Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Dünya Bankı ilə Ölkə Tərəfdaşlıq Çərçivəsi...

Dünya Bankı ilə Ölkə Tərəfdaşlıq Çərçivəsi...

28.06.2024 [10:23]

Bank azad olunmuş ərazilərdə “yaşıl enerji” layihələrinə sərmayə qoyacaq

Mərkəzi Bankda (MB) Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə əməkdaşlıq çərçivəsində ölkəmizdə icra edilən və perspektivdə nəzərdə tutulan layihələr müzakirə olunub, yeni təşəbbüslər qiymətləndirilib. Görüş zamanı DB ilə Azərbaycan hökuməti arasında yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin (ÖTÇ) hazırlıq prosesi məsələlərinə də toxunulub.

Azərbaycanın yeni inkişaf prioritetləri və çağırışlarını əks etdirən Ölkə Tərəfdaşlıq Çərçivəsi Dünya Bankı ilə ölkəmizin əməkdaşlığının müasir Yol Xəritəsidir və uzunmüddətli strateji prioritetlərinə və regional və qlobal sınaqların fonunda qısa, orta və uzunmüddətli ehtiyaclara əsaslanır. Sənədin əsas fundamental istiqamətləri neft və qaz gəlirlərindən asılılığın azaldılması və qeyri-neft mənbələrinin sütunları üzrəində dayanıqlı iqtisadi artımların təmin edilməsi, şaxələndirilmiş gəlirlərin insan kapitalına yönəldilməsi və sosial rifahın yaxşılaşdırılması, fiziki infrastruktura və daha güclü institutlara investisiya yatırımlarının artımı yolu ilə ölkənin xarici şoklara dayanıqlığının gücləndirilməsindən ibarətdir. Ümumilikdə, ÖTÇ-nin əsas məqsədi və qayəsi  idarəçilik, insan kapitalı və kommunikasiya bağlantılarının əlaqələndirilməsi və insanların ortaq rifahının təşviqindən ibarətdir.

Dünya Bankı (DB) yeni islahatların Azərbaycanın uzunmüddətli inkişafında, xüsusilə də qeyri-neft iqtisadiyyatının dayanıqlı inkişafda töhfəverici rol oyanayacağını da proqnozlaşdırır. Bankın bir müddət əvvəl “Qlobal İqtisadi Perspektivlər” adlı hesabatında Azərbaycanla bağlı proqnozları yeniləyib. Sənəddə qeyd edilir ki, 2024-2026-cı illərdə Azərbaycan iqtisadiyyatı ilə bağlı ümidverici proqnozlar qorunub saxlanılacaq, ümumi daxili məhsul (ÜDM) istehsalı cari ildə 2,3 faiz, 2025-ci və 2026-cı illərdə isə iqtisadi artımın 2,4 faiz artacağı proqnozlaşdırılır.

DB ilə Azərbaycan arasında əməkdaşlığın gündəliyində iqlim dəyişikliklərinə qarşı mübarizə, “yaşıl iqtisadiyyat” və “yaşıl enerji”  sahəsində yeni layihələrin icrası da dayanır. Dünya Bankı Qrupunun əsas maliyyə strukturlarından biri olan Beynəlxalq Maliyyə Korporasiyası arasında imzalanmış Azərbaycanda bərpa olunan enerji sahəsinin inkişafı məqsədi ilə dənizdə külək enerjisi resursundan istifadə üzrə əməkdaşlığa dair anlaşma memorandumubu sahədə ilkin sərmayə proqramı hesab edilə bilər.

Bank “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in 5-ci istiqaməti olan “təmiz ətraf mühit və yaşıl artım ölkəsi” hədəfinin reallaşmasına töhfə verəcəyini bəyan edib. Ölkəmzidə səfərdə olan Dünya Bankının nümayəndə heyəti ilə bir müddət əvvəl keçirilən görüşdə COP29 və iqlim maliyyələşdirməsinə dair tərəfdaşlıq imkanları barədə  də müzakirə aparılıb. Bankın Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Antonella Bassani qeyd edib ki, ölkəmizdə enerji keçidinin bərpa olunan enerji və enerji səmərəliliyi komponentlərinə Dünya Bankının dəstəyinin artırılması, COP29 tədbiri ilində Azərbaycanın yaşıl sektorlarına sərmayə qoyuluşları nəzərdən keçiriləcək və bankın donorluğu təmin olunacaq. 

DB Azərbaycanda 760 MVt gücündə Bankə və Biləsuvar günəş enerjisi layihələrinin enerji sisteminə qoşulması, günəş panelləri infrastrukturunun genişləndirilməsi, “yaşıl hidrogen” istehsalı və digər bərpa olunan sahələrə investisiyaların qoyuluşunda açıq olduğunu bəyan edib. Ümumilikdə, Dünya Bankı 2027-ci ilədək ölkəmizdə 8 külək və Günəş elektrik stansiyalarının qurulması və enerji sisteminə inteqrasiyası məqsədilə maliyyə dəstəyini göstərəcək. Həmçinin, işğaldan azad olunmuş ərazilərdə bərpa olunan enerji mənbələrinə sərmayələrin yönəldilməsi, “ağıllı şəhər və ağıllı kənd” konsepsiyalarının tətbiqində “yaşıl texnologiyalar”ın və “yaşıl enerji zonası” layihələrinin icrasında da yaxından iştirakını etmək marağını ifadə edib.

DB, həmçinin, bərpa olunan enerjinin ixracında və regional “yaşıl enerji” dəhlizinin yaradılmasımnda da maliyyə təminatçısı olmaq niyyətini bəyan edib. “Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizinin, növbəti illərdə dənizdə külək enerjisi potensialının artırılması üzrə əməkdaşlığın isə Azərbaycanın “yaşıl enerji”nin təchizatçısı olmaq niyyətini bəyan edib. Bankın TransXəzər “yaşıl enerji” dəhlizinin maliyyə təchizatçısı kimi donorluq imkanları da istisna deyil.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 222 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Maraqlı

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

“Triumf yolu”..

13 İyul 11:00

MEDİA

Uğurlu yoldayıq...

13 İyul 10:55

Xarici siyasət

İqtisadiyyat

Xəbər lenti

İqtisadiyyat

Gündəm

Gündəm

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31