/ / Azad Rəhimov: Pandemiyanın illərlə idmanda qazandığımız uğurları məhv etməsinə icazə verə bilmərik
Azad Rəhimov: Pandemiyanın illərlə idmanda qazandığımız uğurları məhv etməsinə icazə verə bilmərik
11.08.2020 [09:35]
İcazə vermək olmaz ki, pandemiya illərlə idmanda qazandığımız uğurları məhv etsin.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu fikirləri avqustun 10-da Gənclər və İdman naziri Azad Rəhimov qeyri-Olimpiya idman növləri üzrə federasiyaların rəsmiləri ilə görüşündə deyib.
Nazir Olimpiya idman növlərində vəziyyətin nisbətən daha sabit olduğunu, idmançıların icazə əsasında məşqlərini qapalı şəraitdə davam etdirə bildiklərini diqqətə çatdıraraq, narahatlığın qeyri-Olimpiya idman növləri ilə bağlı olduğunu bildirib: “İdmançılarımızın məşqlərdən, idman zallarından uzaq düşmələri, artıq bəzilərinin cangüdən olaraq iş elanları yerləşdirməsi, digərlərinin taksi sürücüsü kimi fəaliyyətə başlamaları, maddi və mənəvi cəhətdən çox çətin dövrdə yaşamaları haqda xəbərlər məni çox narahat edir. Düzdür, idman yarışlarının və məşqlərin açıq havada keçirilməsi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qərar qəbul olunub. Əgər zala gedə və avadanlıqdan istifadə edə bilmiriksə o zaman necə edək?” sualını verə bilərsiniz. Məhz bunun üçün sizi nazirliyə dəvət etmişik”.
A.Rəhimov federasiyalara məşqlər üçün nazirliyin balansında olan Olimpiya İdman komplekslərinin açıq məkanlarını təklif etməklə yanaşı, şəhərdəki münasib yerlərin də əlaqələndirilmiş şəkildə təyin olunduğunu vurğulayıb. Avadanlığa gəldikdə A.Rəhimov idmançıların müəyyən olunmuş açıq məkanlarda məşqlərə başlayacaqları təqdirdə nazirliyin onları lazımi avadanlıqla təmin edə biləcəyini deyib. Nazir, həmçinin federasiyaların maliyyə çətinliyi ilə də üz-üzə qalması barədə məlumatlı olduğunu bildirərək, bu problemin nazirliyin aidiyyəti nümayəndələri ilə federasiya rəsmilərinin müzakirə edərək həllinə dəstək göstərməyə hazır olduğunu qeyd edib.
Beynəlxalq yarışlarda iştirak məsələsinə də toxunan A.Rəhimov deyib: “Əgər hər hansı ölkədə beynəlxalq yarış keçirilirsə və bu ölkəyə giriş-çıxışla bağlı məhdudiyyət yoxdursa, biz idmançının həmin yarışda iştirakına dəstək ola bilərik. Amma bir şərtlə ki, yarış mötəbər və əsasnaməyə cavab versin”.
Nazir federasiya rəhbərlərinə bu çətin pandemiya dövründə idmançılar arasında daim maarifləndirmə işini aparmalarının, dövlət tərəfindən qoyulan qanunlara hər kəsin əməl etməsinin vacibliyi diqqətə çatdırılıb.
Daha sonra Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəhbəri Şəfəq Hüseynli, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və digər şəxslər çıxış edərək pandemiya dönəmində idmanımızın rastlaşdığı narahatlıqları, nazirlik ilə bu dövrdə həyata keçirilən birgə əməkdaşlığı, idmançıların farmakoloji təminatını, təhsil sahəsində gözləntilərin idarə olunmasını və digər mövzuları diqqətə çatdırıb, fikir mübadiləsi aparıblar.
İclasda 30-dan çox qeyri-Olimpiya idman növləri üzrə federasiyaların nümayəndələri iştirak ediblər.
Konfrans zamanı dünyasını dəyişmiş görkəmli idman xadimi, Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının güləş və onun metodikası kafedrasının müdiri, Milli İdman Assosiasiyasının prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin üzvü Xanlar Qurbanovun xatirəsi yad olunub, onun vəfatının Azərbaycan idmanı üçün ağır itki olduğu bildirilib.
Xəbər lenti
Hamısına baxSosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03

