Ənənə bərpa olunur
06.08.2024 [11:35]
Laçın və Kəlbəcər yaylaqlarına köç edən fermerlərin sayı artır
İşğaldan azad olunmuş ərazilərdə aqrar layihəılərin icrasına özəl sektorun cəlb edilməsi genişlənməkdədir. Bu ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, təhlükəsiz yaşayışın təmin edilməsi ilə paralel şəkildə biznes fəaliyyətinə dəstək verilir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq əkinçilik təsərrüfatlarının və heyvandarlıq komplekslərinin yaradılması nəzərdə tutulub və həmin prioritet üzrə Laçın, Kəlbəcər və digər rayonların ərazilərinə mal-qaranın və arı ailələrinin yay köçürülməsi təmin edilməkdədir.
Fermerlər Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) elektron portalında qeydiyyatdan keçərək Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında öz heyvandarlıq təsərrüfatlarını qururlar. Tələblərə əsasən, köç edən fermerlərin arı ailəsinin sayı ən azı 40, xırdabuynuzlu heyvanların sayı isə 200 baş və daha artıq olmalıdır.
2023-cü ildən başlanılan bu proses 2024-cü ildə daha da genişləndirilib və onlarla fermer təsərrüfatının Laçın və Kəlbəcər yaylaqlarına köç etməsi öz həllini tap?b. Belə ki, may ayından başlayaraq 9054 baş xırdabuynuzlu, 645 baş iribuynuzlu, 57 baş təkdırnaqlı heyvanların yaylaqlara köçürülməsi təmin edilib. Ötən illə müqayisədə cari ildə yaylaqlara 5357 baş çox xırdabuynuzlu, 469 baş çox iribuynuzlu heyvan aparılıb. Həmçinin cari ildə rayonda 37 arıçı 1510 arı ailəsini işğaldan azad edilmiş ərazilərə köçürmək üçün müraciət edib ki, bu da ötən illə müqayisədə 673 arı ailəsi çox olub. Onlardan 32 arıçının 1302 arı ailəsi Cəbrayıl rayonuna, 5 arıçının 208 arı ailəsi isə Laçın rayonuna köçürülüb.
İşğaldan azad olunmuş ərazilərdə məskunlaşan əhaliyə iri və xırdabuynuzlu heyvanların verilməsi, arıçılıq təsərrüfatlarının yaradılması, rayonlara görə ixtisaslaşmanın yenidən dəqiqləşdirilməsi aqrar sahənin inkişafı istiqamətində atılan ilk addımlardır. Bu, işğaldan azad olunan ərazilərdə kənd təsərrüfatı sahəsinin bərpa olunduğunu və bu bölgənin ölkə iqtisadiyyatına reinteqrasiyası istiqamətində tədbirlərin irəlilədiyini göstərir.
Xatırladaq ki, erməni işğalı dövründə bu bölgənin kənd təsərrüfatına yararlı 600 min hektara yaxın torpaq sahəsinin - 250 min hektar əkin, 352 min hektara yaxın örüş-otlaq və biçənək sahəsi ölkə üçün ən münbit torpaq bazası və istehsal gücü olub. İndi bu ərazilərin əkin dövriyyəsinə cəlb olunması respublika üzrə taxıl, pambıq, kartof, üzüm, tütün, tərəvəz məhsullarının istehsalının ən azı 25 faiz artmasına səbəb olacaq ki, bu da ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu ərazilərdə heyvandarlıq potensialı da olduqca yüksəkdir. Dövlətin dəstəyi ilə damazlıq heyvan cinslərinin artırılması üçün təsərrüfatların yaradılması, qoyunçuluğun inkişafı üçün cins heyvanların ayrılması, arıçılığın inkişaf etdirilməsi, otlaq sahələrinə uyğun xırdabuynuzlu kooperativ və təsərrüfatların təşkili kimi tədbirlər də həyata keçirilir …
Heyvandarlıq komplekslərinin yaradılması ilə yanaşı, azad ərazilərdə əkinçiliyin bərpası üçün zəruri işlər davam etdirilməkdədir. Belə ki, kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin dəqiq uçotunun aparılması və torpaq kadastrının yaradılması, regionun rəqəmsal topoqrafik xəritəsinin hazırlanması və inventarlaşdırılması, xəritələndirilməsi və elektron məlumat bazasının yaradılması işləri yekunlaşmaqdadır. Bundan sonra isə bu ərazilərdə torpaq islahatlarına start veriləcək və dövlət, bələdiyyə və xüsusi mülkiyyət bölgüsü təmin olunacaq. Qeyd edək ki, Azərbaycan 1996-cı ildə MDB məkanında ilk dəfə aparılan və uğurla nəticələnən torpaq islahatı təcrübəsi mövcuddur. Bu təcrübə azad olunmuş ərazilərdə torpaq islahatının aparılması üçün də konseptual baza rolu oynamış olacaq. 1996-cı ildə islahat aparılan zaman torpaq sahələrinin dəqiq inventarlaşdırılması aparılmadığına görə bəzi hallarda torpaqlarla bağlı dəqiq uçot məlumatlarının olması problemi var idisə, azad olunmuş torpaqlarda müasir informasiya texnologiyaları əsasında elektron uçot sistemi yaratmaq imkanı var. Həmçinin ölkənin digər regionlarında aparılan torpaq islahatı sosial ədalət prinsipinə uyğun olub, lakin islahatdan sonra torpaqların kiçik bloklara parçalanması iqtisadi səmərəliliyi aşağı salıb. Bu baxımdan azad olunmuş ərazilərdə torpaq islahatı aparılarkən torpaqların özəl mülkiyyətə verilməsi zamanı inkişaf etmiş dövlətlərin müasir aqrar modellərinin öyrənilməsi və tətbiqi də istisna deyil. Eləcə də münaqişə ilə üzləşmiş ölkələrin aqrar təsərrüfatlarının yaradılması modelləri də diqqətdədir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının İraq və Əfqanıstanda müharibədən sonrakı dövrdə aqrar sahədə həyata keçirdiyi layihələr bu baxımdan təcrübə ola bilər. Eləcə də yüksək aqrar inkişaf yolu keçmiş Mərakeşin mövcud aqrar təcrübəsindən yararlanmaq mümkün hesab edilir ki, hökumət üzvlərinin mərakeşli həmkarları ilə müzakirələrində bu məsələyə toxunulub. Eləcə də işğaldan azad edilmiş torpaqlarda kənd təsərrüfatına maraq göstərən xarici investorların öz ölkələrinin modelnin gətirmək mümkündür. Belarus bu bölgədə nəhəng aqrar komplekslər və şəhərçiklər yaratmaq niyyətindədir ki, bu da kənd təsərrüfatında yeni çığır aça bilər.
Nəticədə Azərbaycanda həmin məhsulların xaricdən idxalı da dayanmış olacaq ki, bu da qiymət sabitliyinə də müsbət təsir göstərəcək. Həmin ərazilərdə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi əhalinin ərzaqla təminatı ilə yanaşı, geniş ixracat üçün də əsaslı şərait yaradır. Kənd təsərrüfatı baxımından mühüm potensiala malik ərazilərin inkişafı Azərbaycanın regionda iqtisadi baxımdan daha da güclənməsində və iqtisadi təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayacaq.
ELBRUS
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

