Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Çoxtərəfli Konvensiyaya qoşulmaq nə vəd edir?

Çoxtərəfli Konvensiyaya qoşulmaq nə vəd edir?

26.06.2024 [10:00]

Azərbaycan qlobal səviyyədə vergidən yayınmanın qarşısının alınmasında öz iradəsini nümayiş etdirməkdədir

Prezident İlham Əliyev “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması məqsədilə Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiya”nı təsdiq edib. Qeyd edək ki, Konvensiya ikitərəfli vergi müqavilələrinin yenilənməsi və transmilli şirkətlər tərəfindən vergidən yayınma imkanlarının azaldılması üçün dünyanın aparıcı alətidir. Konvensiyanın məqsədi vergi sazişlərindən sui-istifadə edilməsinin qarşısının alınması, daimi nümayəndəlik yaratmamaq üçün strategiyalara qarşı tədbirlərin görülməsi və uyğunsuzluqdan sui-istifadə imkanlarının məhdudlaşdırılmasıdır. 

“Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması məqsədilə Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiya” nədir və Azərbaycanın vergi administrasiyası üçün hansı əhəmiyyət kəsb edir?

Qloballaşma şəraitində milli iqtisadiyyatların və bazarların inteqrasiyası yeni və daha təkmil beynəlxalq vergi standartlarının tətbiqi aktuallaşdığından “Böyük İyirmilər” qrupu (G20) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən ölkələrin gəlir mənbələrini qorumaq üçün beynəlxalq müstəvidə yeni standartlar hazırlanıb. Bu baxımdan “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi” (BEPS) çərçivəsi qlobal miqyasda getdikcə artan və dərinləşən vergi problemlərinə çox spesifik və vahid yanaşmanı ehtiva edir və vergi administrasiyaları BEPS-in əlverişli platforma kimi bu strateji məqsədlərə çatmaqda roluna xüsusi önəm verir. 

BEPS  layihəsinə qoşulmuş  ölkələrdən biri kimi Azərbaycan da ötən dövr ərzində vergi qanunvericliyində müvafiq dəyişikliklər edib. Transfer qiymətinin müəyyən edilməsi və vergiləndirilməsi ilə bağlı Vergi Məcəlləsinə müvafiq müddəalar əlavə edilib və onun inzibatçılığı ilə bağlı qaydalar təsdiq olunub. “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi” (BEPS) layihəsi çərçivəsində “Nəzarət olunan xarici müəssisənin vergiyə cəlb edilməsi” ilə bağlı Vergi Məcəlləsində müvafiq dəyişikliklər edilib. Sözügedən dəyişikliklər çərçivəsində həmin qaydalarda göstərilən müvafiq arayışların və bildirişlərin vergi orqanına elektron formada təqdim edilməsi mexanizmi də qurulub. 

Həmçinin Azərbaycanın vergi administrasiyası ölkələr arasında vergidən yayınma və mənfəətin köçürülməsinin qarşısının alınması istiqamətində bilik və təcrübə mübadiləsinin asanlaşdırılması, müvafiq tədbirləri həyata keçirən ixtisaslaşmış vergi orqanı əməkdaşlarından ibarət şəbəkənin yaradılması, onların iş keyfiyyətinin artırılması, bu sahədə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, praktiki təlimat və yanaşmalarda da yaxından iştirak edib. 

Azərbaycan İƏİT çərçivəsində qoşulduğu vergi məsələlərini tənzimləyən Çoxtərəfli Konvensiyalardan irəli gələn digər öhdəlikləri də yerinə yetirib, vergi standartları, eləcə də BEPS fəaliyyətləri üzrə əlavə öhdəlikləri icra edib. “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinə qarşı” layihənin 13-cü Fəaliyyətin icrası məqsədilə 2021-ci ildə “Ölkələrarası Hesabatların Mübadiləsinə dair Səlahiyyətli Orqanların Çoxtərəfli Sazişi”ə qoşulub və 2022-ci ildə ilkin mübadilə həyata keçirilib. Sənədin tətbiqi ilə bağlı Vergi Məcəlləsinə müvafiq əlavə və dəyişikliklər edilib. Bütün bunlar Azərbaycanın etibarlı tərəfdaş kimi beynəlxalq vergi ailəsində öz partyorları ilə əlaqələrini daha da inkişaf etdirib və bu faktor, həm də vergi administrasiyasının nüfuzunun artmasına imkan verib. 2023-cü ilin noyabr ayında İƏİT-in nümayəndələri ilə keçirilən görüş çərçivəsində “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması məqsədilə Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiyanı” imzalayıb və vergitutma məsələlərində daha rəqabətyönümlü iqtisadi mühitin formalaşdırılması, beynəlxalq vergi reytinqinin yüksəldilməsi ilə bağlı daha yeni imkanlar qazanıb.  

Beləliklə, Çoxtərəfli Konvensiyanın təsdiqlənməsi ölkəmizin vergi inzibatçılığının beynəlxalq standartların tələblərinə uyğun daha da təkmilləşdirilməsi istiqamətində son illərdə aparılan islahatların mühüm nəticəsi hesab edilə bilər. Konvensiyaya tərəfdar çıxmaqla Azərbaycan qlobal səviyyədə vergidən yayınmanın qarşısının alınması prosesində aktiv yer alaraq öz iradəsini nümayiş etdirir. 

Bu mötəbər platformada yer almaqla ölkəmiz bir çox vergi məsələlərində faydalar əldə etmək şansı qazanır. Belə ki, Konvensiya ölkəmizin vergitutma bazasının məhdudlaşdırılmasına yönələn vergi planlamasının qarşısının alınması və vergitutma bazasının genişləndirilməsinə, beynəlxalq vergitutma prinsipləri nəzərə alınmaqla gəlirlərin vergiyə cəlb edilməsinin təmin olunmasına, vergi administrasiyaları arasında vergi qanunvericiliyi və inzibatçılığına münasibətdə vahid koordinasiyanın qurulmasına öz mühüm töhfəsini verəcək.

Elbrus Cəfərli

Paylaş:
Baxılıb: 202 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Ədəbiyyat

Sosial

Gündəm

Gündəm

Avropa

Xəbər lenti

Xəbər lenti

Qızıl bahalaşıb

18 İyul 11:44

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31