İğdır-Naxçıvan xətti istifadəyə hazırdır
05.03.2025 [09:45]
Qaz kəməri Muxtar Respublikanın yanacaq asılılığını aradan qaldıracaq və enerji təhlükəsizliyini möhkəmləndirəcək
Gələn həftə İğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi nəzərdə tutulur. Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib ki, hazırda boru kəmərində son tamamlanma işləri aparılır və bir neçə gündən sonra qaz xəttinin açılış mərasimi baş tutacaq. Prezident Rəcəb Tayyib Ərdoğanın da iştirak edəcəyi gözlənilən tədbir regionun enerji və iqtisadi həyatında mühüm hadisə kimi dəyərləndirilir.
Qeyd edək ki, İğdır-Naxçıvan qaz kəmərinin çəkilməsinə dair 2020-ci il dekabrın 15-də Ankarada Azərbaycan və Türkiyə hökumətləri arasında anlaşma memorandumu imzalanıb. Prezident İlham Əliyevin 2022-ci il 10 fevral tarixli sərəncamına əsasən, boru kəmərinin tikintisi üçün dövlət büdcəsindən vəsait ayrılıb. Layihə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın prioritet layihələri sırasında yer alıb və Naxçıvanın qaz təchizatının şaxələndirilməsinə imkan verən enerji infrastrukturlarından biri hesab olunur.
Azərbaycanın enerji müstəqilliyi güclənəcək
İğdır-Naxçıvan qaz kəmərinin İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometrdir. Azərbaycan hissəsinin uzunluğu 17,5 kilometr, Türkiyə hissəsinin uzunluğu isə 80 kilometrdir. Boru kəməri gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir ki, bununla da Naxçıvanın qaza tələbatı sabit və etibarlı bir mənbədən tam qarşılanacaq. Qeyd edək ki, hazırda Naxçıvan qazla Azərbaycan və İran arasındakı svop müqaviləsi əsasında təmin olunur, İğdır-Naxçıvan xəttinin istifadəyə verilməsi bu asılılığı tamamilə aradan qaldıracaq, enerji təhlükəsizliyi möhkəmlənəcək.
Gələcəkdə çox artırılması nəzərdə tutulur. Layihə, eyni zamanda, Azərbaycanın enerji müstəqilliyini gücləndirəcək, həm də Türkiyə ilə iqtisadi bağları daha da möhkəmləndirəcək.
Növbəti hədəf Qars-İğdır-Naxçıvan “yaşıl enerji” dəhlizidir
Azərbaycanla Türkiyənin Qars-İğdır-Naxçıvan layihəsi təkcə qaz xəttinin əlaqələndirilməsi ilə bitmir, buraya coğrafi tranzit üzrə elektrik enerjisi, “yaşıl enerji” və dəmir yolu bağlantılarının qurulması da daxildir. Azərbaycan və Türkiyə arasında əməkdaşlığın yeni mərhələsi hesab edilən “yaşıl enerji” dəhlizi regionda və Avropa qitəsində enerji təchizatının sabitliyini dəstəkləyən bir addımdır.
Perspektiv plana əsasən, “yaşıl enerji”nın əsas vadilərindən biri olan Naxçıvanın potensial bərpaolunan enerji ehtiyatlarının qardaş ölkəyə ixracı da məhz bu coğrafi xətt üzrə həyata keçiriləcək, layihənin növbəti ünvanı Qarsdan Türkiyənin mərkəzi enerji sistemi ilə “yaşıl enerji”nin digər regionlara çatdırılmasıdır.
Ötən ilin sonlarında Azərbaycan və Türkiyə hökumətlərinin üzvləri gələcək perspektivləri nəzərdən keçirərək Naxçıvan-Qars tranziti üzrə Avropaya “yaşıl enerji” tədarükü ilə bağlı müştərək layihələrin inkişaf etdirilməsini qərara alıblar.
Hazırda Türkiyə və Azərbaycan enerji infrastrukturlarının inteqrasiyasını başa çatdırmaq və enerji ixracını, xüsusilə Naxçıvan vasitəsilə həyata keçirmək üzərində işləyirlər. Naxçıvanda bərpa olunan enerjiyə əsaslanan istehsal müəssisəsinin açılması da Türkiyənin enerji bazarına qoşulması üçün nəzərdə tutulub. Bu plana uyğun olaraq, Naxçıvan üzərindən “Türkiyə-Azərbaycan Qarşılıqlı Əlaqə” layihəsinin icrası, Gürcüstan-Azərbaycan-Türkiyə-Bolqarıstan-Avropa” “yaşıl dəhliz”inin çəkilişi üzrə müvafiq addımların atılması razılaşdırılıb. Beləliklə, Azərbaycan və Türkiyə arasında “yaşıl enerji” dəhlizinin yaradılması regionun və Avropanın enerji təhlükəsizliyi üçün böyük töhfə olacaq.
Bakı-Tbilisi-Qarsın davamı - Qars-İğdır-Naxçıvan dəmir yolu xətti
Azərbaycan və Türkiyənin Qars-İğdır-Naxçıvan ideyası üzrə digər layihəsi dəmiryolu xəttinin çəkilməsidir. Bakı-Tbilisi-Qars polad magistralının davamı kimi nəzərdə tutulan yeni xəttin ərsəyə gəlməsinin təşəbbüskarı Prezident İlham Əliyev olub. Bu təklifin gerçəkləşməsi üçün 2020-ci ildə “Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Qars-İğdır-Aralık-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti layihəsi ilə bağlı Anlaşma Memorandumu” imzalanıb. Həmçinin, 2021-ci ildə imzalanmış “Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin də əsas bəndlərindən biri nəqliyyat-logistika imkanlarının daha da artırılmasıdır ki, sənəddə tranzitlərin şaxələndirilməsi ilə bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, o cümlədən, Naxçıvan Muxtar Respublikasının xüsusi coğrafi vəziyyəti nəzərə alınaraq bu bölgənin mühəndis-kommunikasiya xətlərinin vahid nəqliyyat sistemlərində əlaqəndirilməsi nəzərdə tutulub.
Hazırda Orta Dəhlizin ən mühüm nəqliyyat axınlarından biri kimi strateji əhəmiyyətini artıran Bakı-Tbilisi-Qars yolunun genişləndirilməsi sayəsində yeni nəqliyyat sxeminin əsas qollarından birinə çevriləcək Qars-İğdır-Naxçıvan dəmir yolu bölgədə geniş nəqliyyat şəbəkələri hubunun inteqrasiyasına səbəb olacaq. Bu dəmir yolu xətti Naxçıvan vasitəsilə Türkiyə və Avropaya çıxış imkanlarını artıracaq.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına bax
Dünya
27 Mart 17:28

Dünya
27 Mart 16:47

Gündəm
27 Mart 15:46

Elm
27 Mart 15:26

Gündəm
27 Mart 14:38

Dünya
27 Mart 14:38

Dünya
27 Mart 13:45

Dünya
27 Mart 12:54

Dünya
27 Mart 12:26

İdman
27 Mart 11:43

Dünya
27 Mart 11:16

Dünya
27 Mart 10:58

İdman
27 Mart 10:22

Dünya
27 Mart 09:32

Elm
27 Mart 08:40

Elm
26 Mart 23:42

Dünya
26 Mart 22:34

Sosial
26 Mart 21:54

Sosial
26 Mart 21:53

Dünya
26 Mart 20:33

Siyasət
26 Mart 19:21

Dünya
26 Mart 18:30

Dünya
26 Mart 17:14

Dünya
26 Mart 16:53

Gündəm
26 Mart 15:48

İdman
26 Mart 15:41

Dünya
26 Mart 14:20

Diaspor
26 Mart 13:37

Dünya
26 Mart 12:45

Dünya
26 Mart 11:24

Xəbər lenti
26 Mart 11:11

Hadisə
26 Mart 10:22

Dünya
26 Mart 10:19

Dünya
26 Mart 09:37

Dünya
26 Mart 08:25

Dünya
25 Mart 23:41

Dünya
25 Mart 22:36

Sosial
25 Mart 21:35

MEDİA
25 Mart 20:17

Sosial
25 Mart 19:50

Siyasət
25 Mart 19:41

Dünya
25 Mart 19:38

Elanlar
25 Mart 19:29

Dünya
25 Mart 19:24

Dünya
25 Mart 18:47

Mədəniyyət
25 Mart 17:25

Dünya
25 Mart 16:22

Dünya
25 Mart 15:41

Dünya
25 Mart 14:30

Din
25 Mart 13:33

Dünya
25 Mart 13:17

Dünya
25 Mart 12:48

Dünya
25 Mart 12:40

Hadisə
25 Mart 12:29

Dünya
25 Mart 11:38
25 Mart 10:51

Siyasət
25 Mart 10:24

Dünya
25 Mart 09:52

Dünya
25 Mart 09:18

Dünya
25 Mart 08:51

Dünya
25 Mart 08:20

Dünya
24 Mart 23:35

İdman
24 Mart 22:41

Dünya
24 Mart 21:20

Sosial
24 Mart 20:18

Sosial
24 Mart 19:23

İdman
24 Mart 18:43

Dünya
24 Mart 17:21

Hadisə
24 Mart 16:39

Sosial
24 Mart 15:27
