Azərbaycan və Sloveniya yeni anlaşmalar əldə edib
19.04.2025 [11:43]
Bakıda keçirilən biznes-forum ölkələr arasında iqtisadi-ticari və sərmayə imkanlarının artmasına şərait yaradacaq
Azərbaycan və Sloveniya arasında siyasi və iqtisadi əlaqələr son illərdə dayanmadan inkişaf edərək etibarlı dostluq səviyyəsinə yüksəlib. Münasibətlərdə yaranmış yeni istiqamətlər tərəflərin bir sıra layihələrdə birgə addımlar atmasını meydana çıxarıb. Xüsusilə də regionda baş verən yeni geosiyasi amillər, Balkan ölkələrinin Azərbaycanla iqtisadi təmaslarında intensivliyin artması Sloveniya ilə də iqtisadi-ticari və tranzit əlaqələrinin genişləndirilməsini meydana çıxarır.
SOCAR Sloveniyanı qazla təmin edir
Azərbaycanın regionda dinamik inkişaf gücünü və enerji-nəqliyyat potensialını nəzərə alan Sloveniya ölkəmizlə bu sahələrdə yaxın əməkdaşlıq əlaqələri qurmaq niyyətindədir. İki ölkə arasında son bir il ərzində enerji sahəsində səmərəli əlaqələr qurulub, 2024-cü ilin iyulunda Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri Bojan Kumerin ölkəmizə səfəri zamanı “Geoplin” şirkəti ilə SOCAR arasında təbii qaz tədarükü sahəsində əməkdaşlıq haqqında Memorandum imzalanıb. Həmin razılaşmaya uyğun olaraq, SOCAR 2024-cü il avqustun 1-dən Sloveniyaya qaz tədarükünə başlayıb.
2025-ci il aprelin 4-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 11-ci iclasında Azərbaycan və Sloveniya arasında “Energetika Sahəsində Əməkdaşlıq üzrə Anlaşma Memorandumu” imzalanıb.
Memorandum enerji sahəsində, o cümlədən enerji təhlükəsizliyi və qaz təchizatının şaxələndirilməsi, hidrogen də daxil olmaqla yaşıl enerji texnologiyaları üzrə əməkdaşlığın inkişaf etdirilməsi və bərpaolunan enerji mənbələrindən istifadəyə dair təcrübə mübadiləsinin genişləndirilməsini ehtiva edir.
Rəsmi Lyublyana perspektivdə enerji sahəsində münasibətlərin daha da inkişaf etdirilməsi üçün əlavə addımlar atacağını gizlətmir. Gələcəkdə “yaşıl enerji” sektorunda da layihələrin icrası istisna edilmir.
Birgə avtomobil müəssisəsi təşəbbüsü
Sloveniya Azərbaycanı etibarlı tərəfdaş və sadiq tədarükçü, iqtisadi təchizatçı hesab edərək digər sahələrdə də yeni anlaşmalar əldə etməyə çalışır. Bu ölkənin xarici və Avropa işləri üzrə naziri Tanya Fayon Bakıda keçirilən Azərbaycan-Sloveniya biznes-forumunda bildirib ki, ölkəsi Azərbaycanla qonşu olmasa da, ətraf coğrafiyalarla kommunikativ bağlantılar qurmaqla qarşılıqlı əlaqələri inkişaf etdirmək niyyətindədir. Bu məqsədlə hökumət və biznes nümayəndələrindən ibarət komanda yeni strateji sənəd layihəsi hazırlayıb.
Biznes-forumunda çıxış edən Azərbaycanın maliyyə nazirinin birinci müavini Anar Kərimov isə bildirib ki, əczaçılıq sənayesində istehsal hər iki ölkənin maraq doğuran sahələrindəndir. Bu sahələrdə tərəflərin prioritet inkişaf istiqamətləri üst-üstə düşür. Eyni zamanda, tərəflər texnologiya, innovasiya və İT, tranzit, kənd təsərrüfatı, sənaye sahələrində yüksək nailiyyətlərə nail olmaq üçün birgə platforma qurmaq istəyir.
Bundan başqa, tərəflər turizm sektorunun potensialını nəzərdən qaçırmamaq, bu istiqamətdə imkanları səfərbər etməkdə maraqlıdır. Hər iki ölkənin zəngin mədəni irsi, möhtəşəm təbiəti və tarixi abidələri qarşılıqlı turizm üçün geniş imkanlar yaradır. Sloveniyanın iqtisadiyyat, turizm və idman nazirinin katibi Mitja Blaganje isə avtomobil sənayesi sahəsində Azərbaycanla birgə müəssisələr yaradaraq regionda geniş maşın təchizatı şəbəkəsi qurmağı təklif edib.
Sloveniya nəqliyyat şəbəkəsini Orta Dəhlizə birləşdirir
Azərbaycan coğrafi baxımdan əhəmiyyətli regionda, Qərb ilə Şərqi birləşdirən ticarət yollarının üzərində yerləşir. Ölkəmizin yer aldığı qlobal nəqliyyat marşrutu olan Orta Dəhliz Avropada ticarətin genişlənməsi üçün olduqca əhəmiyyət kəsb edir və Sloveniya da bu dəhlizdən istifadə edərək Şərqlə ticarət əlaqələrini genişləndirmək niyyətindədir. Cari il aprelin əvvəlində Qazaxıstan və Sloveniyanın dövlət başçıları - Kasım-Jomart Tokayev və Nataşa Pirç Musarın görüşü zamanı nəqliyyat və logistika sektorunda kommunikasiyaların əhatə dairəsinin genişləndirilməsi zamanı rəsmi Lyublyana Orta Dəhlizə qoşulmaq niyyətini ifadə edib. Sloveniya hökuməti Adriatik dənizindəki Koper dəniz limanının digər nəqliyyat xətlərinə inteqrasiya olunması sayəsində Orta Dəhlizə çıxış eldə etmək istəyir. Nataşa Pirç bildirib ki, Qazaxıstanla əldə edilmiş ortaq razılığa əsasən, yaxın vaxtlarda səlahiyyətli orqanlar nəqliyyat sxemlərinin əlaqələndirilməsi üçün konkret tədbirlər görəcək.
Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət imkanları
Azərbaycan Sloveniya şirkətlərinin biznes planlarının təkcə paytaxtla məhdudlaşmasını istəmir, regionlararası biznes əlaqələrinin inkişafı və əməkdaşlığın şaxələndirilməsi üçün təşviqedici addımlar atmaq, bölgələrə qarşılıqlı investisiyaları cəlb etmək üçün səmərələşdirici alətləri tətbiq etməyi düşünür. Bu siyasət çərçivəsində Sloveniya şirkətlərini Qarabağ və Şərqi Zəngəzurda icra olunan biznes layihələrinə də dəvət edib. Ölkəmizin əlverişli geostrateji mövqeyi, regionda lider iqtisadiyyatı, müasir infrastrukturu, ələlxüsus da azad ərazilərdə xarici investorlar üçün yaradılan sağlam investisiya mühiti, tətbiq olunan vergi, gömrük güzəştləri, iqtisadi stimullar, digər güclü dövlət dəstəyi tədbirləri xarici iş adamları, o cümlədən sloveniyalı biznes icması üçün yaxşı fürsətlər yaradır.
Qeyd edək ki, biznes-forum çərçivəsində iki ölkənin biznes strukturu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandum Sloveniyanın “Kontron” şirkəti ilə Azərbaycanın “Bestcomp” şirkəti arasında əməkdaşlığı ehtiva edir.
Beləliklə, Azərbaycan-Sloveniya biznes-forumu hər iki ölkə arasında iqtisadi-ticari bağlantıları yeni mərhələyə aparmaqla, dövlət-özəl şirkətləri, biznes strukturları arasında işgüzar mühitin yaranmasına səbəb olacaq, qarşılıqlı sərmayələrin həcminin artmasına şərait yaradacaq.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:03
YAP xəbərləri
07 Sentyabr 20:57
YAP xəbərləri
07 Sentyabr 20:51
YAP xəbərləri
07 Sentyabr 20:48
YAP xəbərləri
07 Sentyabr 20:47
Hadisə
07 Sentyabr 20:42
Dünya
07 Sentyabr 20:34
Dünya
07 Sentyabr 20:18
Sosial
07 Sentyabr 19:50
İqtisadiyyat
07 Sentyabr 19:26
Fotoqalereya
07 Sentyabr 19:12
Dünya
07 Sentyabr 18:34
Din
07 Sentyabr 17:55
Sosial
07 Sentyabr 17:28
Maraqlı
07 Sentyabr 17:25
YAP xəbərləri
07 Sentyabr 17:24
Dünya
07 Sentyabr 16:31
Sosial
07 Sentyabr 15:52
İqtisadiyyat
07 Sentyabr 15:52
Elanlar
07 Sentyabr 15:21
Dünya
07 Sentyabr 15:17
İqtisadiyyat
07 Sentyabr 14:58
İqtisadiyyat
07 Sentyabr 14:57
Dünya
07 Sentyabr 14:26
Sosial
07 Sentyabr 14:10
Sosial
07 Sentyabr 14:10
Siyasət
07 Sentyabr 14:09
YAP xəbərləri
07 Sentyabr 13:53
Gündəm
07 Sentyabr 13:28
Dünya
07 Sentyabr 13:19
Dünya
07 Sentyabr 12:35
Siyasət
07 Sentyabr 12:22
Sosial
07 Sentyabr 12:19
Dünya
07 Sentyabr 11:41
Dünya
07 Sentyabr 11:13
Dünya
07 Sentyabr 10:58
İqtisadiyyat
07 Sentyabr 10:57
Sosial
07 Sentyabr 10:56
Sosial
07 Sentyabr 10:55
YAP xəbərləri
07 Sentyabr 10:29
Dünya
07 Sentyabr 10:24
Gündəm
07 Sentyabr 10:20
Dünya
07 Sentyabr 09:42
Dünya
07 Sentyabr 09:15
Dünya
07 Sentyabr 08:50
Dünya
07 Sentyabr 08:37
Dünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40

