Azərbaycan güləşçiləri reytinq turnirində daha 2 medal qazanıblar
09.02.2025 [12:54]
Azərbaycanın daha 7 güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən reytinq turnirində mübarizə aparıb.
AZƏRTAC xəbər verir ki, qadın güləşində 57 kiloqramda cəmi 2 iştirakçı yer aldığı üçün Jalə Əliyeva birbaşa finalda güləşib. Həmyerlimizin amerikalı Cakarra Vinçesterlə görüşü dramatik alınıb. İlk hissədən sonra 0:7 hesabı ilə geridə olan Əliyeva əzmkarlıq nümayiş etdirərək fərqi 3 xala endirib. Son anda 4 xallıq fəndi icra etsə də, hakimlər vaxtın bitdiyini əsas gətirərək həmin bunu qeydə almayıb. Beləliklə, rəqibinə 4:7 hesabı ilə məğlub olan Əliyeva gümüş medalla kifayətlənib.
Böyüklər arasında debüt edən Zəhra Kərimzadə (72 kq) dairəvi sistem üzrə baş tutan mübarizədə fransalı Paulin Lekarpenyeyə (0:3), xorvatiyalı Veronika Vilkə (2:6), ABŞ-dan olan Skilar Qrota (0:10) və macarıstanlı Noemi Naqiyə (1:10) uduzub.
Yunan-Roma güləşi üzrə 77 kiloqramda 3 təmsilçimiz xalçaya çıxıb. Ölkə çempionu Davud Məmmədov debütdə moldovalı Aleksandru Soloveyə 0:3 hesabı ilə məğlub olub. Daha təcrübəli Xasay Həsənlli 1/8 finalda rusiyalı Sergey Stepanova minimal fərqlə yenilib – 6:7. Bu çəkidə millinin lideri sayılan Sənan Süleymanov serbiyalı Aleksa İliçə sonuncu xal prinsipinə əsasən (1:1), macarıstanlı Robert Frişə isə 7:1 hesabı ilə qalib gəlib. Ancaq 1/4 finalda Stepanovla bacarmayıb – 0:4. Stepanov finala yüksəldiyi üçün güləşçilərimiz təsəlliverici görüşə vəsiqə qazanıblar. X.Həsənli ilk təsəlliverici görüşdə finlandiyalı Conni Sarkkinenə tam üstünlüklə (14:5) qalib gəlib. Ancaq daha təcrübəli Süleymanov Həsənlini vaxtından əvvəl məğlub edib – 8:0. Sənan bürünc medal uğrunda rusiyalı Sergey Kutuzovla güləşib və 1:3 hesabı ilə uduzub.
İslam Abbasov (87 kq) özbəkistanlı Jalqasbay Berdimuratovu 4:3 hesabı ilə, macarıstanlı İştvan Takaçı isə sonuncu xal prinsipinə əsasən (3:3) mübarizədən kənarlaşdırıb. 1/4 finalda danimarkalı Turpal Ali Bisultanova 0:4 hesabı ilə məğlub olan Abbasov qazaxıstanlı rəqibi təsəlliverici görüşdə iştirak etmədiyi birbaşa bürünc medal uğrunda güləşmək hüququ əldə edib. Rusiyalı Milad Alirzayevlə qarşılaşmanın əvvəllərində 0:5 hesabı ilə geri düşən Abbasov əzmkarlıq nümayiş etdirərək geri dönüş edib və sonuncu xal prinsipinə əsasən (5:5) bürünc medala sahib çıxıb.
Bu çəkidəki digər təmsilçimiz Rafiq Hüseynov ilk mərhələdə serbiyalı Aleksandr Komarova uduzub - 3:5.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

