Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Hadisə / Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanılıb

Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanılıb

14.07.2025 [10:50]

İyulun 12-də və 13-də ölkə ərazisində qeydə alınan 78, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin(DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 41, o cümlədən borclu şəxs qismində axtarışda olan 24 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 35, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanılıb.

Həmçinin polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Paylaş:
Baxılıb: 338 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Qarşıdakı 4 ildə...

17 Aprel 11:12  

Gündəm

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30