Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / 27 Sentyabr - Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib

27 Sentyabr - Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib

27.09.2024 [19:14]

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı, “Marsol Group”, “Məlhəm Beynəlxalq Hospital”, Milli Hematologiya və Transfuziologiya Mərkəzi və Mərkəzi Qan Bankının tərəfdaşlığı ilə könüllü qanvermə aksiyası keçirilib.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, 27 Sentyabr - Anım Gününə həsr olunmuş “Bir damla qan, min ümidə can” devizi ilə keçirilən qanvermə aksiyası üç ünvanda – “Bakı KOB evi”, “Məlhəm Beynəlxalq Hospital”ı və Mərkəzi Qan Bankında təşkil olunub.

Korporativ sosial məsuliyyət tədbirləri çərçivəsində təşkil olunan aksiyaya qoşulan sahibkarlar və şirkət əməkdaşları, eləcə də KOBİA, İCMA və “Marsol Group”un nümayəndələri, ümumilikdə gün ərzində 500-ə yaxın şəxs qan verib. Həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılıb, hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb.

Tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.

Sahibkarların iştirakı ilə belə xeyriyyə tədbirlərinin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

Paylaş:
Baxılıb: 131 dəfə

Xəbər lenti

Hamısına bax

Hadisə

İqtisadiyyat

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Sosial

Metroda sıxlıq...

12 Oktyabr 08:57

Dünya

Ədəbiyyat

Hindistan dərvişi

12 Oktyabr 08:16

Dünya

Zelenskinin Avropa turnesi

12 Oktyabr 07:53  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31