Azərbaycanda idmanla bağlı tədbirlərin əsas məqsədi insanların sağlamlığını təmin etməkdir
10.06.2020 [09:27]
Ekspertlərin qeyd etdikləri kimi, ölkəmizdə güclü idman infrastrukturu yaradılıb, idmançılarımız yüksək dövlət qayğısı ilə əhatə olunublar
Məlum olduğu kimi, Azərbaycan dövləti tərəfindən uğurlu idman siyasəti həyata keçirilir. Məhz bunun nəticəsidir ki, Azərbaycan dünyada nüfuzlu idman ölkəsi kimi tanınır. Prezident İlham Əliyevin bu sahəyə diqqəti nəticəsində ölkəmizdə güclü idman infrasturkturu yaradılıb, eləcə də idmançılara yüksək dövlət qayğısı mövcuddur.
Təsadüfi deyil ki, ötən illər ərzində ölkəmiz bir çox nüfuzlu beynəlxalq idman yarışlarına uğurla ev sahibliyi edib. Əminliklə qeyd etmək olar ki, koronavirus pandemiyası başa çatandan sonra bu ənənə daha böyük vüsətlə davam edəcək. Çünki Bakı şəhərində, eləcə də digər bölgələrdə müasir standartlara cavab verən idman komplekslərinin yaradılması işləri davam edir. Təbii ki, müasir idman komplekslərinin tikilib istifadəyə verilməsi həm ölkədaxili, həm də beynəlxalq yarışların uğurla təşkil olunmasında vacib şərtlərdən biridir.
Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev iyunun 3-də Tərtər rayonuna səfəri zamanı Tərtər Olimpiya İdman Kompleksinin açılışında rayonun bir qrup idmançısı ilə görüş zamanı qeyd edib ki, Azərbaycanın bölgələrində idman qurğularının tikintisi geniş vüsət alıb: “Hesab edirəm ki, Azərbaycan bu parametr üzrə dünya miqyasında qabaqcıl yerlərdədir. Bölgələrdə tikilmiş Olimpiya komplekslərinin sayı artıq 46-ya çatıbdır. Onu da bildirməliyəm ki, 5 rayonda Olimpiya İdman komplekslərinin tikintisi davam edir. O layihələr də başa çatandan sonra, ümumiyyətlə, rayonlarda 51 idman kompleksimiz olacaq”.
Məsələ ilə bağlı Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov bildirib ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, idman sahəsində də böyük uğurlar qazanılır. Onun sözlərinə görə, Azərbaycanda idman siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr təsdiqləyir. Millət vəkili bildirib ki, ölkəmizdə beynəlxalq səviyyəli yarışlar təşkil olunub, idmançılarımız hər il müxtəlif idman növləri üzrə keçirilən Avropa və dünya çempionatlarında uğurlu nəticələr göstəriblər: “Koronavirus pandemiyasına qədər bu istiqamətdə olan tədbirlər bunu təsdiqləyir. Azərbaycan Prezidenti İlham Əliyev Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı bildirib ki, ölkəmizin idman infrastrukturu istənilən beynəlxalq yarışın keçirilməsi üçün imkan yaradır. Dövlət başçısının qeyd etdiyi kimi, həm Avropa Oyunları, həm də IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi idman potensialımızı gücləndirdi və Azərbaycanı dünyada müasir ölkə kimi təqdim etdi. Təsadüfi deyil ki, Avropa və İslam Həmrəyliyi oyunlarında 100-dən çox ölkədən 10 mindən artıq idmançı, həmçinin minlərlə qonaq iştirak edib”.
Ş.İsmayılov qeyd edib ki, idman yarışlarında iştirak etmək, onu izləmək üçün ölkəmizə gələn xarici qonaqların Azərbaycan haqqında təəssüratları da çox yüksək olub: “Dövlətimizin başçısının qeyd etdiyi kimi, xarici qonaqlarda ölkəmizin tarixi, inkişafı, xalqımızın qonaqpərvərliyi, müasir həyatı ilə bağlı dolğun təsəvvür formalaşıb. Bütövlükdə, ölkəmizə səfər edən hər bir qonaq respublikamızın inkişafının, xalqımızın rahat yaşamasının, ölkəmizdə hökm sürən sabitliyin şahidi olur”.
Millət vəkili Müşfiq Cəfərov isə bildirib ki, Azərbaycan ötən müddət ərzində cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçib. Onun sözlərinə görə, bu gün Azərbaycan güclü, dünyada böyük nüfuza sahib olan ölkə kimi tanınır: “Dövlətimizin başçısı İlham Əliyev Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı qeyd edib ki, bu gün müasir və müstəqil Azərbaycan dövləti ən yüksək zirvədədir. Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü, indiki qədər müstəqil və azad olmayıb”.
M.Cəfərovun fikrincə, məhz bu reallıq bütün sahələrdə olduğu kimi, idmanda da özünü əyani göstərir. Millət vəkili söyləyib ki, idman insanları fiziki cəhətdən sağlam, mənəvi cəhətdən güclü edir. Gənc və müstəqil Azərbaycanda bu gün idman cəmiyyətin ayrılmaz hissəsinə çevrilib. “Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bizim idmanla bağlı tədbirlərimizin əsas məqsədi insanların sağlamlığını təmin etməkdir. Bu və digər tədbirlərin sayəsində Azərbaycanda insanların ömrünün uzunluğu artıb. Bütün bunların nəticəsində Azərbaycan xalqı indi daha sağlamdır. Göründüyü kimi, insanların fiziki və mənəvi tərbiyəsində əhəmiyyətli rol oynayan bədən tərbiyəsi və idman dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunub.
Bu qayğı idmanın inkişafına böyük təkan verməklə yanaşı, minlərlə yeniyetmə və gəncin sağlam ruhda tərbiyə olunmasına şərait yaradır. Respublikamızın əksər regionlarında müasir standartlara cavab verən, hər cür şəraiti olan Olimpiya idman kompleksləri, stadionlar, zallar tikilərək insanların istifadəsinə verilib. Bütövükdə, Azərbaycanda idmana olan münasibət başqa ölkələrə nümunə kimi göstərilir”, - deyə millət vəkili vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36

