“Şimal-Cənub” dəhlizi iqtisadi rifaha yönəlib
11.10.2024 [10:17]
MDB ölkələri iqtisadi əlaqələri yüksəltmək üçün nəqliyyat-tranzit imkanlarını da artırmağı vacib sayır
Moskvada keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında ölkələr arasında ticarət-iqtisadi əməkdaşlığın artmasında nəqliyyat-tranzit dəhlizlərinin rolu da xüsusi olaraq yüksək dəyərləndirilib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, “Bir kəmər, bir yol” tranzitinin mühüm tərkib hissəsi olan Trans-Xəzər marşrutu (Orta Dəhliz) ilə bərabər, “Şimal-Cənub” dəhlizində sinxron daşınmaların həyata keçirilməsi, əlavə logistik imkanların birləşdirilməsi birlik ölkələri arasında iqtisadi əlaqələrin dinamikasına da müsbət təsir göstərməkdədir. Onun fikrincə, bu, qlobal layihələrdə iştirakçı dövlətlərin öz nəqliyyat sistemlərini birləşdirməsi dəhlizlərdə yüksək keyfiyyətli sinxronlaşdırmanı təmin etməklə, Avrasiya qitəsində iqtisadi, institusional və nəqliyyatın vahid inkişaf konsepsiyasını yaratmağa imkan verəcək. Tokayev Qazaxıstanın beynəlxalq marşrutlar üzrə dəmiryolu infrastrukturunun genişləndirilməsinə başladığını bildirərək digər MDB dövlətlərinin bu istiqamətdə gördüyü işləri təqdir edib, eyni zamanda, birlik ölkələrinin ərazilərindən keçən əsas nəqliyyat arteriyalarının birləşdirilməsi konsepsiyasının hazırlanmasını təklif edib.
Qazaxıstanın təklifləri nəyi nəzərdə tutur?
MDB-nin digər üzv ölkələri də Qazaxıstanın dövlət başçısının bu təşəbbüsünü dəstəkləyərək qlobal nəqliyyat qovşaqlarında birgə əməkdaşlığın, o cümlədən son 2 ildə dayanmadan daşıyıcılıq gücü artan “Şimal-Cənub” dəhlizinin ötürücülük qabiliyyətinin yüksəldilməsində əlavə modernləşdirmə işlərinin vacibliyinə toxunublar.
Qeyd edək ki, Qazaxıstan bir müddət əvvəl Mərkəzi Asiya ölkələri üçün də xüsusi maraq doğuran “Şimal-Cənub” dəhlizi ilə əlverişli daşınma rejiminin təşkili üçün tranzit tariflərinə də yenidən baxılmasını təklif edib. Ötən ay Bakıda dəmir yolu administrasiyalarının rəhbərlərinin, beynəlxalq yük daşıyıcıları assosiasiyalarının nümayəndələrinin, eləcə də logistika şirkətlərin rəhbərlərinin görüşündə bu dəhlizdə güzəştli ticarət rejiminin yaradılması təşəbbüsü irəli sürülüb. Eyni zamanda, sərhəd-keçid məntəqələrində nəqliyyat vasitələrinin sərhəddən keçməsi prosesi, gömrük yoxlaması və sənədlərin rəsmiləşdirilməsi qaydasının asanlaşdırılması, daha açıq və hesabatlı tranzit formatının təşkili məqsədilə rəqəmsal platformanın qurulması təklif olunub. Nəzarət-buraxılış məntəqələrində yoxlamalar, nəqliyyat vasitələrinin keçidində ləngimələr dəhlizin işinə təsir etdiyindən gözləmə müddətinin azaldılması istiqamətində əlavə tədbirlərin görülməsinə ehtiyac duyulur.
Rusiya, Azərbaycan və İranın yeni planları...
“Şimal-Cənub” dəhlizinin ən mühüm quru hissəsi Rusiya, Azərbaycan və İrandan keçir və hər 3 ölkə bu marşrut xəttinin tamamilə modernləşdirilməsində və digər kənar nəqliyyat qovşaqları ilə birləşməsində maraqlıdır. Rusiya və Azərbaycan, eyni zamanda, “Şimal-Cənub” marşrutunun “Trans-Xəzər” bölməsi ilə yük daşımalarının artırılması istiqamətində də fəal iş aparır. Məqsəd bu nəqliyyat dəhlizinin gücünü daha da artırmaq, Xəzər klasteri zonasında bütün obyektlərin, xüsusilə liman infrastrukturu və konteyner qovşaqlarının əlaqələndirilməsi ilə geniş bir dəniz yükdaşıma sisteminin yaradılmasıdır.
Yeni modernizasiya planına əsasən, Azərbaycan və Rusiya “Ulyanovsk-Bakı-Astara” birbaşa yük blok qatarının marşrutunu da istifadəyə hazır vəziyyətə gətirməkdədir ki, bu nəqliyyat xətti də “Şimal-Cənub” dəhlizi ailəsinin tərkib hissəsidir. “Ulyanovsk- Bakı - Astara” marşrutu “Orta Volqa - Xəzər dənizi - Fars körfəzi” logistika layihəsinin qərb dəmir yolu dəhlizi hesab edilir və aqrar-sənaye, o cümlədən ağac emalı məhsullarının daşınmasını nəzərdə tutur. Bundan başqa, Azərbaycan və İran dəmir yollarının birləşdirilməsi istiqamətində fasiləsiz addımlar atmaqdadır. Cənubdan daxil olan yük axınlarını qarşılamaq üçün İran və Azərbaycan öz dəmir yollarını tam birləşdirməyi və bu məqsədlə 167 km uzunluğunda Astara-Rəşt dəmir yolunun tikintisi nəzərdə tutur.
İran körfəzindən Baltik dənizinədək...
Göründüyü kimi “Şimal-Cənub” nəqliyyat dəhlizi region ölkələri üçün öz strateji əhəmiyyətini daha da artırmaqdadır. Hindistandan və İran körfəzi regionundan, yüklərin Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə çatdırılmasına hesablanmış bu dəhlizə 13 ölkə qoşulmaqla bu tranzit ailəsini daha da böyütməyə çalışır. Bu dəhlizin digər marşrutlarla müqayisədə əsas üstünlüyü tranzit məsafəsinin və tranzit vaxtının iki-üç dəfə az olmasıdır ki, iştirakçı ölkələr üçün bu amil xüsusi əhəmiyyət kəsb edir. Əgər dəniz yolu ilə Helsinki şəhərinə 45-60 gün ərzində daşıma müddəti təşkil edirsə, “Şimal-Cənub”la bu müddət 20-25 gün təşkil edir. Bu baxımdan həmin nəqliyyat arteriyası dünya üçün ən əhəmiyyətli daşınma xətlərindən biri kimi aktuallığını daha da artırır.
ELBRUS
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

