Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycan “yaşıl enerji”yə dair beynəlxalq hesabatlarda...

Azərbaycan “yaşıl enerji”yə dair beynəlxalq hesabatlarda...

10.04.2024 [10:13]

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) Azərbaycanın “yaşıl enerji” ilə bağlı imkanlarını yüksək qiymətləndirib. Təşkilatın 2024-cü il üzrə hesabatında qeyd olunur ki, Azərbaycan 2014-2023-cü illər ərzində bərpa olunan enerji ehtiyatlarını 567 meqavat artıraraq 1688 meqavata çatdırıb. Xüsusilə də hidroenerji ehtiyatlarının istehsalında böyük istehsal göstəriciləri qeydə alınıb. Belə ki, 2023-cü ildə Azərbaycanda hidroenergetika gücü 2014-cü illə müqayisədə 224 meqavat artaraq 1302 meqavata çatıb. Həmin  dövr ərzində külək enerjisinin gücü 2014-cü ildə mövcud olan  3 meqavatdan 67 meqavata, günəş enerjisi isə  2 meqavatdan 282 meqavata yüksəlib. Bərpa olunan enerji mənbələrinin strukturunda su elektrik stansiyalarının payı isə 15,2 %-dən 20,3 %-ə qədər artıbdır.

Enerji Agentliyi Azərbaycan hökumətinin “yaşıl enerji”yə keçid strategiyasını təqdir edərək ortamüdd?tli dövrdə hidroenerji ixracında Avropanın ən etibarlı tərəfdaşlarından biri olacağını proqnozlaşdırır. Təşkilat ölkəmizdə bərpa olunan enerji mənbələrinin istehsalı və bu sahənin inkişaf etdirilməsi məqsədilə öz dəstəyini göstərməyə hazır olduğunu da bəyan edib. Eləcə də dünyada bərpa olunan enerji üzrə nüfuzlu şirkətlərin Azərbaycana cəlb edilməsində dəstək verməkdə əlaqələndirici rol oynamaq niyyətini bildirib.

Agentliyin proqnozlarına görə, Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt proqnozlaşdırılır. Bərpa olunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Bu resursların davamlı hidrogen ixracına imkan verəcəyi istisna olunmur.

Həmin strateji hədəflərə nail olmaq üçün Azərbaycan beynəlxalq enerji koalisiyasında üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir. 2030-cu ilə qədər Azərbaycanın ümumi enerji balansında bərpa olunan enerji üzrə qoyuluş gücü payının 30 faizə çatdırılması əsas hədəf kimi müəyyən edilib ki, bu da ümumdünya göstəricilərinə tam uyğundur. 2030-cu ilə qədər dünyada bərpa olunan enerji potensialının üç dəfə, enerji səmərəliliyinin isə ikiqat artırılması üzrə “Bərpa Olunan Enerji və Enerji Səmərəliliyinə dair Qlobal Vəd” birgə təşəbbüsünə Azərbaycanın öz dəstəyi ifadə etməsi də hidrogen ixracında hədəf göstəricilərə nail olacağından xəbər verir. Nəzərə alsaq ki, ölkəmiz 3 ildir ki, dünyanın ən nüfuzlu enerji şirkətləri olan “Masdar”, “ACWA Power”, “BP”, “Fortescue Future Industries”, “China Gezhouba Group”,”Total Energies”, “Nobel Energy”, “Czech Engineering”, “Baltech” və digər şirkətlərlə bərpa olunan enerji layihələri ilə bağlı əməkdaşlığa başlayıb, bu zaman yaxın 5-6 ildə Azərbaycanın bərpa olunan enerji potensialını 3 dəfədən də çox artıracağına şübhə yoxdur.

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) ötən il açıqladığı “Aşağı karbonlu hidrogen iqtisadiyyatı bazar araşdırması”na dair hesabatında da Azərbaycanın yaşıl hidrogen istehsalının iqtisadi cəhətdən səmərəli ölkə olması olması, eləcə də regional enerji bazarlarına ixracda və regionda yeni yaradılan çoxşaxəli ixrac marşrutlarında strateji mövqeyə və yerə malik olması öz əksini tapıbdır. Hesabata əsasən, Azərbaycan 2026-cı ilədək ümumi enerji qoyuluşunda bərpaolunan enerji mənbələrinin payının 24 %-ə, 2030-cu ilə qədər isə 30 %-ə çatdırılmasında maraqlıdır. Həmçinin məşhur Paris anlaşmasına görə, rəsmi Bakı bu müddətdə Azərbaycan atmosferə buraxılan CO2-nin həcminin bir faiz bəndi həcmində azaldılmasını da öhdəlik kimi götürüb. Bütün bunlar Azərbaycanın “yaşıl enerji” quruculuğunda qətiyyətli və dönməz iradəsini əks etdirir.

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi ilə yanaşı, BMT də Azərbaycanda  bərpa olunan enerji mənbələrindən istifadə, “yaşıl” texnologiyaların tətbiqinin genişləndirilməsi istiqamətində öz dəstəyini göstərmək niyyətini ifadə edib. Əməkdaşlığa uyğun olaraq, BMT-nin “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrasında Azərbaycanla əməkdaşlığın artırılması üçün yeni layihələrin icrası nəzərdə tutulur. BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva bildirib Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə dair strateji hədəflərində iqlim dəyişiklikləri ilə mübarizə və “yaşıl artım” kimi konseptlər yer alır ki, təşkilat bu istiqamətdə Azərbaycan hökumətinin xərclədiyi sərmayələrin həcminin artması təqdiqediləsidir. 2023-cü ildə ekoloji layihələrə 34,2 milyon dollar xərcləyən Azərbaycan 2024-cü ildə isə sərmayələri 37 milyon dollara çatdırmaqla iqlim dəyişiklikləri ilə öhdəliklərə məsuliyyətli və xüsusi təşəbbüskarlıqla yanaşır. “Yaşıl enerji”yə daha çox diqqət yetiriləcəyini bəyan edən BMT-nin rezident-əlaqələndiricisi  COP-29 çərçivəsində Azərbaycanla iqlim dəyişikliyi ilə bağlı tədbirlərdə birgə partnyorluğun daha da artırılacağını vurğulayıb.

ELBRUS

Paylaş:
Baxılıb: 233 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Maraqlı

Fədakar alim...

25 May 11:30

Ədəbiyyat

Qadının kəşfi

25 May 11:20

Gündəm

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31