“CCF Azerbaijan” Fondu yaradılır
10.07.2024 [10:26]
Fond Orta Dəhliz boyunca gömrük əməkdaşlığının güclənməsinə töhfə verəcək
Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) və Ümumdünya Gömrük Təşkilatı (ÜGT) “CCF Azerbaijan” Gömrük Əməkdaşlıq Fondunun yaradılması barədə razılığa gəlib. Ümumdünya Gömrük Təşkilatı Şurasının 143/144 sessiyası çərçivəsində təşkilatın baş katibi Yan Sonders və Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov “CCF Azerbaijan”ın yaradılması üzrə qrant saziş imzalayıblar. Sazişə əsasən yeni təsis edilən “CCF Azerbaijan” Fondunun məqsədi gömrük əməkdaşlığının gücləndirilməsi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) üzrə potensialın artırılmasından ibarətdir.
Qeyd edək ki, Azərbaycan ilə Ümumdünya Gömrük Təşkilatı arasında uzun illərə əsaslanan sıx əməkdaşlıq mühiti mövcuddur və ölkəmizdə təmin edilmiş əlverişli işgüzar mühit və investorlar üçün yaradılan imkanlar, xarici dövlətlərlə ticarətin inkişaf etdirilməsi qurum tərəfindən daim təqdir olunub. Eləcə də beynəlxalq ticarətin asanlaşdırılmasında gömrük orqanlarının xüsusi rol oynadığı ÜGT rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Əlverişli coğrafi yerləşməsinə görə Asiya və Avropa qitələri arasında körpü rolunu oynayan ölkəmizin Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərində önəmli yeri nəzərə alınmaqla beynəlxalq ticarətin genişlənməsində mövcud nəqliyyat potensialını və tranzit imkanlarını artırması ÜGT-nin diqqətindədir. Son illər dünya gömrük sistemində tətbiq edilən yeni texnologiyalar və qlobal çağırışlardan meydana çıxan yeniliklər Azərbaycanın gömrük xidmətində dərindən təhlil olunaraq bu modellərin mənimsənilməsinə üstünlük verilib. ÜGT ilə əməkdaşlıq çərçivəsində rəqəmsal gömrük inzibatçılığının inkişaf etdirilməsi, biznes proseslərinin, gömrük nəzarətinin təşkili, gömrük prosedurlarının sadələşdirilməsi və şəffaflığının artırılması istiqamətində ciddi layihələr həyata keçilib.
Region ölkələrinin Orta Dəhliz boyunca gömrük əlaqələrinin yaxşılaşdırılması ÜGT-nin də xüsusi diqqətindədir və bu məqsədlə üzv dövlətlərin gömrük sistemində əlaləndirici rolunu artırmaq niyyətindədir. Təşkilatın əsas məqsədi dəhlizin mühüm ticarət marşrutu kimi əhəmiyyətini, səmərəli və təhlükəsiz ticarət axınlarını asanlaşdırmaq üçün etibarlı gömrük prosedurlarının tətbiqinə nail olmaqdır.
Hazırda Azərbaycan Orta Dəhlizin ən etibarlı nöqtələrindən birinə çevrilir, Şərq-Qərb istiqamətində daşınmaların tranzit qovşağı kimi beynəlxalq daşınmaların axıcılığını təmin edir. Bu gün beynəlxalq ticarət icması da Azərbaycanın bu geostrateji və coğrafi mövqeyinin əhəmiyyətliliyini nəzərə alaraq Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yaradılmasında xüsusi təşəbbüskarlıq göstərir, bu dəhlzidə yer alan ölkələrlə ticarət rejiminin sadələşdirilməsi, müxtəlif növ mallar üzrə tariflərin azaldılması və ya ləğv olunması, qeyri-tarif maneələrinin ləğv olunması, iqtisadi əlaqələrin və ticarətin genişləndirilməsi və təşviq edilməsi, ədalətli rəqabət üçün əlverişli şərtlərin yaradılması sahəsində öz səylərini artırır. Həmçinin, Azərbaycan sərhəd-keçid sistemində ən müasir texnologiyalar tətbiq edərək gömrük rejimini asanlaşdırır, qlobal ticarət tərəfdaşları ilə gömrük dərəcələrinin aşağı salınması istiqamətində addımlar atır. Bir çox ölkələrlə
ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlər imzalayır. Asan ticarətin ən təşviqedici aləti olan Preferensial Ticarət Sazişləriini imzlamaq üçün bir çox ölkələrlə danışıqlar aparır.
Bir müddət əvvəl Azərbaycanın təşəbbüsü ilə yaradılmış Trans-Xəzər Gömrük Tranzit Portalı da bu strateji hədəflərin bir hissəsidir və beynəlxalq ticarətin asanlaşmasına xidmıət edir. Tranzit Portalı xidmətlərin asan və şəffaf bir pəncərədə birləşdirən sistem olmaqla, yüklərin tranzit ölkələrin ərazisindən sürətli keçidini təmin edən, quru və dəniz limanları arasında daşınmalar üçün səmərəli nəzarətə şərait yaradan rəqəmsal qovşaqdır. Nəticədə bu görülən bütün işlər məhz Ümumdünya Gömrük Təşkilatının asan ticarət tövsiyələri ilə üst-üstə düşür.
Beləliklə, “CCF Azerbaijan” fondunun yaradılması qlobal ticarətdə meydana çıxan problemlərin aradan qaldırılması və beynəlxalq ticarəin asanlaşdırılmasının təşviqində, gömrük xidmətlərinin fəaliyyətinin müasirləşməsində, eləcə də ölkəmizin gömrük administrasiyaları ilə əlaqələrinin daha da yaxşılaşmasında mühüm rol oynayacaq.
ELBRUS
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52

