Banklardan rekord həcmdə kredit qoyuluşu
08.04.2025 [09:57]
Cari ilin 2 ayında iqtisadiyyata 30 milyard manata yaxın kredit yönəldilib
Azərbaycanda təmin edilmiş sağlam və münbit investisya mühiti ölkə iqtisadiyyatına yönələn sərmayələrin və kapital axınlarının artmasına səbəb olmaqdadır. Ötən ildə əhəmiyyətli həcmlərdə iqtisadiyyata yatırılan sərmayə qoyuluşları 2025-ci ilin ilk aylarında da davam edib. 2025-ci ilin yanvar-fevral aylarında əsas kapitala 2 milyard manatdan çox investisiya yönəldilib. İnvestisiyanın 1,6 milyard manatı və ya 77,6 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Qeyd edilən dövrdə iqtisadiyyata kredit qoyuluşları da xeyli artıb və cəmi 2 ayda kreditlərin həcmi 29 milyard 402 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 19,4 faiz çoxdur. Kredit qoyuluşunun 20 milyard 382,2 milyon manatı və yaxud 69,3 faizi özəl bankların payına düşüb. Hesabat dövründə dövlət banklarının kredit qoyuluşu 7 milyard 210 milyon manat təşkil edib. Bu, illik müqayisədə 22,8 faiz çoxdur. İl ərzində dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 23,8 faizdən 24,5 faizə yüksəlib. Martın 1-nə bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu da artaraq 1 milyard 810 milyon manatı ötüb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 3,2 faizdən 6,2 faizə çatıb.
“Yaşıl kreditləşmə” genişlənir
Yeri gəlmişkən, ötən dövrdə bank sektorunun “yaşıl layihə”lərə də kredit qoyuluşları artıb. Mərkəzi Bank tərəfindən ötən il təsdiqlənmiş “Yaşıl Taksonomiya” sənədi ölkədə dayanıqlı maliyyə ekosisteminin formalaşdırılması, daxili və xarici resursların “yaşıl” və dayanıqlı layihələrə yönəldilməsi, iqlim dəyişikliyindən yaranan risklərin tənzimlənməsi, aşağı karbon iqtisadiyyatına keçid ilə bağlı önə çıxan layihələrə dəstək verilməsini nəzərdə tutur. Məhz bu prinsiplərə uyğun olaraq bank sektoru bərpa olunan enerji, su resurslarının dayanıqlı idarə edilməsi, çirklənmənin qarşısının alınması və ona nəzarət, dayanıqlı kənd təsərrüfatı, fermer təsərrüfatı, biomüxtəliflik və mühafizə, “yaşıl binalar” və dayanıqlı inşaat, “yaşıl xidmətlər” sahələrinə kreditləşməni artırıb.
2024-cü ildə təkcə Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən səkkiz “yaşıl” layihəyə 2,6 milyon manat güzəştli kredit verilib. Bu cür layihələrin maliyyələşdirilməsinin həcmi 2023-cü illə müqayisədə 4,72 dəfə artıb və bu məbləğ ifadəsində 2,05 milyon manat deməkdir.
“Yaşıl istiqraz və səhm” buraxılışına hazırlıq
Hazırda dünya bank sektoru bu vəsaitləri müxtəlif alətlərlə təmin etməyə çalışır. Həmin alətlərdən biri “yaşıl istiqrazlar”dır. Azərbaycanın bank sistemi üçün də bu istiqrazların emissiyası vacib hesab edilir və bunun üçün qabaqcıl beynəlxalq təcrübə hərtərəfli nəzərdən keçirilir. “Yaşıl istiqrazlar” maliyyə sektorunda davamlılığı təşviq etmək, iqlimlə əlaqəli və ya digər nov xususi ekoloji layihələri dəstəkləmək və sosial və ətraf muhitin yaxşılaşdırılmasına töhfə vermək baxımından daha cəlbedicidir. Ekoloji və iqlim layihələrini dəstəkləmək uçun sabit gəlirli bir maliyyə aləti olan “yaşıl istiqraz” enerji səmərəliliyi, ekoloji çirklənmə ilə mübarizədə öz səmərəsini verməkdədir.
“Yaşıl maliyyə” alətlərindən biri olan “yaşıl səhm”lər də ekoloji cəhətdən təmiz texnologiyaların genişləndirilməsi və iqlim dəyişikliyinin azaldılması istiqamətində emissiya edilən səmərəli maliyyə alətidir. Beynəlxalq Maliyyə Korporasiyasının hesabatında “yaşıl səhm”lərin son 4 ildə emissiyasının 230 milyard dolları ötdüyü qeyd olunur. Hazırda Dunya Bankı “yaşıl istiqraz” və “yaşıl səhm” buraxılışında əsas maliyyə institut və emitent kimi fəallığını daha çox artırmaqdadır. Bank son 5 ildə 200 milyard dollara yaxın istiqraz emissiya edib. Həmçinin Avropa Komissiyası “yaşıl” istiqrazlar”ın emissiyasına 20 milyard avroya yaxın vəsait xərcləyib.
Bütün bunları nəzərə alan Azərbaycanın bank icması beynəlxalq institutlarla, o cümlədən Dünya Bankı və Avopa Komissiyası ilə bu istiqamətdə əməkdaşlığı artırmağı düşünür.
ELBRUS
Xəbər lenti
Hamısına baxDünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36

