Elektron pul dövriyyəyə çıxır
13.08.2025 [11:45]
E-pul təşkilatlarının sayındakı dinamika rəqəmsal bazara marağı artırır
Azərbaycanda rəqəmsal ödəniş sistemləri sahəsində yeni mərhələ başlayır. Belə ki, 2025-ci ilin ötən 7 ayı ərzində Azərbaycanda elektron pul (e-pul) emissiyası fəaliyyətini həyata keçirmək üçün daha bir neçə şirkət Mərkəzi Bankdan (MB) lisenziya alıb. Nəticədə e-pul emissiyası fəaliyyətini həyata keçirən təşkilatların sayı artaraq 20- yaxınlaşıb. Hazırda beynəlxalq ödənişlərin təchizat xidmətinə qoşulan və Azərbaycan istiqamətinə beynəlxalq ödənişlər xidmətini təmin edən digər şirkətlərində e-pul fəaliyyəti üçün Mərkəzi Banka müraciət edən digər şirkətlərin də mövcud imkanları dəyərləndirilir.
Qeyd edək ki, indiyə qədər 30-a yaxın şirkət e-pul emissiyası üçün MB-ya müraciət etsə də, hələlik onların mövcud infrastruktur və ödəniş bazarında təhlükəsizlik təminatı nəzərdən keçirildiyindən lisenziya ala bilməyib. Ancaq yaxın vaxtlarda həmin təşkilatların da müvafiq razılıq almaqla dövriyyəyə elektron pul buraxması mümkün olacaq.
Qanun e-pul emissiyasına əsas verir
Bütün dünya ölkələrində geniş yayıln e-pulun buraxılışı Azərbaycanda yeni maliyyə aləti hesab edilə bilər. Bu, son illərdə ölkəmizin ödəniş xidmətləri və ödəniş sistemləri sektorunun inkişafı, nağdsız ödənişlərin həcminin yüksəlməsi, rəqəmsal ödəniş arxitekturasının möhkəmlnməsi, maliyyə bazarlarında daim yeni alətlərin tətbiqi ilə bağlı baş verən yeniliklərin nəticəsi olaraq gerçəkləşməkdədir. Ötən il “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun qüvvəyə minməsindən sonra e-pulun emissiyası üçün hüquqi çərçivə yarandı və MB bu prosesdə maraqlı olan təşkilatların imkanlarını dərindən araşdırdıqdan sonra yeni pulun dövriyyəyə çıxarılmasına icazə verdi. Yeni qanunda ödəniş xidmətlərinin təchizatçıları sırasına 6 təşkilat aid edilib ki, onlardan biri elektron pul təşkilatlarıdır. Elektron pul təşkilatları Mərkəzi Bankın müəyyən etdiyi tələblərə cavab verdiyi halda onlara lisenziya verilməsi məqsəduyğun hesab olunur.
Elektron pulun üstünlükləri nədir?
Elektron pul hər bir şəxsin hesabında, kartında olan pulun elektron formada saxlanılmasıdır. Elektron pul fiziki nağd pula ehtiyacı aradan qaldıraraq tez və asan əməliyyatlar aparmağa imkan verir. İstifadəçilər ödənişləri, köçürmələri və alışları rəqəmsal olaraq, istənilən vaxt və istənilən yerdə internet bağlantısı ilə həyata keçirə bilər ki, bu, daha rahat və əlçatandır. İstənilən şəxs qeyd etdiyimiz şirkətin provayderi olduğu mobil tətbiq vasitəsilə özünün e-pul səhifəsini yaradaraq bütün ödənişləri və köçürmələri, o cümlədən banklara kredit ödənişlərini icra edə biləcək.
E- pulun üstünlüyü onun xərc cəhətdən effektiv olmasıdır. Belə ki, fiziki olaraq kağız və ya metal valyutanın çapı, daşınması və təhlükəsizliyi müəyyən xərclər tələb etdiyi halda, e-pulda bunlara ehtiyac yoxdur.
Hazırda dünyanın əksər ölkələrində elektron pullardan istifadə olunur, 2023-cü ildə dünyada rəqəmsal ödəniş bazarının gəlirləri 111 milyard dollardan çox olub. Bu maliyyə aləti biznesin və maliyyə sektorunun əməliyyatlarında çevikliyi və intensivliyi təmin etməklə vaxt və xərc itkilərinin qarşısını alır. Bu baxımdan, elektron pulun emissiyası ölkəmizdə iqtisadi proseslərin effektivliyinin və mobilliyinin artmasına əhəmiyyətli təsir edəcək. Eyni zamanda, pul kütlələrinin dövriyyə sürətində artım müşahidə olunacağı və bu resurslara əlçatanlığın təmin ediləcəyi gözlənilir. Elektron pullar ödəniş sistemini asanlaşdırmaqla yanaşı, mərhələli şəkildə gələcəkdə kağız pullardan istifadənin minimumlaşdırılmasına səbəb ola bilər. Bu, banklar üçün yeni imkan olmaqla bərabər, pul bazarı üçün də yeni məhsul buraxılışdır. Eyni zamanda, elektron pullar şəffaflığın artırılmasına da xidmət edir. Bu pullar vətəndaşlarımız üçün elektron yığım və hətta pul bazarında əməliyyatlar hesabına gəlir mənbəsinə də çevrilə bilər.
Təhlükəsizlik necə qorunur?
“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda hesablaşmaların aparılması, lisenziyalaşdırma və qeydiyyata dair tələblər, elektron pul təşkilatları və operatorların müqavilə əsasında fəaliyyəti, ödəniş təşkilatının və elektron pul təşkilatının filial və nümayəndəliyinin açılması, xarici ödəniş təşkilatının və xarici elektron pul təşkilatının yerli filialının lisenziyalaşdırılması, hesab üzrə məlumat xidməti təchizatçısının reyestrə daxil edilməsi və nəzarət subyektlərinin rəhbərlərinə qarşı tələblər, təhlükəsizliyin təmin olunması və digər məsələlər öz əksini tapıb. Bu isə o deməkdir ki, e-pul dövriyyəyə buraxılndan sonra təhlükəsizlik amili xüsusi olaraq diqqətdə saxlanılacaq. Bu pulu emissiya edən təşkilat həm qanunun tələblərinə, həm də MB-nin təlimatlarına əsasən, e-pulun yerləşdiyi və tranzaksiya olunduğu informasiya və ödəniş sistemlərinin təhlükəsizliyini təmin etməyə, müştərilərin maliyyə məlumatlarının saxlanması və qorunmasına, habelə həmin sistemlərin etibarlı və dayanıqlı fəaliyyətinə məsuliyyət daşıyır. Bu baxımdan “United Payment” MMC müştərilərin pul vəsaitlərini və şəxsi məlumatlarını qorumaq üçün dələduzluq hərəkətlərinin aşkar edilməsi və vaxtında qarşısının alınmasında aidiyyatı təşkilatlarl birgə bütün zəruri tədbirləri həyata keçirməli olacaq.
“SWIFT” ödəniş sisteminə inteqrasiya
Yeri gəlmişkən, bir müddət əvvəl Mərkəzi Bankda “SWIFT” təşkilatının nümayəndə heyəti ilə keçirilən görüşdə “SWIFT”in həyata keçirdiyi proqramlar və qarşıda duran strateji hədəflər, o cümlədən “G20” ölkələrinin transsərhəd ödənişləri üzrə qarşıya qoyulmuş məqsədlər barədə müzakirələr aparılıb. Bu prosesdə banklarla yanaşı, elektron pul təşkilatlarının da rolunun artırılması nəzərdə tutulur. “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nda əks etdirilmiş əsas hədəflərdən biri elektron pul və ödəniş təşkilatlarının “SWIFT” şəbəkəsinə qoşulmasıdır.
Azərbaycanda fəaliyyət göstərən elektron pul (e-pul) təşkilatlarının “SWIFT” qoşulması beynəlxalq ödəniş təchizat xidmətində yer alması və dünya maliyyə sisteminə çıxışlarının təmin olunması deməkdir. Hazırda sayı 10-a çatan e-pul təşkilatları rəqəmsal ödəniş bazarlarında daim yeni alətlərin tətbiqinə çalışır, vətəndaşların bank kanalları ilə yanaşı, bu sistem üzərində tez və asan əməliyyatlar aparmasını təmin etməklə, fiziki yüklənmələri aradan qaldırır, alternativ çıxış imkanları yaradır. Bu baxımdan, e-pul təşkilatlarının “SWIFT” şəbəkəsinə qoşulması maliyyə sektorunda müştərilərin xarici ölkələrlə köçürmələr və maliyyə mübadiləsinin aparılmasında işini asanlaşdıracaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

