İlk 4 ayda...
09.05.2025 [11:19]
Büdcənin gəlirləri artıb, xərclər tam və vaxtında təmin edilib
2025-ci ilin yanvar-aprel aylarında dövlət büdcəsinin gəlirləri 13 milyard 964,9 milyon manat təşkil edib ki, bu da 4 aylıq proqnozdan 219,7 milyon manat və ya 1,6 faiz çoxdur. Büdcə gəlirlərinin 6 milyard 923,5 milyon manatını Dövlət Vergi Xidməti təmin edib ki, bu fiskal yığımlar proqnozdan 398,2 milyon manat və ya 6,1 faiz çoxdur. Həmçinin, Dövlət Gömrük Komitəsi 2,65 milyard manat büdcəyə vəsait köçürməklə proqnozdan 37,9 milyon manat və ya 1,9 faiz fiskal ödənişi reallaşdırıb. Dövlət Neft Fondundan büdcəyə transfertin həcmi isə 4 milyard 579,1 milyon manat təşkil edib. Digər büdcə daxilolmalarının strukturunda Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmaların payı 14,8 milyon manat, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 200,3 milyon manat təşkil edib.
Büdcənin yığım potensialı artır
Büdcənin gəlirlər hissəsi üzrə daxilolmalarda qeydə alınan artımlar büdcə xərclərinin tam şəkildə icrasının da təmin edilməsinə mühüm təsir göstərib. Belə ki, cari ilin 4 ayı üzrə dövlət büdcəsinin xərcləri 11 milyard 191,9 milyon manat təşkil etməklə, bütün xərc prioritetlərinin yerinə yetirilməsinə səbəb olub. Əməkhaqları, müavinətlər, pensiyalar, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası, dövlət proqramları və məqsədli tədbirlərin, dövlət borcu üzrə öhdəliklərin və digər zəruri xərclərin maliyyələşdirilməsi büdcə və büdcədən maliyyə yardımı və ya digər qaydada vəsait alan təşkilatların dövlət xəzinədarlıq orqanlarına təqdim etdikləri xərc sifarişləri əsasında tam və vaxtında təmin edilib.
Qeyd edək ki, 2025-ci ilin dövlət büdcəsinin gəlirləri 38 milyard 356 milyon manat, xərclərinin məbləği isə 41 milyard 407,6 milyon manat nəzərdə tutulub. Büdcə gəlirlərinin 18 milyard 773 milyon manatı neft-qaz sektorunun, 19 milyard 543 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşür. Qeyri-neft gəlirləri büdcədə 51 faizə yaxın olmaqla, xüsusi üstünlük təşkil edir. Dövlət büdcəsinin xərcləri nominal və funksional baxımdan ən böyük xərc toplusu hesab oluna bilər. Belə ki, xərclərin məbləği 2024-cü ilin təsdiq edilmiş ilk büdcəsinə nisbətən 4 milyard 605 milyon manat və yaxud 12,5 faiz, yenidən baxılmış büdcəyə nisbətən isə 1 milyard 625 milyon manat və yaxud 4,1 faiz çoxdur. Bu isə büdcənin yığım potensialı nəzərə alınmaqla böyük bir maliyyə təminatının yaradılması deməkdir. İlk rüb üzrə yığımlar isə həmin təminatın tam həcmdə və hətta artıqlaması ilə yerinə yetiriləcəyinə dəlalət edir.
Əsas xərc hədəfi azad ərazilərin maliyyə təminatıdır
2025-ci ildə dövlət büdcəsinin xərc prioriteti kimi ilk yeri müdafiə və təhlükəsizlik istiqaməti tutur. Həmin xərclərin məbləği 8 milyard 396,3 milyon manat olmaqla cəmi xərclərin 19 faizini təşkil edir. Büdcə xərclərində ikinci başlıca istiqamət isə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsidir. Bu xərc siyasətinə əsasən, azad ərazilərdə müasir infrastrukturların yaradılması (elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni-tarixi abidələrin bərpası və yenidən qurulması, yaşayış evlərinin tikintisi və s.) məqsədilə 4 milyard manat vəsait nəzərdə tutulub. Büdcədə keçmiş məcburi köçkünlərin sosial müdafiəsi üçün 311 milyon manat vəsait ayrılması nəzərdə tutulub.
Büdcədə gəlirlərin artması və profisitin yaranması qarşıdakı aylarda əsas xərc hədəfi olan azad ərazilərin yenidən qurulması ilə bağlı layihələrin maliyyə təminat?nın daha da artırılmasına səbəb ola bilər.
Beşinci sosial paket üçün dayanıqlı təminat
2025-ci ilin büdcə zərfi Azərbaycan dövlətinin sosial iradəsini əks etdirməklə sosialyönümlü prioritetlərə əsaslanır. Büdcədə sosial xərclərin məbləği 41 faiz təşkil edəcək ki, bu da vətəndaşların sosial rifahının və təminatının yaxşılaşdırılması üçün mühüm maliyyə bazası deməkdir. Bu, eyni zamanda, birbaşa sosial xərclərin maliyyə tutumunun 20 milyard manata yaxın olmaqla əhatəli sosial qərarların qəbul edilməsini gerçəkləşdirəcək. Təkcə, sosial müdafiə və sosial təminat xərcləri 4,8 milyard manat təşkil edir. Bundan başqa, Dövlət Sosial Müdafiə Fondunun büdcə gəlirləri 8 milyard manat olmaqla, növbəti ildə sosial xərcləri qarşılamaq üçün əhəmiyyyətli maliyyə mənbəyi formalaşdırır. Ümumilikdə, cari ilin büdcə gəlirlərində qeydə alınan artımlar beşinci sosial islahat paketinin icra olunması üçün güclü baza yaradır. Sosial paket çərçivəsində yanvar ayından minimum əmək haqqı və minimum pensiyalar, əmək pensiyaları, bir sıra dövlət orqanlarının əməkdaşlarının əməkhaqları artrılıb. Yaxın günlərdə isə təqaüd və digər müavinətlər də artırılacaq. Beləliklə, 2025-ci ilin büdcə potensialı sosial tədbirlərin əhatəsinin genişlənməsi üçün hüquqi əsaslar yaradır.
Ümumilikdə, cari ilin yanvar-aprel ayları üzrə yığımlar büdcədəki bütün xərc istiqamətləri üzrə təminatların tam həcmdə və hətta artıqlaması ilə yerinə yetiriləcəyinə təminat verir.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
09 Mart 23:38
Dünya
09 Mart 22:33
Sosial
09 Mart 21:51
Dünya
09 Mart 21:49
Dünya
09 Mart 20:41
Siyasət
09 Mart 20:14
Gündəm
09 Mart 19:31
Dünya
09 Mart 19:23
Dünya
09 Mart 18:36
Siyasət
09 Mart 18:02
Hadisə
09 Mart 17:18
Siyasət
09 Mart 16:56
Hərbi
09 Mart 16:54
Siyasət
09 Mart 16:53
Dünya
09 Mart 16:34
Siyasət
09 Mart 16:26
Siyasət
09 Mart 15:44
Sosial
09 Mart 15:22
Siyasət
09 Mart 15:15
Hadisə
09 Mart 14:43
Dünya
09 Mart 13:42
Sosial
09 Mart 13:20
Dünya
09 Mart 12:25
İqtisadiyyat
09 Mart 12:14
Elm
09 Mart 11:48
Dünya
09 Mart 11:31
Sosial
09 Mart 10:22
Dünya
09 Mart 10:19
Elm
09 Mart 09:22
Dünya
09 Mart 08:35
Dünya
09 Mart 08:12
Gündəm
08 Mart 23:54
Dünya
08 Mart 23:26
Xəbər lenti
08 Mart 22:39
Siyasət
08 Mart 21:13
Hadisə
08 Mart 20:43
Dünya
08 Mart 19:22
Siyasət
08 Mart 18:49
Dünya
08 Mart 18:35
YAP xəbərləri
08 Mart 17:27
Dünya
08 Mart 17:20
Dünya
08 Mart 16:42
Sosial
08 Mart 15:27
Dünya
08 Mart 14:19
Diaspor
08 Mart 13:32
Elm
08 Mart 12:40
Dünya
08 Mart 11:28
Dünya
08 Mart 10:21
Dünya
08 Mart 09:50
Dünya
08 Mart 09:17
Dünya
08 Mart 08:49
Sosial
08 Mart 08:22
Sosial
08 Mart 08:21
Dünya
08 Mart 07:56
Dünya
08 Mart 07:51
Dünya
08 Mart 07:34
Siyasət
08 Mart 00:59
Sosial
07 Mart 23:23
Hadisə
07 Mart 23:17
Siyasət
07 Mart 22:44
Sosial
07 Mart 22:37
Gündəm
07 Mart 22:16
Siyasət
07 Mart 21:34
Gündəm
07 Mart 21:33
Siyasət
07 Mart 21:23
Gündəm
07 Mart 20:42
Siyasət
07 Mart 20:41
Dünya
07 Mart 19:20
Siyasət
07 Mart 18:56
Dünya
07 Mart 18:35

