/ / “Vergi partnyorluğu sazişi” cəmiyyətdə yeni nümunəvi vergi ödəyiciləri adlanan bir təbəqənin yaranmasına səbəb olacaq
“Vergi partnyorluğu sazişi” cəmiyyətdə yeni nümunəvi vergi ödəyiciləri adlanan bir təbəqənin yaranmasına səbəb olacaq
15.08.2013 [08:38]
Son illər həyata keçirilmiş qanunverici-institusional islahatların tərkib hissəsi kimi vergi orqanlarının işinin çevik və işlək mexanizmlər əsasında qurulması ölkəmizdə liberal biznes mühitinin təkmilləşməsinə, habelə, vergi daxilolmalarının artım dinamikasına müsbət təsirini göstərir. Bunu Vergilər Nazirliyinin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəisi, vergi xidməti müşaviri Natiq Şirinov bildirib.
2013-cü ilin birinci yarısının sosial-iqtisadi yekunları və vergi daxilolmalarını şərh edən N.Şirinov qeyd edib ki, cari ilin ilk yarısında ölkə iqtisadiyyatında ÜDM-in real artım tempi 5 faiz təşkil etməklə 27,2 milyard manat olub ki, bunun da 14,8 milyard manatı qeyri-neft sektorunun payına düşür. 2013-cü ilin ilk yarısında dövlət büdcəsinin proqnozu 113,4 faiz və ya 9,5 milyard manat civarında icra edilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 17,1 faiz və 1,4 milyard manat çoxdur.
Vergilər Nazirliyinin xətti ilə 2013-cü ilin 6 ayında dövlət büdcəsinə 3 milyard 326,1 milyon manat vəsait toplanaraq proqnoz tapşırığına 107,7 faiz icra edilib. Dövlət büdcəsinə səfərbər edilmiş vergilərin həcmi 2012-ci ilin müvafiq dövrünə nisbətən 356,2 milyon manat və ya 12 faiz çoxdur. Bu uğurlu göstəricilər qeyri-neft sektorunda da özünü aydın göstərir. İlin birinci yarısında qeyri-neft sektoru üzrə proqnozlar 100,6 faiz icra edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,3 faiz çox vəsaitin dövlət büdcəsinə ödənilməsi deməkdir. Ümumilikdə dövlət büdcəsinə ödənilmiş vergi məbləğinin yarıdan çoxu qeyri-neft sektorunun payına düşür.
N.Şirinov vergilərin düzgün hesablanması, tam və vaxtında ödənilməsinə nəzarətin təmin edilməsi sahəsində kameral vergi yoxlamalarının əhəmiyyətini qeyd edib. Son illər ərzində kameral vergi yoxlamalarının keyfiyyətinin artdığını qeyd edən idarə rəisi bildirib ki, aparılan təkmilləşdirmə işləri sistem tərəfindən aşkarlanmayan kənarlaşmaların müəyyənləşdirilməsinə və vergitutma bazasının genişləndirilməsinə şərait yaradır. Belə ki, ehtimal olunan vergidənyayınma hallarının qarşısının alınması məqsədilə müxtəlif risk meyarları üzrə həmin risk qruplarına daxil olan vergi ödəyicilərinin fəaliyyəti xüsusi nəzarətə götürülür və bu da əlavə vergi potensialının aşkar edilməsinə kömək edir. 2013-cü ilin yanvar-iyun ayları ərzində keçirilmiş kameral vergi yoxlamalarının nəticələrinə əsasən, 130,6 milyon manat əlavə vəsait hesablanıb ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz artım deməkdir.
Vergi ödəyiciləri ilə bağlanması nəzərdə tutulan vergi partnyorluğu sazişləri barədə danışan baş idarə rəisi qeyd edib ki, artıq Nazirlər Kabinetinin qərarı ilə “Vergi partnyorluğu sazişinin forması” və “Vergi partnyorluğu sazişinin bağlanması Qaydaları” təsdiq edilib. Bu sazişlər vergi orqanı ilə vergi ödəyicisi arasında vergi risklərinin minimallaşdırılması məqsədilə, könüllü şəkildə bağlanmış niyyət razılaşmasıdır. Bu sənəd vergilərin ödənilməsi ilə bağlı könüllü əməletmə səviyyəsinin artırılması istiqamətində partnyorluq etmək, çevik və səmərəli vergi nəzarəti yaratmaq, sahibkarlığa lüzumsuz müdaxilələrin qarşısını almaqla onun inkişafını stimullaşdırmaq, əməkdaşlığa və şəffaf münasibətlərə əsaslanan birgə fəaliyyəti təmin etmək kimi mühüm məqsədləri müəyyən edir.
Qaydalara əsasən, sazişin bağlanılması məqsədilə vergi ödəyicilərinin seçimi zamanı ilkin olaraq sertifikatlaşdırılmış proqram təminatı ilə mühasibat uçotu aparan vergi ödəyicilərinə, ƏDV ödəyicilərinə, maliyyə xidmətlərini həyata keçirən kredit və sığorta təşkilatlarına, vergi ili ərzində yaranmış vergi öhdəliklərini tam və vaxtında icra edən, habelə, alqı-satqı əməliyyatlarını nağdsız qaydada həyata keçirən vergi ödəyicilərinə üstünlük veriləcək.
N.Şirinov qeyd edib ki, “Vergi partnyorluğu sazişi” vergi ödəyicilərinin hüquqlarının qorunmasını yeni bir müstəviyə çıxarmaqla, cəmiyyətdə yeni nümunəvi vergi ödəyiciləri adlanan bir təbəqənin yaranmasına və nəticə etibarilə həmin vergi ödəyicilərinin sosial prestijinin artmasına səbəb olacaq. Saziş vergi ödəyicisinə daxili nəzarət sisteminin gücləndirilməsini tələb edir və bu da vergi orqanlarından çox təsərrüfat subyektlərinin maraqlarına xidmət edir. Hazırda Vergilər Nazirliyində qaydalara uyğun olaraq sazişlərin bağlanması məqsədilə müvafiq işlər yerinə yetirilir.
“Vergi sisteminin inkişafı üzrə 2013-2020-ci illər üçün Strateji Plan” barədə danışan N.Şirinov yaxın gələcəkdə vergi bəyannamələrinin əvvəlcədən doldurulma sisteminə keçidin təmin ediləcəyini, elektron kommersiya üzrə xarici təcrübənin öyrəniləcəyini, kameral vergi yoxlamalarının aparılması qaydalarının sistemləşdiriləcəyini də qeyd edib.
Xəbər lenti
Hamısına baxSosial
18 Aprel 17:32
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38

