Avropa Oyunları bu ölkədə keçiriləcək
04.06.2024 [14:57]
İyunun 6-7-də Rumıniyanın paytaxtı Buxarestdə Avropa Olimpiya Komitəsinin Baş Assambleyası keçiriləcək.
Tədbirdə Avropanın idman liderləri ilə yanaşı, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, AOK İcraiyyə Komitəsinin üzvləri, Milli Olimpiya Komitələri və Avropa federasiyalarının rəhbərləri də iştirak edəcək.
Baş Assambleya BOK prezidenti Bax, onun EOK həmkarı Spiros Kapralos və ötən ay EOK-un ilk baş direktoru təyin edilmiş Yan Lemanın çıxışlarını dinləyəcək. Forumdan əvvəl Kapralos bu görüşün Avropa idmanı üçün lazımi vaxtda keçirilməsinin vacibliyini vurğulayıb: “Olimpiada sürətlə yaxınlaşdıqca üzvlərimizi bir araya gətirmək fürsətindən məmnunuq. Mən Avropa Olimpiya ailəsinə müraciət etməyi səbirsizliklə gözləyirəm. Buxarestdə keçiriləcək Baş Assambleya AOK-a yaranan imkanlardan necə istifadə edəcəyimizlə bağlı müzakirə aparmağa imkan verəcək. Qarşıdan gələn Yay və Qış Oyunları Avropada keçiriləcək, idman vasitəsilə dünyaya sülh və həmrəylik mesajı verəcək”.
İyunun 6-da keçiriləcək qala şam yeməyində AOK 2023-cü ilin Avropa Oyunlarının ən yaxşı idmançılarına qurumun sabiq prezidenti Yanez Koçiyançiçiç adına təsis olunan yeni mükafatları təqdim edəcək. Öz idman növündə uğur qazanan və olimpiya dəyərlərini təcəssüm etdirən 14-18 yaş arası idmançı üçün təsis olunan Pyotr Nurovski adına Qış Mükafatının qalibinin də adı açıqlanacaq.
Təqdimatlardan əlavə, AOK üzvləri İstanbulun 2027-ci il Avropa Oyunlarına ev sahibliyi üçün müraciətinə səs verəcəklər.
Həmçinin, 2025-ci ildə AOK tədbirləri, o cümlədən 14-18 yaşlı idmançılar üçün Qış və Yay Avropa Gənclər Olimpiya Festivalı və Avropa Kiçik Dövlət Oyunları haqqında yeniliklər olacaq. AOK Olimpiya Hərəkatında innovasiyalarda aparıcı rol oynamağa davam edir. Bunun üçün də Baş Assambleyada süni intellektin (AI) idman sənayesinin bütün sahələrinə necə təsir göstərə biləcəyinə dair sessiya daxil olacaq.
Kapralos Avropanın dünya idmanının mərkəzində olduğunu da vurğulayıb: “AOK Avropanın dünya idmanının liderlərindən biri kimi mühüm rolunu qəbul edir. Biz İstanbulun 2027-ci il Avropa Oyunları ilə bağlı planlarını bölüşməsini səbirsizliklə gözləyirik. Çünki bu şəhərin Avropanın ən böyük multi-idman tədbirinin standartını yüksəltmək üçün ideal məkan olacağına inanırıq”.
Qeyd edək ki, Buxarestdə keçiriləcək Baş Assambleyadan əvvəl iyunun 5-də AOK İcraiyyə Komitəsinin iclası keçiriləcək.
Trend
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21

