün komponentlər öz əksini tapır. İşğaldan azad olunmuş ərazilərdə bu konsepsiya ilk olaraq Zəngilan rayonunun Ağalı kəndində tətbiq olunub. Layihə qısa müddətdə yüksək səviyyədə tamamlanıb. “Ağıllı kənd” konsepti ilə inşa olunan yaşayış məntəqəsinə 2022-ci ilin may ayında ilk ailələr köçürülüb. Növbəti “ağıllı kənd” isə Füzuli rayonunun Dövlətyarlı kəndində yaradılır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2021-ci il oktyabrın 17-də Füzuli rayonunun Dövlətyarlı kəndində yeni salınacaq “ağıllı kənd” layihəsi ilə tanış olublar.
Qarğabazarda 527 fərdi ev tikiləcək
Prezidenti İlham Əliyevin Zəfər Günü ərəfəsində təməlini qoyduğu Qarğabazar kəndi Füzuli Beynəlxalq Hava Limanından 10 kilometr məsafədə, rayonun cənub-qərbində yerləşir. Kəndin inzibati ərazisinə Yal-Pirəhmədi və Sərdarlı kəndləri də daxildir. Qarğabazar kəndinin layihələndirilən ümumi ərazisi 152,6 hektardır. Kəndə 2 min nəfərin köçürülməsi planlaşdırılır. Burada, ümumilikdə, 527 fərdi ev tikiləcək. Kəndin inşasının birinci mərhələsində 181 fərdi evin tikilməsi üçün 35,5 hektar torpaq sahəsi ayrılıb. Bu mərhələdə kəndə 181 ailənin - 629 nəfərin köçürülməsi planlaşdırılır.
Layihəyə əsasən, kənddə çoxfunksiyalı inzibati binanın, Bayraq meydanının, mədəniyyət evinin, kafe-restoranın, mərasim evinin, aptekin, idman klubunun, ailə sağlamlıq mərkəzinin, 384 şagird yerlik orta məktəbin, 128 yerlik uşaq bağçasının, istirahət və yaşıllıq zonalarının, bazar kompleksinin, kitabxananın, ticarət obyektinin, qonaq evinin, məscidin və digər zəruri obyektlərin tikilməsi planlaşdırılıb. Kənd tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib. Enerjiyə qənaət etmək məqsədilə alternativ enerjidən istifadə və istilik tutumlu evlərin inşası nəzərdə tutulub.
Kənddə tarixi memarlıq abidələri - Şah Abbas karvansarası və Şah Abbas məscidi də bərpa olunacaq. Qarğabazar kəndi Şəki-Qarabağ-Hindistan ipək ticarəti yolu üzərində yerləşdiyindən bu yoldan istifadə edən tacirlər uzun yolun yorğunluğunu çıxarmaq üçün Qarğabazar karvansarasında gecələyirdilər. Qarabağın ən qədim məscidlərindən olan, 1684-cü ildə inşa edilən Şah Abbas məscidi el arasında Hacı Qiyasəddin məscidi kimi də tanınır.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
29 Noyabr 15:52

Maraqlı
29 Noyabr 15:12

Sosial
29 Noyabr 14:53

Xəbər lenti
29 Noyabr 14:51

Xəbər lenti
29 Noyabr 14:42

Xəbər lenti
29 Noyabr 14:34

İqtisadiyyat
29 Noyabr 14:17

Gündəm
29 Noyabr 14:10

Xəbər lenti
29 Noyabr 13:58

Xəbər lenti
29 Noyabr 13:49

Xəbər lenti
29 Noyabr 13:40

Xəbər lenti
29 Noyabr 13:26

Dünya
29 Noyabr 13:03

Xəbər lenti
29 Noyabr 13:00

Xəbər lenti
29 Noyabr 12:37

Xəbər lenti
29 Noyabr 12:35

Xəbər lenti
29 Noyabr 12:07

Xəbər lenti
29 Noyabr 11:49

Xəbər lenti
29 Noyabr 11:43

Xəbər lenti
29 Noyabr 11:39

Mədəniyyət
29 Noyabr 11:22

Xəbər lenti
29 Noyabr 11:20

Sosial
29 Noyabr 11:16

Xəbər lenti
29 Noyabr 11:15

Analitik
29 Noyabr 11:08

Xarici siyasət
29 Noyabr 11:00

Dünya
29 Noyabr 10:58

Siyasət
29 Noyabr 10:55

Xəbər lenti
29 Noyabr 10:50

Xəbər lenti
29 Noyabr 10:50

Analitik
29 Noyabr 10:44

Siyasət
29 Noyabr 10:40

Xəbər lenti
29 Noyabr 10:38

MEDİA
29 Noyabr 10:35

Siyasət
29 Noyabr 10:31

Xəbər lenti
29 Noyabr 10:28

Gündəm
29 Noyabr 10:21

Xəbər lenti
29 Noyabr 10:16

Siyasət
29 Noyabr 10:10

Gündəm
29 Noyabr 10:00

Maraqlı
29 Noyabr 09:45

Xəbər lenti
29 Noyabr 09:39

Xəbər lenti
29 Noyabr 09:38

Xəbər lenti
29 Noyabr 09:29

Xəbər lenti
29 Noyabr 09:23

Xəbər lenti
28 Noyabr 21:16

Xəbər lenti
28 Noyabr 19:44

Siyasət
28 Noyabr 18:29

Xəbər lenti
28 Noyabr 18:10

Xəbər lenti
28 Noyabr 17:23

Xəbər lenti
28 Noyabr 17:20

Xəbər lenti
28 Noyabr 16:31

Xəbər lenti
28 Noyabr 16:08

Sosial
28 Noyabr 15:39

Xəbər lenti
28 Noyabr 15:33

İqtisadiyyat
28 Noyabr 15:17

Mədəniyyət
28 Noyabr 14:46

Siyasət
28 Noyabr 14:34

Avropa
28 Noyabr 14:27

Dünya
28 Noyabr 14:01

Xəbər lenti
28 Noyabr 13:50

Xəbər lenti
28 Noyabr 13:43

İdman
28 Noyabr 13:14

Xəbər lenti
28 Noyabr 13:13

Xəbər lenti
28 Noyabr 13:12

Xəbər lenti
28 Noyabr 12:54

Xəbər lenti
28 Noyabr 12:53

Xəbər lenti
28 Noyabr 12:50

Xəbər lenti
28 Noyabr 12:26

Xəbər lenti
28 Noyabr 12:21
