“Azərkosmos” növbəti elmi müsabiqə elan edir
02.05.2025 [13:44]
Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) “Yer səthinin məsafədən müşahidəsi” üzrə növbəti dəfə elmi müsabiqə elan edir.
“Azərkosmos”dan AZƏRTAC-a bildirilib ki, müsabiqənin əsas məqsədi peyk təsvirləri, o cümlədən Azersky peykinin arxiv təsvirlərinin Azərbaycanda istifadəsini əlçatan etmək, coğrafi informasiya sistemləri sahəsinə töhfə vermək və ölkə daxilində peyk təsvirləri ilə həyata keçirilən layihələrin inkişafını dəstəkləməkdir. Builki müsabiqə “Gələcəyin xəritəsi” mövzusu altında keçirilir və 2025-ci ildə Vətən müharibəsində qazandığımız Zəfərin 5 illiyinə həsr olunur. Müsabiqə Qarabağ regionunun inkişafı, süni intellekt texnologiyaları ilə proqnozlaşdırıcı modellərin hazırlanması və innovativ xəritə dizaynı kimi istiqamətləri əhatə edəcək.
Müsabiqəyə yaşı 18-35 arası olan tələbələr, müəllimlər, elmi-tədqiqat institutları, fərdi tədqiqatçılar, dövlət müəssisələri və özəl sektorun nümayəndələri qatıla bilərlər. Müsabiqə iştirakçıları kənd təsərrüfatı, ekologiya və ətraf mühitin qorunması, quraqlıq və səhralaşmaya məruz qalmış ərazilərin monitorinqi, su ehtiyatları və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə, şəhər planlaması, turizm marşrutlarının təyin olunması və digər istiqamətlərdə ideyalarını öz elmi işlərində peyk təsvirləri sayəsində vizullaşdırma şansı qazanacaqlar.
Müsabiqədə iştirak ödənişsizdir. Qeydiyyat mayın 1-dən iyunun 30-dək aparılacaq. Müsabiqənin ilk üç qalibi (birinci yer: 5000 AZN, ikinci yer: 3000 AZN və üçüncü yer: 1500 AZN) pul mükafatı ilə təltif olunacaqlar. Bundan əlavə, 10 nominasiya üzrə qaliblər müəyyən ediləcək və hər bir qalibə 500 AZN məbləğində mükafat təqdim olunacaq. Müsabiqənin şərtləri haqqında ətraflı məlumat almaq və qeydiyyat üçün linkə keçid edə bilərsiniz.
Xəbər lenti
Hamısına bax
İqtisadiyyat
14 May 14:51

Sosial
14 May 14:50

Dünya
14 May 14:49

Xəbər lenti
14 May 14:48

YAP xəbərləri
14 May 14:35

Dünya
14 May 14:22

Gündəm
14 May 13:49

İdman
14 May 13:35

Dünya
14 May 12:18

Sosial
14 May 11:51

Gündəm
14 May 11:31

İdman
14 May 11:28

Analitik
14 May 10:52

Sosial
14 May 10:43

Siyasət
14 May 10:41

YAP xəbərləri
14 May 10:33

Siyasət
14 May 10:32

İqtisadiyyat
14 May 10:28

Hadisə
14 May 10:26

İqtisadiyyat
14 May 10:25

Siyasət
14 May 10:25

İqtisadiyyat
14 May 10:24

Siyasət
14 May 10:11

İqtisadiyyat
14 May 09:58

Hərbi
14 May 09:44

Sosial
14 May 09:43

Analitik
14 May 09:34

Analitik
14 May 09:28

İqtisadiyyat
14 May 09:11

Analitik
14 May 08:57

Analitik
14 May 08:44

MEDİA
14 May 08:32

Sosial
14 May 08:16

İqtisadiyyat
13 May 23:35

YAP xəbərləri
13 May 23:12

Sosial
13 May 22:48
YAP xəbərləri
13 May 22:31

İdman
13 May 22:15

YAP xəbərləri
13 May 21:44

Siyasət
13 May 21:36

YAP xəbərləri
13 May 21:09

İqtisadiyyat
13 May 20:52

YAP xəbərləri
13 May 20:38

Dünya
13 May 20:26

YAP xəbərləri
13 May 20:13

Sosial
13 May 19:52

YAP xəbərləri
13 May 19:38

İqtisadiyyat
13 May 19:24

YAP xəbərləri
13 May 19:16

İdman
13 May 19:06

Hərbi
13 May 18:42

Siyasət
13 May 18:29

Analitik
13 May 18:09

YAP xəbərləri
13 May 18:05

Gündəm
13 May 18:02

Dünya
13 May 17:47

Gündəm
13 May 17:35

YAP xəbərləri
13 May 17:15

YAP xəbərləri
13 May 17:05

Gündəm
13 May 17:02

YAP xəbərləri
13 May 16:57

Sosial
13 May 16:48

YAP xəbərləri
13 May 16:40

Dünya
13 May 16:34

Dünya
13 May 16:28

YAP xəbərləri
13 May 16:27

Dünya
13 May 16:24

YAP xəbərləri
13 May 16:09

Sosial
13 May 15:21

YAP xəbərləri
13 May 15:14
