İqtisadi inkişaf templərinə görə Azərbaycan dünya miqyasında lider ölkədir
12.06.2012 [22:49]
Hazırda Azərbaycan regionun ən sürətli inkişaf tempinə malik olan ölkəsidir. Məqsədyönlü iqtisadi strategiya ölkəmizin iqtisadi və siyasi sabitliyinin möhkəmlənməsinə əhəmiyyətli dərəcədə təsir edib. Neftdən daxil olan gəlirlər, olduqca ehtiyatlı və düşünülmüş büdcə siyasəti ölkənin maliyyə gücünü əhəmiyyətli dərəcədə artırıb, nəzərəçarpan dərəcədə valyuta ehtiyatları yaratmağa imkan verib və inflyasiyanı idarəolunan səviyyədə saxlayıb. Respublikada qeyri-neft sektorunda gedən surətli inkişaf rəqabətədavamlı milli iqtisadiyyatın formalaşdırılmasına və inkişaf dinamikasının sürətləndirilməsinə, habelə yoxsulluğun əhəmiyyətli dərəcədə aşağı salınmasına, insan kapitalı ilə bağlı bir çox məsələlərin həll olunmasına zəmin yaradıb.
28 May - Respublika Gününə həsr olunmuş rəsmi qəbuldakı çıxışı zamanı Prezident İlham Əliyevin bəyan etdiyi kimi, bölgədə mövqelərimiz möhkəmdir: “İqtisadi sahəyə gəldikdə deyə bilərəm ki, Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 80 faizini təşkil edir və bundan sonrakı illərdə bu rəqəm yalnız artacaqdır. çünki uzunmüddətli inkişaf strategiyamız bizə imkan verəcək ki, növbəti on il ərzində, - yəni, qarşıya belə hədəf qoyulub, - ümumi daxili məhsulumuzu iki dəfə artıraq. Müqayisəedilməz fərq vardır”.
Qeyd edək ki, 2012-ci ilin birinci rübündə ümumi daxili məhsul artımı 0,5 faiz qeydə alınıb. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar da müsbət nəticələrini verməkdədir. Bəhs edilən müddətdə ölkəmizdə qeyri-neft sənayesində 16,5 faiz artım müşahidə olunub. Makroiqtisadi göstəricilər müsbətdir. Hesabat dövründə inflyasiya cəmi 3,1 faiz təşkil edib.
Həmçinin, cari ilin yanvar-aprel aylarında əhalinin hər nəfərinə düşən gəlirləri 2011-ci ilin eyni dövrü ilə müqayisədə 12,6 faiz artaraq 1068,6 manat və ya orta hesabla ayda 267,1 manat təşkil edib. Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, əhalinin real gəlirləri 9,6 faiz artıb. Eyni zamanda, 2012-ci ilin yanvar-aprel aylarında Azərbaycanda qeyri-neft sənaye bölməsinin əksər sahələrində istehsalın həcmi artmaqda davam edib və ümumi artım 11,2 faiz olub. Sənaye məhsulunun 78,2 faizi mədənçıxarma bölməsində, 16,2 faizi emal bölməsində, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub. özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 82,1 faizini təşkil edib. ümumi istehsalın 92,6 faizi sənaye mallarının (əmtəəlik), 7,4 faizi isə sənaye xarakterli xidmətlərin hesabına yaradılıb.
Bundan əlavə, 2012-ci ilin 4 ayı ərzində müxtəlif təyinatlı bir sıra obyektlər (istehsal və qeyri-istehsal obyektləri) istifadəyə verilib.
Təsadüfi deyil ki, “Fitch” Beynəlxalq Reytinq Agentliyi 2012-ci ilin may ayının 10-da yaydığı hesabatında Azərbaycan iqtisadiyyatının artıq dünya iqtisadiyyatının tərkib hissəsinə çevrildiyini və ölkənin istənilən geosiyasi risklərə dayanıqlı olduğunu açıqlayıb.
Beləliklə, dövlət başçısının da qeyd etdiyi kimi, bu gün iqtisadi inkişaf templərinə görə Azərbaycan dünya miqyasında lider ölkədir: “Beynəlxalq kredit agentlikləri böyük ölkələrin kredit reytinqlərini aşağı saldığı bir dövrdə, Azərbaycanın kredit reytinqləri qalxır. Azərbaycanda rəqabət qabiliyyətli şirkətlərin sayı artır. ölkə iqtisadiyyatının şaxələndirilməsi, demək olar ki, təmin edilibdir. Neft-qazdan asılılıq azalır. özəl sektorun inkişafına böyük dəstək verilir. Hazırda iqtisadiyyatımızın 80 faizi özəl sektorda formalaşır. Əgər neft-qaz yataqlarımızı və yaratdığımız nəqliyyat infrastrukturunu əlavə etsək görərik ki, gələcəkdə Azərbaycan yalnız və yalnız inkişaf yolu ilə gedəcəkdir. Bundan sonrakı dövr üçün, bir daha demək istəyirəm ki, hər bir sahə üzrə konkret proqramlarımız və planlarımız vardır”.
SEVİNC
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03

