Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / ADY: Horadiz-Ağbənd dəmir yolunda tikinti-quraşdırma işlərinin 63 faizi tamamlanıb

ADY: Horadiz-Ağbənd dəmir yolunda tikinti-quraşdırma işlərinin 63 faizi tamamlanıb

18.04.2025 [14:41]

İşğaldan azad olunmuş ərazilərdə dəmiryol infrastrukturunun bərpası istiqamətində işlər davam etdirilir.

Azərbaycan Dəmir Yolları QSC-dən (ADY) AZƏRTAC-a bildirilib ki, Horadiz-Ağbənd dəmiryol xəttinin layihələndirmə işlərinin 83 faizi, tikinti-quraşdırma işlərinin isə 63 faizi tamamlanıb.

Uzunluğu 110,4 kilometr olan dəmiryol xəttinin ox üzrə 75,6 kilometr hissəsi (yan yollarla birlikdə 87 kilometr) tamamlanıb, uzun ölçülü relslərin 65,6 kilometri quraşdırılıb.

Layihə çərçivəsində ümumilikdə 534 ədəd mühəndis qurğusunun, 8 ədəd stansiyanın tikintisi və 70 ədəd yoldəyişən qurğunun quraşdırılması planlaşdırılır.

Horadiz-Ağbənd dəmiryol xətti Zəngəzur dəhlizinin əsas nəqliyyat arteriyalarından biri kimi Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirməklə yanaşı, Orta Dəhlizin yeni seqmenti olaraq Şərq-Qərb-Şərq üzrə yükdaşımalar üçün imkanları genişləndirəcək.

Paylaş:
Baxılıb: 152 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Sosial

Dünya

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31