/ / Trans-Xəzər nəqliyyat dəhlizinə əlavə investisiyaların cəlb edilməsi üzrə forumun keçirilməsi planlaşdırılır
Trans-Xəzər nəqliyyat dəhlizinə əlavə investisiyaların cəlb edilməsi üzrə forumun keçirilməsi planlaşdırılır
06.04.2025 [15:26]
Səmərqənddə keçirilən sammitdə Avropa İttifaqı və Mərkəzi Asiyanın beş dövləti strateji tərəfdaşlığı genişləndirmək və inkişaf etdirmək niyyətində olduqlarını bəyan ediblər.
AZƏRTAC “Euronews”a istinadla xəbər verir ki, sammit iştirakçıları ilin sonunadək əlavə investisiyaların, xüsusilə də Trans-Xəzər nəqliyyat dəhlizinə sərmayələrin cəlb edilməsi məqsədilə forumun keçirilməsi barədə razılığa gəliblər. Bu dəhliz Avropa və Asiya regionları arasında yük ixracının müddətini əhəmiyyətli dərəcədə azaltmağa, həmçinin Özbəkistanda Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) yerli ofisinin yaradılmasına imkan verəcək. Sammitin hər iki ildən bir keçirilməsi ideyası da dəstəklənib.
Qeyd edək ki, Avropa İttifaqı Səmərqənddə keçirilən iki günlük sammitin yekununa dair Mərkəzi Asiya ölkələri ilə yeni strateji tərəfdaşlıq elan edib. Forum qeyri-sabit geosiyasi və iqtisadi şəraitdə baş tutub. Bu, ABŞ Prezidenti Donald Trampın bir sıra ölkələrə, o cümlədən ABŞ-ın müttəfiqləri olan Böyük Britaniya və Aİ-yə qarşı yeni ticarət rüsumları tətbiq etməsindən sonra baş verib. Bu addım bazarlarda narahatlıq yaradıb və dünya liderləri tərəfindən tənqid olunub.
Sammitdə Avropa İttifaqının prezidenti Antoniu Koşta, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, eləcə də Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderləri iştirak ediblər.
Ursula fon der Lyayen bəyan edib ki, Avropa İttifaqı Mərkəzi Asiya ölkələri üçün ümumi dəyəri 12 milyard avro olan investisiya paketi hazırlayıb.
Məlumata görə, bu məbləğin 3 milyard avrosu nəqliyyat sahəsində layihələrin maliyyələşdirilməsinə, 2,5 milyard avro isə strateji xammalla bağlı layihələrə sərmayə qoyulmasına yönəldiləcək. Həmçinin 6,4 milyard avro su ehtiyatları, enerji və iqlim sahəsində layihələrə, 100 milyon avro isə peyk internetinin inkişafına sərf olunacaq.
Avropa İttifaqı üçün təmiz enerji və nadir torpaq metallarına çıxış böyük əhəmiyyət daşıyır. Aİ 2050-ci ilə qədər iqlim neytrallığına nail olmağa və strateji sektorlarda öz muxtariyyətini gücləndirməyə çalışır.
Xatırladaq ki, Orta Dəhliz kimi tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çini ilə Avropa ölkələrini Qazaxıstan, Xəzər dənizi akvatoriyası, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə birləşdirir. Son illərdə bu dəhliz üzrə yükdaşımaların həcmi 8 dəfə artıb. Əgər 2021-ci ildə daşınan yüklərin həcmi 560 min ton idisə, 2024-cü ildə bu rəqəm 4,5 milyon tona çatıb. Bu il üçün proqnoz 4,9 milyon ton, 2029-cu ilə qədər isə yükdaşımaların 10 milyon tona çatacağı gözlənilir.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

