HİMNİMİZİN 3-CÜ BƏNDİ...
22.12.2023 [23:43]
İLHAM ƏLİYEV XALQIMIZ, DÖVLƏTİMİZ, TARİXİMİZ ÜÇÜN KİMDİR?
İlham Əliyev Azərbaycan tarixi və xalqı üçün kimdir?
Onun milli yaddaşımızdakı yerini, siyasi tariximizdəki məqamını bir və ya bir neçə cümlə ilə necə ifadə etmək olar?
Təbii ki, müxtəlif mənbələri, fərqli mətnləri nəzərdən keçirmək mümkündür.
Və mövzuyla bağlı hər kəsin öz versiyası ola bilər.
Bu xüsusda, mənim ağlıma ilk gələn dövlət himnimizin 3-cü bəndidir.
Üç misradır:
“Namusunu hifz etməyə,
bayrağını yüksəltməyə
cümlə gənclər müştaqdır...”
Zənnimcə, elə Onun ən dəqiq, ən mükəmməl obrazı məhz budur.
İlham Əliyev himnimizdə təsbit olunmuş həmin missiyadır.
Həmin Gəncdir!
Həmin Oğuldur, Atadır!
Ali Əsgər, Ali Baş Komandan, Ali Rəhbərdir!
Başı dik, alnı açıq Azərbaycanlı olmağımızın səbəbkarıdır...
Qələbənin qüruru fövqəladə bir duyğudur, - başı çəkməyən bilməz.
Yəqin ki, Vətən müharibəsinin xronikasını izləyənlər, unutmayıblar.
44 gün ərzində Qərb mediasının təmsilçiləri bölgəyə tez-tez səfər edirdilər.
Azərbaycan Prezidentindən müsahibə almaq üçün.
Amma onların mətbuat nümayəsindən daha çox prokuror görkəmi vardı.
Sanki hər birinin içində bir canavar oturmuşdu.
Müsahibə almağa yox, Azərbaycanı parçalamağa gəlmişdilər elə bil.
Almaniyanın “ARD” televiziya kanalının əməkdaşı daha ağllı görünmək istəmişdi.
“Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir?
Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır?”
Azərbaycan Prezidenti ona cavab verməmişdi.
Ona Dərs keçmişdi, əsl Ləyaqət dərsi.
“Elzas və Lataringe sizin üçün önəmlidir?
Bavariya sizin üçün önəmlidir?
Yaxud Reyn-Vestfaliya?
Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir.
Bu, resurslar məsələsi deyil.
Əsas resurslar burada, Bakıdadır.
Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir.
Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır.
Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik”.
Bu, həm də bir tarix dərsidir. Hamı üçün.
O cümlədən bizim bəzi başa bəla “milli” tarixçilərimiz üçün.
Hansılar ki, 1918-ci ildə İrəvanın ermənilərə paytaxt kimi verilməsini resursların Bakıda olmasıyla “izah”edirlər.
İrəvanın verilməyinə cidd-cəhdlə mənəvi, hüquqi-siyasi bəraət qazandırmağa çalışırlar.
Guya harada resurslar yoxdur, oranı ermənilərə peşkəş etmək olar...
Azərbaycan bu gün yenə dünyanın diqqət mərkəzindədir.
Yenə media təmsilçiləri gəlir.
Ancaq fərqli bir ovqatla, hirsdən, hikkədən təkəbbürdən əsər əlamət qalmayıb.
Necə deyərlər, quzuya dönüblər.
Suallarını verir, cavablarını alıb geri dönürlər.
1992-cil ildə “Vaşinqton post” qəzetində bir karikatura dərc edilmişdi.
Məzmunu beləydi: ABŞ dövlət katibinin köməkçisi bir məmurun hesabatını dinləyir.
Əməkdaş ona Azərbaycan barədə məlumat verir.
Və həmin əməkdaş otağı tərk edəndən sonra köməkçi evdən ona zəng edən xanımından soruşur “Əzizim, deyə bilməzsən, Azərbaycan nə ölkədir və harada yerləşir?”.
Bu günlərdə, həmin karikaturanın nəşrindən 32 il keçmiş, Prezidentin mətbuat xidmətinin yaydığı məlumatda oxuyuruq.
“ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Prezidentinə zəng edib.
Söhbət zamanı Blinken İlham Əliyevdən köməkçisi Obraynı qəbul etməyini xahiş etmişdir”...
Haradan haraya gəlmişik!
Bir il əvvəl “Yeni Azərbaycan” qəzeti “Xankəndinə, evimə dönmək istəyirəm” sözlərini və evinin ünvanını yazıb boynundan asmış bir azərbaycanlı xanımın fotosunu dərc edirdi.
Kədərli, ürkək və nigaran baxışlarıyla.
Bu gün Azərbaycan mətbuatı İlham Əliyevin Xankəndi şəhər stadionundakı çıxışını dərc edir...
Prezidentin şəhid övladarıyla bir sırada əyləşib futbol matçını seyr etdiyi fotoları yayır...
Qarabağ ilk dəfədir ki, seçki həyəcanı yaşayır.
Xocalıda, Xankəndidə seçki məntəqələri qurulub.
Prezidentin dediyi kimi, biz artıq bölgəyə sülh gətirmişik.
Sülhün rəmzləri olduğu kimi öz dadı, tamı, qoxusu da var.
Minalardan təmizlənib əkin üçün şumlanmış torpaq sülhün ən gözəl fotosudur.
Nobel sülh mükafatını haqq edən bir foto!
Şumlanmış torpağın sehrli bir qoxusu olur.
O sülhün qoxusudur.
O ətir o qoxu Qarabağın havasından tüstü, barıt qoxusunu qovub çıxarır.
Bu yerdə Müşfiqi xatırlayıram.
Mən onu “Əsir düşərgəsi” layihəsindən tanımışam.
Jurnalist Vüsalə Məmmədovaya ağrılı-acılı hekayəsini danışmışdı.
Müşfiq əslən Laçın rayonunun Qarabəyli kəndindəndir.
Səkkiz uşaqlı bir ailədə anadan olub.
Ermənilər anasını, kiçik qardaşını gözünün qabağında güllələyiblər.
Müşfiq ayağından yaralanıb.
Bacısı Yeganə ilə birlikdə ermənilərə əsir düşüb.
Onun dediyi bir söz mənim hafizəmə güllə kimi sancılıb.
Müşfiq deyir ki, güllə dəymiş insan ətinin xüsusi qoxusu olur...
Güllə dəymiş insanın ətinin qoxusu...
Qarabağın dağından, daşından, düzündən yamacından...
və ciyərlərimizdən təmizlənir.
Və sülhün qoxusu dörd bir yana yayıldıqca makronların da əndişəsi artır.
Çünki bakteriyalar laxtalanmış qanla qidalanırlar...
Güllə dəymiş insan ətinin qoxusuyla nəfəs alırlar.
Bul il “Heydər Əliyev İli” idi.
“Heydər Əliyev İli” təqvim üzrə bitir.
Heydər Əliyev yolu isə davam edir.
Heydər Əliyev əsri başlayır.
Dekabrın 7-də imzalanmış sərəncama əsasən 2024-cü il fevralın 7- də prezident seçkiləri keçiriləcək...
Dövlət himnimizin 3-cü bəndi oxunanda,-
Namusunu hifz etməyə
bayrağını yüksəltməyə...-
içimizi bir xəcalət duyğusu göynədirdi.
Düşünürdük, daşınırdıq
Kim hifz edəcək?
Atasının gözü önündə döşləri kəsilən 11 yaşlı azərbaycanlı qızcığazın fəryadı qulaqlarımızda əks səda verirdi.
Erməni əsirliyində məşəqqətlər yaşamış yeganələrin, dürdanələrin iztirabı dil açırdı.
Himnimiz yarımçıq idi.
Təkrar-təkrar oxunsa da, axırda yarımçıq qalırdı.
Tamamlana bilmirdi.
Tamamlaya bilmirdik.
İlham Əliyev dövlət suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa etməklə bərabər, Dövlət himnimizi də məzmunca tamamladı, bütövləşdirdi.
Azərbaycan xalqı 7 fevral prezident seçkisinə onun namusunu hifz edib bayrağını yüksəldən bir Liderlə gedir.
Qərar “Heydər Əliyev İli”ində verilib, - bu o deməkdir ki, tariximizin daha yeni bir mərəhələsi də Heydər Əliyevin xeyir-duası ilə başlayır.
2003-cü ildə olduğu kimi.
7 Heydər Əliyevin çox sevdiyi rəqəm idi.
Alqış Həsənoğlu
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

