“Azəri-Çıraq-Günəşli”də ilk dəfə lay təzyiqi altında süxur nümunələri çıxarılıb
17.10.2024 [16:32]
bp Xəzərdə innovativ texnologiyadan istifadə edərək “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağında ilk dəfə olaraq lay təzyiqi şəraitində süxur nümunələri (kern) çıxarılması əməliyyatını uğurla həyata keçirib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, bu, həm də bp-nin qlobal miqyasda yerinə yetirdiyi ilk bu cür əməliyyatdır. Təzyiq altında süxur nümunəsi çıxarılması texnologiyası süxurun içərisindəki mayelərin kənara axmasını və çıxarılan nümunələrin zədələnməsini minimuma endirməklə süxuru laydakı ilkin vəziyyətində olduğu kimi götürməyə imkan verir.
Şirkətin məlumatına görə, çıxarılmış süxur nümunələri müxtəlif laboratoriya yoxlamalarında istifadə olunacaq.
“Məqsəd AÇG yatağının Balaxanı lay dəstində sulaşdırılmış vəziyyətdə olan süxurların hazırda laylarda qalmış neftlə nə dərəcədə dolmuş olması ilə bağlı qeyri-müəyyənlikləri azaltmaqdır. Bu isə öz növbəsində layın neftvermə əmsalının artırılması metodlarına olan ehtiyac, həmçinin həmin metodların növü barədə məlumat əldə etməyə və Balaxanı lay dəstinin gələcək işlənmə variantlarının müəyyənləşdirilməsini və planlaşdırılmasını təkmilləşdirməyə kömək edəcək. Təbii lay təzyiqi altında süxur nümunələri Balaxanı VIII layından götürülüb və bu əməliyyat “Qərbi Azəri” platformasında yeni istifadəyə verilmiş bir quyu vasitəsilə həyata keçirilib. Əməliyyat zamanı süxurdakı bütün mayelər olduğu kimi saxlanmaqla və süxurun ilkin vəziyyəti qorunmaqla tam lay təzyiqli dörd kern nümunəsi uğurla çıxarılıb. Bu nümunələr sahənin analizindən əldə edilmiş məlumatlarla birlikdə əlavə təhlil üçün laboratoriyaya göndərilib. Düşünürük ki, sulaşdırılmış lay süxurundan çıxarılmış nümunələrdən əldə edilən mühüm kern və maye məlumatları bizim laylar haqqında geoloji bilgilərimizi artıracaq və ehtiyatların ən uyğun işlənmə strategiyalarının seçilməsinə kömək edəcək”, - deyə bp-nin yaydığı məlumatda bildirilir.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

