Qarşıdakı 3 ilə dair beynəlxalq proqnoz
13.08.2024 [10:31]
Niderlandın “ING Group” şirkəti Azərbaycanda dayanıqlı inkişafa dair nikbin qiymətləndirməni açıqlayıb
Niderlandın “ING Group” analitik tədqiqat şirkəti 2024-cü ildə qlobal iqtisadiyyatla bağlı yenilənmiş proqnozlarını açıqlayıb. Şirkətin Azərbaycan iqtisadiyyatına dair gözləntiləri olduqca ümidverici və Avrozona ölkələrinin əksəriyyətinin artım templərindən daha yüksəkdir. Belə ki, “ING Group” Azərbaycanda cari il üzrə iqtisadi artım proqnozunu ilin əvvəli ilə müqayisədə 1 faiz-bənd artıraraq 3,8 faiz nisbətində müəyyənləşdirib ki, bu da orta dünya göstəricisindən 0,5-1 faiz-bənd yüksəkdir. Şirkət 2025-ci ildə ölkəmizdə artım dinamikasının 2,5 faiz, 2026-cı ildə isə 2,8 faiz səviyyəsində proqnozlaşdırır.
“ING Group”un Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnoz göstəriciləri Azərbaycan hökumətinin cari və yaxın 3 illik inkişaf ssenarilərinə uyğundur. Hökumətin proqnozlarına əsasən, 2024-cü ildə ÜDM real ifadədə 2,4 faiz artaraq 118,4 milyard 2,4 faiz, 2025-ci ildə 2,9 faiz, 2026-cı ildə 2,7 faiz, 2027-ci ildə isə 3,6 faiz təşkil edəcək. Qeyri-neft ÜDM-i isə 2024-cü ildə 4,6 faiz, 2025-ci ildə 2,7 faiz, 2026-cı ildə 4,9 faiz, 2027-ci ildə isə 5 faizə bərabər olacaq.
Bəzi beynəlxalq maliyyə institutları ötən illərə qədər Azərbaycanda iqtisadi artımın neft-qaz sektorunun yaratdığı əlavə dəyərə əsaslandığını nəzərə alaraq proqnoz verirdisə, artıq bir müddətdir ki, ələlxsus da, 2023-cü ildən etibarən iqtisadiyatda makroiqtisadi göstəricilərin dinamikasının daha çox qeyri-neft mənbələrinə söykəndiyini qeyd etməkdədir. Cari hesabatlar da məhz qeyri-neft sektorundakı əlavə dəyər mənbələrinin artım indikatorları nəzərə alınmaqla tərtib edilir. Bunu 2024-cü ilin birinci yarısındakı artım tempinin strukturu bir daha nümayiş etdirməkdədir. Belə ki, 2024-cü ilin yanvar-iyun aylarında ölkəmizdə 59,5 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub ki, yaradılmış əlavə dəyərin 0,6 faizi neft sektorunun, 6,9 faizi qeyri neft-qaz sektorunda qeydə alınıb. ÜDM istehsalının təxminən 40 faizi sənaye sahələrinin, o cümlədən qeyri-neft sənaye bölmələrinin payına düşür ki, bu da iqtisadi artım gücünün neftdən deyil, qeyri-neft sahələrindən qaynaqlandığını təsdiqləyir. Hazırda qeyri-neft sektorundakı artımın 70 faizə yaxınlaşması iqtisadi inkişafın hərəkətverici drayverlərinin işlək olmasından və daha da irəliləməsindən xəbər verir.
Qeyri-neft sektoru iqtisadi gücün əsas sütununa çevrilir...
Qarşıdakı illərdə Azərbaycanın qeyri-neft sektoru üzrə gəlirlərinin yüksək artımında əsas mənbələrdən biri kimi işğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası da mühüm rol oynayacaq. İşğaldan azad edilmiş ərazilərimizdə bir çox iqtisadi fəaliyyət sahələrinin inkişaf potensialının olmasını nəzərə alsaq, yaxın 4-5 ildə bu bölgənin iqtisadi artıma, xüsusilə də qeyri-neft iqtisadiyyatının potensiallarının güclənməsinə böyük töhfəsi olacaq. Proqnozlara əsasən, ortamüddətli dövrdə ölkədə qeyri-neft ÜDM-nin həcminin 2024-cü ilin sonuna 84,2 milyard manat, 2027-ci ildə isə 106,8 milyard manata qədər artacağı və real artım tempinin 4,6-5 faiz intervalında olacağı gözlənilir. 2027-ci ildə qeyri-neft sektoru üzrə yaradılan əlavə dəyərin payının 78,7 faizə çatacağı proqnozlaşdırılır. Neft-qaz ÜDM-nin payı isə cəmi 21,3 faiz təşkil edəcək.
Dünyanın ən aparıcı maliyyə qurumlarının, o cümlədən Dünya Bankı (DB), Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı (AİB), eləcə də reytinq agentliklərindən “Fitch Group”, “Moody’s Ratings” Azərbaycanın yaxın 2-3 illik inkişaf proqnozlarını 3-4 faiz civarında ehtimal edən hesabatlar dərc edib.
Yeri gəlmişkən, bir müddət əvvəl “Fitch Ratings” Azərbaycanın xarici valyutada uzunmüddətli reytinqini “BBB-” səviyyəsində təsdiqləyib ki, bu da ölkəmizin tədiyyə balansının cari balansı, iqtisadi artımın əldə olunması, xarici maliyyə öhdəliklərinin çevik idarə olunması və digər amillər də ölkəmizin reytinq üzrə proqnozunun sabitliyini şərtləndirir və neft gəlirlərinin azalması fonunda belə Azərbaycanın cari balansının qənaətbəxş səviyyədə saxlanılmasını göstərir. Bu o deməkdir ki, “Fitch” Azərbaycanın maliyyə vəziyyətinin təmin olunmasında qeyri-enerji amillərinin təsiredici rolunu mühüm amil hesab edir və iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun yeni artım mənbələrinin səfərbər olunması istiqamətində yürüdülən siyasəti təqdir edir.
Bir məqamı da nəzərə çatdıraq ki, qeyri-neft sektorunda yaranan əlavə dəyərin əsas resurs mənbəyi və ya fiskal yığım gücü birbaşa qeyri-neft vergilərinin üzərində cəmləşməkdədir. Belə ki, 2024-cü ilin yanvar-iyul ayları vergi orqanının xəttilə dövlət büdcəsinə 10 milyard 272 milyon 795,7 min manat vergi daxil olub ki, onun təxminən 7 milyard manatı qeyri-neft-qaz sektorundan daxilolmalardır. Yəni vergi yığımları ümumi vergilərin 70 faizini təşkil edir. Bu səbəbdən hazırda ÜDM-də qeyri-neft sektorunun payı 70 faizə çatmaqdadır və bu amil həm də onu göstərir ki, ÜDM-in qeyri-neft bölməsi ilə vergi yığımlarının qeyri-neft sektorunda paralel olaraq artımlar gedir.
İnflyasiya ilə bağlı proqnozlar da nikbindir...
“ING Group”un 2024-cü il üçün Azərbaycanda orta illik inflyasiya ilə bağlı proqnozu da nikbin ssenariyə əsaslanır. Şirkət cari ildə qiymət indeksinin 1,5 faiz, 2025-ci ildə 4 faiz, 2026-cı ildə isə 4,2 faiz səviyyəsində olacağını proqnozlaşdırır. Bu rəqəmlər digər beynəlxalq iqtisadi institutların proqnozlarına çox yaxındır. Belə ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə, 2024-cü ildə Azərbaycanda orta illik inflyasiya 5 faiz, 2025-ci ildə 3,9 faiz təşkil edəcək. Beynəlxalq Valyuta Fondunun qiymətləndirməsinə görə qiymət indeksi cari ildə 3,5 faiz, 2025-ci ildə 5 faiz, növbəti illərdə isə 4 faiz olacaq. Dünya Bankının proqnozlarında isə inflyasiyanın 2024-cü ildə 3 faiz, 2025-ci ildə 3,5 faiz, 2026-cı ildə 4 faiz təşkil edəcəyi qeyd olunur.
Azərbaycan hökumətinin 2024-cü ildə inflyasiya gözləntiləri ilə bağlı proqnozu da yuxarıdakı rəqəmlərlə demək olar ki, eynilik təşkil edir. İqtisadiyyat Nazirliyinin ssenarisinə əsasən, qiymət indeksi 2024-cü ildə 5,3 faiz, 2025-ci ildə 4,9 faiz, 2026-cı ildə 4,4 faiz, 2027-ci ildə 4,2 faiz çərçivəsində müəyyənləşib. Ancaq hökumət birrəqəmli inflyasiya çərçivəsinə arxayın olmayaraq, qiymət indeksinə təsir edən daxili və xarici faktorları, o cümlədən anti-inflyasiya tədbirlərini prioritet kimi diqqətdə saxlayacaq. Mərkəzi Bankın bəyanatından da görünür ki, 2024-cü il ərzində hökumətin antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlərinə uyğun olaraq, bir sıra iqtisadi alətlərdən istifadə olunacaq.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19

