Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Azərbaycan millisinin futbolçusu: Estoniyadan Vətənə 3 xalla dönəcəyimizə inanıram

Azərbaycan millisinin futbolçusu: Estoniyadan Vətənə 3 xalla dönəcəyimizə inanıram

10.10.2024 [22:38]

"Oyuna yaxşı hazırlaşmışıq. Komandada ruh var. Sabah meydandan qələbə ilə ayrılmağa çalışacağıq".

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının futbolçusu Abbas Hüseynov UEFA Millətlər Liqasında Estoniyaya qarşı keçirəcəkləri səfər oyunundan öncə təşkil olunmuş mətbuat konfransında deyib.

29 yaşlı müdafiəçi komandada yaxşı ab-hava olduğunu bildirib: “Əlimizdən gələni edəcəyik. Vətənə 3 xalla dönəcəyimizə inanıram”.

O, ağır zədədən sonra optimal formaya düşməyə çalışdığını vurğulayıb: “Öz üzərimdə çox çalışıram. İnanıram ki, əvvəlkindən də yaxşı formada olacağam”.

Qeyd edək ki, oktyabrın 11-də “Lilleküla” stadionunda keçiriləcək Estoniya-Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Paylaş:
Baxılıb: 581 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31