Sosial-iqtisadi inkişafın təzahürü
16.04.2025 [09:16]
Əhalinin gəlirləri 7 faizə yaxın artıb
Azərbaycan iqtisadiyyatı 2025-ci ilin ötən 3 ayı ərzində enerji bazarındakı əlverişsiz mühitə baxmayaraq, dayanıqlı artım templərini qoruyub saxlayıb. İqtisadiyyatda artım tempi qeyri-neft ÜDM-i hesabına təmin olunub. Bu amil sosial sahələrdə də öz müsbət dinamikasını nümayiş etdirib. 2025-ci ilin yanvar-mart aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 20 milyard 690.7 milyon manat təşkil edib. Son bir ildə ölkədə adambaşına düşən nominal gəlir isə 6,1 faiz artaraq 2023 manata çatıb.
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, əhalinin gəlirlərindəki artım dinamikası ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz çoxdur. Ötən dövr ərzində ölkədə nominal əməkhaqqı da artıb. Belə ki, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,2 faiz artaraq 1043,6 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub. Qeyd edək ki, bu dövrdə istehlak qiymətləri indeksi 2024-cü ilin mart ayına nisbətən 5,9 faiz artıb. Bu isə əhalinin real gəlirlərinin inflyasiyanı bir neçə faiz-bənd üstələdiyini göstərir. Nəticədə həm əhalinin orta aylıq əməkhaqqı, həm də real gəlirləri inflyasiyanı üstələməklə onların sosial rifah vəziyyətinə müsbət təsir edib.
Minimum əməkhaqqının gəlirlərə təsiri
Əhalinin nominal əməkhaqqının və real gəlirlərinin artmasında 2025-ci ilin yanvar ayından etibarən ölkəmizdə beşinci sosial islahat paketi çərçivəsində sosial artımların icrasına start verilməsi öz müsbət təsirlərini göstərib. Dövlət başçısının imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncamına uyğun olaraq, ilk növbədə, minimum əməkhaqqı 16 faiz artırılaraq 345 manatdan 400 manata çatdırılıb. Nəticədə minimum əməkhaqqındakı artımlar təkcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edib. Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları sərəncama uyğunlaşdırılaraq artırılıb. Sosial, elm, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin də əməkhaqqı artıb. Eləcə də minimum pensiya məbləği fevralın 1-dən 280 manatdan 320 manata çatdırılıb, əmək pensiyaları 8 faiz yüksəlib. Həmçinin bir sıra dövlət orqanlarında əməkhaqları artırlıb ki, bu da əhalinin gəlirlər portfelinin böyüməsinə səbəb olub. Yaxın günlərdə digər sosial artımlar, yəni müavinət və təqaüdlərin yenidən hesablanaraq ödənilməsi də təmin olunacaq ki, bu amil də ilin ikinci rübündə əhalinin əməkhaqqı və gəlirlərinin ümumu məbləğlərinin artmasında müstəsna rol oynayacaq.
Beşinci sosial paketin icrası gəlirləri daha da artıracaq
Hazırda mövcud sosial-iqtisadi inkişaf göstəriciləri və qarşıdakı aylar üzrə proqnozlar ölkəmizin gəlir və büdcə imkanlarının 2025-ci ilin qarşıdakı aylarında da artacağını deməyə əsas verir. Mövcud makroiqtisadi proqnozlar qeyri-neft sahələrində əhalinin gəlir əldəetmə imkanlarının yaxşılaşacağına zəmin yaradır. Yeri gəlmişkən, iqtisadiyyatda işləyənlərin sayında da artım baş verib. Cari ilin 2 ayı ərzində muzdlu işçilərin sayı 1758,8 min nəfər olub ki, onların 878,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 880,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərənlərdir. Bununla yanaşı, iqtisadi fəallığın yüksəlməsi və əmək bazarında aparılan islahatlar əmək müqavilələrinin də sayının artmasına öz müsbət təsirini göstərib. İş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində bağlanmış əmək müqavilələrinin sayı 2025-ci ilin aprel ayının 1-nə 1 milyon 866 min 821 təşkil edib. Qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 436 min 770 vahid artaraq 976 min 692 olub. Ümumilikdə, 2019-cu ilin əvvəli ilə müqayisədə son 6 ildə əmək müqavilələrinin sayı təxminən 465 min vahid artıb.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

