/ / İyun-sentyabr aylarında Radiotezliklər üzrə Dövlət Komissiyası 17 müraciəti müsbət cavablandırıb
İyun-sentyabr aylarında Radiotezliklər üzrə Dövlət Komissiyası 17 müraciəti müsbət cavablandırıb
08.10.2024 [21:58]
Cari ilin iyun-sentyabr aylarında Radiotezliklər üzrə Dövlət Komissiyasına 17 müraciət daxil olub.
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən (İKTA) AZƏRTAC-a bildirilib ki, onlardan 6-sı radiorabitənin təşkili məqsədilə istifadə olunan radiostansiyalar, 3-ü simsiz giriş şəbəkələri, 1-i gəmilərdə istifadə edilən radioavadanlıq, 4-ü GNSS (Global Navigation Satellite System) məlumatlarının ötürülməsi üçün radiotezliklərin ayrılması, 3-ü hüquqi şəxsin adında dəyişikliklə əlaqədar olub.
Bundan başqa, Dövlət Komissiyasının müvafiq qərarları ilə əvvəlki iclaslarda tezliklərin ayrılmasına icazə verilib, lakin radiorabitə şəbəkələrinin istifadəsini dayandıraraq könüllü olaraq radiotezlik istifadəsindən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq imtina edən 3 hüquqi şəxs üçün Dövlət Komissiyasının tezlik ayrılması barədə qərarları ləğv edilib. Ümumilikdə 7 ədəd tezlik resursu (radiotezlik nominalı) dövlət resursu kimi geri alınıb.
Beləliklə, Dövlət Komissiyasının iclasında 17 müraciət müsbət cavablandırılıb və müvafiq qərarlar verilib.
Həmçinin Dövlət Komissiyasının iclasında Ümumavropa Poçt və Telekommunikasiya Administrasiyalarının Konfransının Elektron Kommunikasiya Komitəsinin (20) 01 nömrəli qərarı (ECC Decision (20) 01) və beynəlxalq təcrübə nəzərə alınaraq “Radio Lokal Şəbəkələr (RLAN) daxil olmaqla, Simsiz Giriş Sistemlərinin (WAS) 5945-6425 MHs radiotezlik zolağından istifadə şərtləri” təsdiq edilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 4 may tarixli Sərəncamına əsasən yaradılmış Radiotezliklər üzrə Dövlət Komissiyası radioelektron vasitələrdən və yüksəktezlikli qurğulardan istifadənin səmərəliliyinin artırılması məqsədilə radiotezlik spektrinin bölünməsi və ayrılması sahəsində vahid siyasəti hazırlayır, həyata keçirir, həmçinin beynəlxalq təşkilatlarda Azərbaycan Respublikası radioxidmət idarələrinin hüquq və mənafelərinin müdafiəsi ilə bağlı işləri təşkil edir.
Nazirlər Kabinetinin 2007-ci il 1 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması qaydaları”na əsasən, respublika ərazisində istehsal edilən, modernizə və ya idxal olunan, həmçinin istismarı nəzərdə tutulan radioelektron vasitələr üçün radiotezlik zolaqlarının ayrılması məqsədilə hüquqi və fiziki şəxslər yazılı formada komissiyaya müraciət etməlidirlər.
Əsasnaməyə uyğun olaraq Dövlət Komissiyası nəzdində daimi fəaliyyət göstərən katiblik yaradılıb. Katibliyin funksiyalarını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bilavasitə və tabeli qurumları vasitəsilə həyata keçirir. Katiblik Dövlət Komissiyası iclaslarının keçirilməsi ilə bağlı təşkilati məsələlərin həlli, mülki məqsədlər üçün radiotezliklərin ayrılmasına dair müraciətlər üzrə araşdırma aparılması, müzakirəyə çıxarılacaq məsələlərə aid sənədlərin hazırlanması, iclasların təşkili, nəticələrinin protokollaşdırılması və kargüzarlıq işlərini icra edir.
Radiospektr idarəçiliyini həyata keçirən İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi İdarə Heyətinin sədri, eyni zamanda Dövlət Komissiyası Katibliyinin rəhbəri funksiyasını yerinə yetirir.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

