“Bakı 2015” Avropa Oyunları “Sitecore” şirkətini özünün rəsmi dəstəkçisi elan edir
13.09.2014 [10:48]
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) “Bakı 2015”in rəsmi saytını təkrar istifadəyə vermək məqsədilə “Sitecore” şirkətinin mütəxəssisləri ilə komanda şəklində toplanıb.
“Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsindən AzərTAc-a bildiriblər ki, ilk Avropa Oyunlarına getdikcə daha az vaxt qalır. Bu müddətdə sifarişçinin şərtlərinə uyğun olaraq hazırlanan məzmunun idarə edilməsində və rəqəmsal marketinq texnologiyasında ixtisaslaşan “Sitecore” şirkəti “Bakı 2015”in veb-sayt ilə məşğul olan komandasına dəstək göstərəcək.
Şirkət təchizat və sponsorluq haqqında müqavilə imzalayıb və gələn il Azərbaycanın paytaxtı Bakıda keçiriləcək Avropa Oyunları ərəfəsində oyunlarla bağlı məlumatların təmin edilməsi işinin tərkib hissəsinə çevriləcək.
“Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib ki, birinci Avropa Oyunlarının internetdə geniş şəkildə işıqlandırılması, eyni zamanda, orijinal və yüksək keyfiyyətli məzmundan ibarət innovativ veb-sayta malik olması çox vacibdir.
“Sitecore” yüksək standartlara cavab verən veb-saytların yaradılması və idarə edilməsi ilə tanınan dünya şöhrətli şirkətdir. Avropa Oyunlarının veb-sayt ilə məşğul olan komandası üçün “Sitecore” şirkəti tərəfindən göstəriləcək dəstək mühüm əhəmiyyətə malikdir.
İlk Avropa Oyunlarında nümayiş olunacaq 20 idman növünün və oyunların keçiriləcəyi 18 yarış obyektinin hər birinin ətraflı təsvir olunduğu yeni “Bakı 2015” veb-saytına, bu internet resursun ilk dəfə avqustun 21-də işə başlamasından sonra buraya dünyanın 130-dan çox ölkəsindən azarkeşlər daxil olub.
“Sitecore International” şirkətinin prezidenti Soren Bak Jepsen bildirib ki, şirkət “Bakı 2015”in rəsmi dəstəkçisi olması ilə qürur duyur. Biz Avropa Oyunları ilə bağlı yaşanan həyəcanı internet üzərindən çatdırmaq məqsədilə öz təcrübə və bacarıqlarımızdan maksimum dərəcədə istifadə edəcəyik.
Veb-sayt aydın cizgilərlə tərtib edilib və orada mövcud olan bütün kontenti müxtəlif növ cihazlardan və ekranlardan görmək mümkün olacaq. Bunun sayəsində azarkeşlər istənilən vaxt oyunlarla bağlı məlumat ala biləcəklər.
Eyni zamanda, saytda sosial medianın şərhləri də öz əksini tapacaq. Bu isə o deməkdir ki, dünyanın hər yerindəki idman azarkeşləri real vaxt rejimində yarışlarla və bir-biriləri ilə təmasda ola biləcəklər.
Sazişə görə, “Sitecore” şirkəti “McDonald’s”, “Tickethour” və “Milla”dan sonra “Bakı 2015”in dördüncü rəsmi dəstəkçisi olub.
“Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin kommersiya şöbəsinin direktoru Çarli Viceratna isə deyib: “Sitecore” şirkətinin əsas beynəlxalq idman yarışlarında peşəkarlığa və təcrübəyə malik olması o deməkdir ki, şirkət “Bakı 2015”in ideal dəstəkçisidir. Onların malik olduğu texnologiya dünyanın bir çox məşhur idman komandaları və yarışları üçün oyunların onlayn rejimdə yayımlanmasını həyata keçirib və bu texnologiya “Bakı 2015” Avropa Oyunlarının onlayn rejimdə işıqlandırılması üçün əsas vasitə olacaq. Şirkət təkrarolunmaz təcrübə və nüfuza malikdir və biz qarşıdakı aylarda onlarla daha sıx şəkildə çalışacağıq”.
2001-ci ildə əsası qoyulan “Sitecore” şirkətinin Danimarkanın paytaxtı Kopenhagendə və ABŞ-ın Kaliforniya ştatında baş ofisləri vardır. Şirkət hazırda dünyanın 55-dən çox ölkəsində fəaliyyət göstərir.
Gələn il iyunun 12-dən 28-dək keçiriləcək “Bakı 2015” Avropa Oyunları qitə üçün çoxsaylı idman növləri üzrə təşkil ediləcək çox maraqlı və innovativ yarışlar olacaq.
“Bakı 2015” Avropa Oyunları, ümumilikdə, 20 idman növü üzrə keçiriləcək. Bunlardan 16-sı Olimpiya, dördü qeyri-Olimpiya idman növü olacaq. On yeddi yarış günü müddətində Avropanın müxtəlif ölkələrindən 6 mindən çox idmançının öz ölkələrini təmsil edəcəyi gözlənilir.
İdmanın doqquz növü 2016-cı ildə Rio de Janeyroda keçiriləcək Yay Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə oxatma, yüngül atletika, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon və voleybol daxildir.
Xatırladaq ki, birinci Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitəsinin (AOK) Baş Assambleyasında qəbul edilib. “Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsi AOK ilə əməkdaşlıq şəraitində Oyunları təşkil və idarə edəcək.
“Sitecore” şirkəti sifarişçi təcrübəsinin idarə edilməsi sahəsində dünya lideridir. Şirkət tamaşaçıları heyran edən, sadiqliyə təminat verən və gəlir yaradan çox aktual məzmun və xüsusi rəqəmsal təcrübələrə malikdir. “Sitecore(r) Experience PlatformTM” ilə marketoloqlar istənilən kanal üzərindən onların brendi ilə maraqlanan hər bir müştərinin fikirlərini öyrənə bilərlər. Dünyanın 4000-dən çox aparıcı brendi - o cümlədən “American Express”, “Carnival Cruise Lines”, “easyJet”, “Heineken” və “L’Oreal” gələcək üçün müştərilər qazandıran əhəmiyyətli qarşılıqlı əlaqələrin həyata keçirilməsində “Sitecore” şirkətinə etibar edir.
Ətraflı məlumat üçün http://www.sitecore.net ünvanına daxil olmağınız xahiş edilir.
Xəbər lenti
Hamısına baxSosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22

