Heç kəsə sirr olmayan nüfuz!
24.02.2024 [10:00]
20-30 ölkə beynəlxalq ictimaiyyət adından danışa bilməz...
Özünəməxsus, hər cəhətdən mütərəqqi inkişaf modelinə malik olan Azərbaycan daim o mövqedən çıxış edir ki, dünyada dövlətlər arası münasibətlər beynəlxalq hüquq normalarına və prinsiplərinə uyğun qurulmalıdır, ədalət prinsipi önə çəkilməlidir. Bunun əksi ayrı-ayrı coğrafiyalarda geosiyasi gərginliklərin artması, yeni-yeni kataklizmlərin meydana gəlməsi, milli zəmində münaqişələrin alovlanması deməkdir. Dünyanın sabitliyi və ahəngdar inkişafı hər yerdə və hər zaman “böyük qardaş”, “kiçik qardaş” yanaşmalarını inkar edən paritet əsaslı, qarşılıqlı maraqlara söykənən münasibətlərdən keçir. Hər zaman qlobal təhdidlərə qarşı beynəlxalq həmrəylik təşəbbüsləri irəli sürən Prezident İlham Əliyev beynəlxalq münasibətlər sistemi ilə bağlı ölkəmizin qətiyyətli mövqeyini növbəti dəfə andiçmə mərasimində söylədiyi nitqində diqqətə çatdırıb.
Hansısa ölkələr və yaxud ölkələr qrupu beynəlxalq ictimaiyyət funksiyalarını öz üzərlərinə götürmək istəyirlər
Dünyadakı nizam, beynəxalq münasibətlər sistemi ilə bağlı Azərbaycanın ifadə etdiyi narahatlıq əbəs deyil. Hazırda aydın şəkildə başa düşülür ki, beynəlxalq münasibətləri bir neçə on il bundan əvvəlki qaydada tənzimləmək mümkün deyil. Zaman dəyişib, narahatlıq doğuran yeni çağırışlar meydana gəlib. İnsan hüquqlarının pozulması, maliyyə böhranları və ekologiyanın pisləşməsi ilə müşahidə olunan silahlı münaqişələr, təcavüzkar, ekspansionist siyasətlər, terrorçuluq, separatizm, beynəlxalq mütəşəkkil cinayətkarlıq və ekstremizm dünyada milyonlarla insana mənfi təsir göstərməkdə davam edir. Etiraf olunmalıdır ki, bütün bu kimi mənfi təzahürlər bir sıra hallarda müxtəlif qlobal əhəmiyyətli məsələlərə selektiv yanaşmanın, ikili standartların tətbiqinin nəticəsində meydana çıxaraq genişlənib. Dünya nizamı vahid qaydalar əsasında müəyyənləşdirilməlidir, əks halda dünyanı təhdid halları daha da arta bilər. Prezident İlham Əliyevin dəfələrlə ifadə etdiyi “Bu gün dünyanın hər zaman olduğundan daha çox beynəlxalq hüquqa hörmət və bunu təmin etmək iqtidarında olan səmərəli qlobal təsisatlara ehtiyacı var” fikri öz aktuallığı ilə diqqəti xüsusi cəlb edir.
Biz son illərdə Yaxın Şərq coğrafiyasında geostrateji məsələlərə ekspansionist yanaşmaların acı fəsadlarını müşahidə edirik. Böyük bir coğrafiyada dövlətlərin suverenliyi pozulur, milyonlarla insan rahat həyatından məhrum qalıb. Həmçinin Azərbaycan da ikili yanaşmalara məruz qalan ölkələr sırasında yer alır. Biz işğal dövründə Qərbi Azərbaycanda yaradılan saxta Ermənistan dövlətinin dünyada havadarları tərəfindən necə güclü şəkildə dəstəkləndiyinin şahidi olduq. İşğalçı Ermənistan üç onillik ərzində daim sülh danışıqlarında qeyri-konstruktivlik nümayiş etdirir, beynəlxalq hüquq normaları ilə bir araya sığmayan tələblər irəli sürür və daim keçmiş təmas xətti boyunca təxribatlara əl atırdı. Bu kimi davranışlarla Ermənistan, əslində işğal nəticəsində yaranan keçmiş status kvonu sonsuzluğadək uzatmağa çalışırdı. Məhz bu səbəbə görə də 28 il davam edən danışıqlar prosesi heç bir səmərə vermirdi. Nəticə faktiki olaraq sıfır idi. BMT, ATƏT kimi aparıcı beynəlxalq təşkilatların və digərlərinin Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamə və qərarlar qəbul etməsinə, xüsusilə, BMT Təhlükəsizlik Şurasının, demək olar ki, 30 il ərzində kağız üzərində qalan 4 qətnaməsinə baxmayaraq, Ermənistanın mövqeyində hansısa bir dəyişiklik baş vermirdi. Bunun yeganə səbəbi isə işğalçılıq siyasətini dövlət siyasəti səviyyəsinə qaldıran Ermənistanın beynəlxalq hüquq normaları çərçivəsində cəzalandırılmaması idi. Azərbaycanın təcavüzkarın cilovlanması, ona qarşı sanksiyaların tətbiq edilməsi çağırışları cavabsız qalırdı. Sanki beynəlxalq ictimaiyyət Azərbaycan xalqının humanitar fəlakətinə müəyyən mənada göz yummağa qərar vermişdi. İşğalçını dünya gücləri, beynəlxalq təşkilatlar deyil, Azərbaycanın özü cəzalandırdı. Belə ki, 2020-ci ildə baş verən 44 günlük müharibədə möhtəşəm Zəfərə imza atan respublikamız həm ərazi bütövlüyünü, həm də beynəlxalq hüququ təmin etdi. Bəs beynəlxalq qurumların, ayrı-ayrı supergüc dövlətlərin məsuliyyəti harada idi?
Fransa kimi ölkələrin, AŞPA kimi beynəlxalq təsisatların qərəzli yanaşması
Azərbaycan 44 günlük müharibənin və 23 saatlıq antiterror tədbirlərinin nəticəsində öz gücünə ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra da bir sıra hallarda selektiv yanaşmalara məruz qalır. Ayrı-ayrı Avropa qurumları və ölkələri haqq-ədalət mübarizəsi aparan, suveren ərazisində beynəlxalq hüququ, BMT-nin toz basmış qətnamələrinin icrasını öz gücünə təmin edən Azərbaycanı əsassız yerə qınaq obyektinə çeviriblər. Bu sırada özünü insan hüquqlarının qorunması üzrə beynəlxalq platforma hesab edən Avropa Şurası Parlament Assambleyası (AŞPA) və açıq-açkar Ermənistana havadarlıq göstərən Fransa xüsusi fəallığı ilə seçilirlər. Fransa Senatı təkcə son vaxtlarda ölkəmizin əleyhinə olan, əsassız çağırışların yer aldığı bir neçə qərəzli qətnamə qəbul edib. Hazırda isə prezident Emmanuel Makron başda olmaqla bu ölkənin siyasi rəhbərliyi və hökuməti işğalçı dövləti revanşizmə təhrik edir və silahlandırır.
Avropa Şurası Parlament Assambleyası da 30 il ərzində Ermənistanın işğalçılıq siyasətini görməzdən gələn, “siyasi məsələlərə qarışmaq bizim platformanın işi deyil” deyən qurumlar siyahısında “liderlər” sırasında olub, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Hər dəfə Azərbaycan məsələ qaldıranda, işğal altında olan ərazilərimizə missiyalar göndərilməsinə çağırışlar edəndə, bütün bunları təpki ilə qarşılayan avropalı parlamentarilər heyrət doğuracaq “soyuqqanlılıqlarını” AŞPA-ın insan hüquqları ilə məşğul olan təşkilat olması ilə əsaslandırmağa çalışırdılar. Qoy, belə olsun, inanaq ki, AŞPA insan haqlarının qorunmasının fədaisidir, insan haqları qurum üçün qırmızı xəttdir və s. Bəs onda nə üçün avropalı deputatlar bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün taleyinə biganə qalırdılar? Postmüharibə dövründə onilliklər ərzində azərbaycanlı qaçqınlara münasibətdə özünü “heç nəyi görməyən və eşitməyən” kimi aparan AŞPA sükutu pozub. Bəzi dövlətləri təmsil edən avropalı deputatlar yenə də insan haqları mövzusundan yapışıblar. Kor tutduğunu buraxmayan kimi, onlar da yeri gəldi-gəlmədi Azərbaycanı guya Qarabağda erməni əhaliyə qarşı etnik təmizləmə aparmaqda və insan haqlarını pozmaqda ittiham edirlər. Qərəz, ağ yalan olar, daha bu qədər də yox! AŞPA-nın azərbaycanlı qaçqınlara münasibətdə nümayiş etdirdiyi loyallığı ilə postmüharibə dövründəki canfəşanlığı kəskin təzad təşkil edir.
Sadalanan faktlar düşündürücüdür. Beynəlxalq birlik bundan nəticə çıxartmalıdır. Əks halda sabah gec olar və bəşəriyyət daha təhlükəli presedentlərlə üzləşə bilər. “Bəzən eşidirik ki, hansısa ölkələr, yaxud da ki, ölkələr qrupu beynəlxalq ictimaiyyət funksiyalarını öz üzərinə götürmək istəyir və beynəlxalq ictimaiyyət adından danışmağa çalışır. Sözü olmayanda deyir ki, beynəlxalq ictimaiyyət bu məsələni yaxşı qəbul etməz, beynəlxalq ictimaiyyət o məsələni yaxşı qəbul etməz. Birincisi, bu, təvazökarlıqdan uzaq olan məsələdir. Məhdud sayda olan hər hansı 20-30 ölkə beynəlxalq ictimaiyyət adından danışa bilməz, o ki qaldı bir ölkə, ümumiyyətlə, danışa bilməz”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Beynəlxalq ictimaiyyət ölkəmizin tərəfindədir
Fransa kimi ölkələrin və AŞPA kimi beynəlxalq təsisatların qərəzli yanaşmalarına rəğmən, dünya birliyi fərqli yanaşma sərgiləyir. Artıq Azərbaycanın İkinci Qarabağ müharibəsinin və antiterror tədbirlərinin nəticələrinə uyğun olaraq yaratdığı reallıqlar bütün dünyada qəbul olunub. Bu gün Azərbaycan həm İslam coğrafiyasında, həm də Avropada milli maraqlarını qətiyyətlə qoruyan, eyni zamanda regional və qlobal təhlükəsizliyə sanballı töhfələr verən ləyaqətli dövlət kimi tanınır. Təkcə son vaxtlarda Prezident İlham Əliyev çoxsaylı ölkələrin hökumət və dövlət başçılarının iştirakı ilə baş tutan mötəbər sammitlərə fəxri qonaq qismində dəvətlər alıb. Eyni zamanda, dövlətimizin başçısının pandemiya dövründə irəli sürdüyü beynəlxalq həmrəyliyin gücləndirilməsi təşəbbüsü BMT səviyyəsində qəbul olunub.
Respublikamızın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi üçün seçilməsi Azərbaycan Prezidentinin növbəti təntənəli qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır. Dövlət başçısı bir daha bu spekulyasiyaları alt-üst etdi və Azərbaycanın müsbət imicinin üzərinə kölgə sala bilməyəcəklərini sübuta yetirdi. Dövlətimizin başçısı respublikamızın COP29-a ev sahibliyi etmək təşəbbüsünü irəli sürməklə və təşəbbüsün dəstəklənməsinə nail olmaqla Azərbaycanın beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirdi. Ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın diqqət mərkəzində olacaq. “Beynəlxalq ictimaiyyət isə bizim tərəfimizdədir və İkinci Qarabağ müharibəsi zamanı, antiterror əməliyyatı zamanı beynəlxalq ictimaiyyət bizi dəstəkləmişdir. Bu gün Azərbaycanın beynəlxalq nüfuzu hesab edirəm ki, heç kimə sirr deyil”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
MÜBARİZ
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
22 Oktyabr 17:11

YAP xəbərləri
22 Oktyabr 17:10

YAP xəbərləri
22 Oktyabr 16:19

Siyasət
22 Oktyabr 16:05

YAP xəbərləri
22 Oktyabr 15:54

YAP xəbərləri
22 Oktyabr 15:38

YAP xəbərləri
22 Oktyabr 15:18

Gündəm
22 Oktyabr 14:57

Siyasət
22 Oktyabr 14:34

Siyasət
22 Oktyabr 14:33

Siyasət
22 Oktyabr 14:11

Sosial
22 Oktyabr 13:46

YAP xəbərləri
22 Oktyabr 13:24

YAP xəbərləri
22 Oktyabr 13:06

Gündəm
22 Oktyabr 13:02

Sosial
22 Oktyabr 12:57

Gündəm
22 Oktyabr 12:31

YAP xəbərləri
22 Oktyabr 12:29

YAP xəbərləri
22 Oktyabr 12:26

Elanlar
22 Oktyabr 12:21

İqtisadiyyat
22 Oktyabr 12:18

Siyasət
22 Oktyabr 12:15

YAP xəbərləri
22 Oktyabr 12:11

Hadisə
22 Oktyabr 12:03

Dünya
22 Oktyabr 12:02

İqtisadiyyat
22 Oktyabr 12:00

İqtisadiyyat
22 Oktyabr 11:59

Siyasət
22 Oktyabr 11:46

İqtisadiyyat
22 Oktyabr 11:40

Dünya
22 Oktyabr 11:38

Siyasət
22 Oktyabr 11:37

Siyasət
22 Oktyabr 11:23

Siyasət
22 Oktyabr 10:55

İqtisadiyyat
22 Oktyabr 10:32

İqtisadiyyat
22 Oktyabr 10:17

MEDİA
22 Oktyabr 09:58

Analitik
22 Oktyabr 09:34

Analitik
22 Oktyabr 09:15

Sosial
22 Oktyabr 08:57

Mədəniyyət
22 Oktyabr 08:21

YAP xəbərləri
22 Oktyabr 08:16
YAP xəbərləri
22 Oktyabr 00:12

YAP xəbərləri
21 Oktyabr 23:10

YAP xəbərləri
21 Oktyabr 22:41

Maraqlı
21 Oktyabr 21:30

Xəbər lenti
21 Oktyabr 21:28

YAP xəbərləri
21 Oktyabr 21:12

YAP xəbərləri
21 Oktyabr 20:57

Dünya
21 Oktyabr 20:18
YAP xəbərləri
21 Oktyabr 20:01

Gündəm
21 Oktyabr 19:53

YAP xəbərləri
21 Oktyabr 19:46

Dünya
21 Oktyabr 19:15

Dünya
21 Oktyabr 18:19

YAP xəbərləri
21 Oktyabr 18:09

Analitik
21 Oktyabr 17:56

YAP xəbərləri
21 Oktyabr 17:43

Yeni texnologiyalar
21 Oktyabr 17:25

YAP xəbərləri
21 Oktyabr 17:21

YAP xəbərləri
21 Oktyabr 16:55

Gündəm
21 Oktyabr 16:51

Mədəniyyət
21 Oktyabr 16:40

Dünya
21 Oktyabr 16:34
YAP xəbərləri
21 Oktyabr 16:22

YAP xəbərləri
21 Oktyabr 16:09

YAP xəbərləri
21 Oktyabr 16:07

YAP xəbərləri
21 Oktyabr 16:05

Dünya
21 Oktyabr 15:21

YAP xəbərləri
21 Oktyabr 15:20

YAP xəbərləri
21 Oktyabr 15:14
