Azad ərazilərdə ilk özəl investisiya layihəsi
07.06.2024 [10:33]
Malıbəyli KSES-in inşası ilə bölgədə yeni sərmayələrin təməlləri atılıb
Ötən həftə Laçın rayonunun Malıbəyli kəndində eyni adlı kiçik su elektrik stansiyasının (KSES) təməli qoyuldu. Bəlkə də bu infrastruktur təməlatması adi layihə təsiri bağışlaya bilər, ancaq bu stansiyanın inşasına bir neçə rakursdan baxdıqda, hədsiz dərəcədə iqtisadi əhəmiyyətini görmək mümkündür. Adıçəkilən enerji infrastrukturu azad edilmiş ərazilərdə yeni başlanmış “yaşıl enerji” strategiyasının ən mühüm tərkib hissəsi olmaqla, yenidən qurulan Qarabağı yaxın gələcəkdə yaşıl oksigen xəzinələrindən birinə çevriləcək.
Malıbəyli KSES-in hansı mühüm əhəmiyyəti vardır?
İlk növbədə, qeyd edək ki, bu su elektrik stansiyası işğaldan azad edilən ərazilərdə yeni enerji güclərinin bir araya gətirilməsində əhəmiyyətli bərpa olunan mənbələrdən biri kimi xüsusi yer tutur. “Sıfır emissiya” zonası elan edilmiş azad ərazilərin ən işlək hidrogen qovşaqlarından biri olacaq. “Malıbəyli” kiçik su elektrik stansiyası Laçın rayonunun “yaşıl enerji” potensialının atributlarından biri olmaqla indiyə qədər Laçında istifadəyə verilmiş 9 KSES ailəsinə qatılmaqla enerji 10-luğunu tamamladı və bununla da həmin rayonda bərpa olunan təmiz enerjinin gücü 100 QVt-ı ötmüş olacaq. Belə ki, təkcə “Malıbəy” KSES ildə 14,57 QVt elektrik enerjisi istehsal edəcək. Digər güclərin də vahid enerji sisteminə səfərbər olunması sayəsində bölgədə böyük bir enerji potensialı yaranmış olacaq.
Malıbəyli KSES-in istifadəyə verilməsi azad olunmuş ərazilərdə birbaşa xarici investisiyanın nümunəsi olmaqla özəl sektorla əməkdaşlıq çərçivəsində ilk layihədir. Eyni zamanda, Azərbaycan-Türkiyə qardaşlığının daha bir göstəricisidir.
Bu hadisə artıq, Qarabağ və Şərqi-Zəngəzurda “yaşıl enerji”yə özəl sektorun sərmayə qoyuluşunun başlandığını göstərmiş olur. Belə ki, “Azərbaycan İnvestisiya Şirkəti” ASC ilə Türkiyənin “Demirören Holding”- “Arges Enerji Teal” şirkətlərinin birgə layihəsi olan bu KSES Həkəri çayının qolu olan Zabux çayının üzərində, Avropa və Çin texnologiyaları əsasında inşa ediləcək. Bu, ilk özəl layihə olsa da, 2-ci mərhələdə digər SES-lərin də eyni sərmayə formatı əsasında tikintisi nəzərdə tutulur.
Növbəti mərhələdə Türkiyənin investor şirkətləri tərəfindən digər özəl sərmayə layihələrinin icrası da nəzərdə tutulub. İnvestisiya proqramına əsasən, Laçın rayonunda “Qalaça-1”, “Qalaça-2” və “Minkənd”, Kəlbəcər rayonunda isə “Tərtər-1” KSES-in tikilməsi planlaşdırılır. Layihənin ümumi dəyəri 25 milyon manat, stansiyaların istismar müddəti 30 ildir. Bu stansiyalarda 25 nəfər çalışacaq.
Azərbaycan və Türkiyənin birgə investisiya iradəsinin nümunəsi olan bu “yaşıl layihələr”in digər prioritetləri Həkəri və Tərtər çayları üzərindəki bütün mövcud hidrogen potensiallarının istismara səfərbər edilməsidir. Həmin çayların üzərində 5 kiçik su elektrik stansiyasının inşası da yaxın günlərdə başlayacaq və SES-lərin 2025-ci ildə tam istifadəyə verilməsi nəzərdə tutulur.
Bu hadisə həm də Qarabağ və Şərqi-Zəngəzurda “yaşıl enerji” sektorunun dayanıqlı investisiyalara açıldığını nümayiş etdirir. Bununla da bölgədə özəl sərmayə axıcılığı genişlənəcək və regiondakı çayların hidropotensialının yüksək olması bu sahədə layihələrin səmərəliliyini artırır və özəl sərmayədarlarla əməkdaşlığı cəlbedici edir. İndiyə qədər bölgədə tikilən yarımstansiya və su elektrik stansiyalarının açılışı isə prosesin nəzərdə tutulduğundan da sürətlə icrasını göstərir. Son 2 ildə 330 kilovoltluq “Cəbrayıl” qovşaq yarımstansiyası, Kəlbəcər rayonunda 8,33 meqavat gücündə “Çıraq-1”, 3,6 meqavat gücündə “Çıraq-2”, 6,33 meqavat gücündə “Qamışlı”, 5,3 meqavat gücündə “Soyuqbulaq” və 3,4 meqavat gücündə “Meydan” kiçik su elektrik stansiyaları istifadəyə verilib.
Ümumilikdə, Qarabağ və Şərqi Zəngəzurda 12 yerdə ekoloji cəhətdən təmiz “yaşıl enerji” istehsal edəcək su elektrik stansiyalarının tikintisinin başa çatdrılmasından sonra hidrogen potensialının gücü 1 QVt-a çatmış olacaq. Bu, indiki şəraitdə kifayət qədər normal göstəricidir və böyük bir coğrafiyanın təmiz enerji ilə təminatının həlli deməkdir.
Beləliklə, azad edilmiş ərazilərdə infrastruktur təminatının yüksəldilməsi məqsədilə müasir tələblərə cavab verən elektrik enerjisi təchizatı sisteminin yaradılması həm “yaşıl enerji” zonasının tam işlək vəziyyətə gətirilməsi, həm də bu resursların istehsalında özəl xarici sərmayənin dayanıqlı yer alması baxımından mühüm bir mərhələnin başlandığını göstərir. Bu isə xarici sərmayəyə əsaslanan Azərbaycan-Türkiyə-Avropa ölkələrarası beynəlxalq enerji dəhlizi layihəsinin də işə düşməsini tezləşdirəcək.
ELBRUS
Xəbər lenti
Hamısına baxDünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:03
YAP xəbərləri
07 Sentyabr 20:57
YAP xəbərləri
07 Sentyabr 20:51
YAP xəbərləri
07 Sentyabr 20:48
YAP xəbərləri
07 Sentyabr 20:47
Hadisə
07 Sentyabr 20:42
Dünya
07 Sentyabr 20:34
Dünya
07 Sentyabr 20:18
Sosial
07 Sentyabr 19:50
İqtisadiyyat
07 Sentyabr 19:26
Fotoqalereya
07 Sentyabr 19:12
Dünya
07 Sentyabr 18:34
Din
07 Sentyabr 17:55
Sosial
07 Sentyabr 17:28
Maraqlı
07 Sentyabr 17:25
YAP xəbərləri
07 Sentyabr 17:24
Dünya
07 Sentyabr 16:31
Sosial
07 Sentyabr 15:52
İqtisadiyyat
07 Sentyabr 15:52
Elanlar
07 Sentyabr 15:21
Dünya
07 Sentyabr 15:17
İqtisadiyyat
07 Sentyabr 14:58
İqtisadiyyat
07 Sentyabr 14:57
Dünya
07 Sentyabr 14:26
Sosial
07 Sentyabr 14:10
Sosial
07 Sentyabr 14:10
Siyasət
07 Sentyabr 14:09
YAP xəbərləri
07 Sentyabr 13:53
Gündəm
07 Sentyabr 13:28
Dünya
07 Sentyabr 13:19
Dünya
07 Sentyabr 12:35
Siyasət
07 Sentyabr 12:22
Sosial
07 Sentyabr 12:19
Dünya
07 Sentyabr 11:41
Dünya
07 Sentyabr 11:13
Dünya
07 Sentyabr 10:58
İqtisadiyyat
07 Sentyabr 10:57
Sosial
07 Sentyabr 10:56
Sosial
07 Sentyabr 10:55
YAP xəbərləri
07 Sentyabr 10:29
Dünya
07 Sentyabr 10:24
Gündəm
07 Sentyabr 10:20
Dünya
07 Sentyabr 09:42
Dünya
07 Sentyabr 09:15
Dünya
07 Sentyabr 08:50
Dünya
07 Sentyabr 08:37
Dünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25

