İpoteka mexanizmi təkmilləşdirilir
14.11.2025 [12:05]
Prezident İlham Əliyevin təsdiqlədiyi “İpoteka haqqında” qanuna əsasən, ipoteka mexanizmində bir sıra dəyişikliklər edilib. Dəyişikliklərə əsasən, ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun mübadiləsi, müqavilənin notariat qaydasında təsdiq edilməsi və üstünlük hüququnun dövlət reyestrində qeydiyyata alınması təklif olunur. İpotekaya dair tələblərin ödənilməsində üstünlük hüququ ipoteka saxlayanlar arasında dəyişdirildikdə hüquqlar daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində qeyd alınacaq. Həmçinin ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququ dəyişdirildikdə dövlət rüsumu üstünlük hüququnun keçdiyi ipoteka saxlayan tərəfindən ödəniləcək.
56 mindən çox ipoteka krediti verilib
Hazırda nizamnamə kapitalı 1 milyard 153 milyon manata bərabər olan İpoteka və Kredit Zəmanət Fondu həm biznes, həm də vətəndaşların güzəştli kreditlərə əlçatanlığı üçün mühüm maliyyə mənbəyi rolunu oynayır. Davamlı olaraq nizamnamə kapitalını artıran bu təsisat daha çox ipoteka kreditlərini təklif etməklə, güzəştli şərtlərlə kredit təminatını icra edərək daha çox vətəndaşın güzəştli ipoteka kreditindən faydalanmasına imkan yaradır.
Qeyd edək ki, indiyədək Fond tərəfindən 56 min 149 ipoteka krediti verilib. Verilmiş ipoteka kreditlərinin məbləği isə 3 milyard 695 milyon manatdan çoxdur. Kreditlərin təxminən 1 milyard manatdan çoxu dövlət dəstəyinə ehtiyacı olan xüsusi kateqoriyaya aid şəxslərə verilmiş güzəştli ipoteka kreditləri təşkil edir. Həmin kateqoriya qrupunda son illərdə hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditinin maliyyələşdirilməsi dinamikası daha çox artır və ona maliyyə dəstəyi göstərən müvafiq bankların sayı da çoxalır. Ümumilikdə, ipoteka kreditlərindən faydalananların 70 faizə yaxınını gənclər və gənc ailələrdir.
Kiçik və orta biznes üçün zəmanət subsidiyaları
İpoteka kreditlərinin digər mühüm prioriteti biznesin maliyyə təminatını yaxşılaşdırmaqdır. Belə ki, iqtisadiyyatın tarazlı və dayanıqlı inkişafına nail olmaq, maliyyə sahəsində risklərin bölüşdürülməsinə əsaslanan kreditləşdirmə sistemini formalaşdırmaq və biznesin kredit resurslarına çıxışını genişləndirmək məqsədilə 2018-ci ildən etibarən yeni maliyyə zəmanəti mexanizmi yaradılıb. Həmin mexanizm çərçivəsində sahibkarların investisiya layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsində zəmanət hüquqları İpoteka və Kredit Zəmanət Fonduna (İKZF) həvalə edilib. Fond sahibkar¬lıq subyekt¬lərinə dövlət tərəfindən zəmanət və subsidiyaların verilmə¬sində tənzimləyici rol oynayaraq kreditlər üzrə hesablanmış faizlərin bir hissəsini subsidiyalaşdırır. Biznes üçün yeni maliyyə dəstəy¬i aləti hesab edilən bu mexanizm sahibkarların maliyyə imkanlarının geniş¬ləndirilməsi, kreditləşmə resurslarından daha səmərəli yararlanması ilə maliyyə¬ləşdirilməsi təmin edilib. İndiyə qədər dövlət tərəfindən zəmanət və subsidiya üzrə verilmiş kreditlərin məbləği 642 milyon manatı ötüb.
İndiyə qədər İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə müvəkkil banklar tərəfindən sahibkarlara 642 milyon manat məbləğin¬də kredit verilib ki, onun da 93 milyon manatı 2025-ci ilin yanvar-sentyabr aylarının payına düşür. Zəmanət verilmiş kreditlərin orta müddəti 30 ay, sahibkarllıq kreditləri üzrə hesab¬lanmış faizlərin subsidi¬yalaşdırılması hesabına sahibkarların faktiki ödəyəcəyi kredit üzrə illik faiz dərəcəsi 6,2 faiz, bir sahibkara ayrılan kreditin məbləği isə 30 min - 5 milyon manat civarında təşkil edib. Kreditlər sənaye məhsullarının istehsalı və emalı, kənd təsərrüfatı və qida sənayesi, tikinti sektoru, turizm və infrastrukturun inkişaf etdirilməsi ilə bağlısahələrə, maşın və avadanlıq istehsalına, ticarət və xidmət sektoruna yönəldilib.
Fondun zəmanət və faiz subsidi¬yası hesabına sahibkar¬lara ayrılan kreditlər vasitəsilə maliyyələşən layihələr üzrə 6000-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulub.
“Fitch Ratings” Fondun reytinqini “BBB-” səviyyəsində təsdiqləyib
Ölkəmizdə qeyri-neft sektorunun inkişafı, biznes və investisiya mühitinin əlverişliliyinin daha da artırılması, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi əsas prioritetlərdən olduğundan fond qeyri-neft sektorunda fəaliyyət göstərən mikro və kiçik sahibkarların, eləcə də emitent şirkətlərin maliyyə vəsaitlərinə əlçatanlığının artırılması məqsədilə sahibkarlıqla dəstək alətlərinin çeşidini də artırıb. Cari ildə iki yeni alətin sahibkarların manatla aldıqları kreditlərə münasibətdə kredit portfelinin təminatı, həmçinin istiqrazlar üzrə biznes təmsilçilərinin öhdəliklərinə təminat mexanizmlərinin tətbiqinə başlanılıb.
Yeri gəlmişkən, dünyanın nüfuzlu reytinq agentliyi “Fitch Ratings” bu günlərdə Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun emitent defoltunun uzunmüddətli reytinqlərini xarici və milli valyutada “BBB-” və “sabit” səviyyəsində təsdiqləyib ki, bu da ipoteka sektoruna olan inamın göstəricisidir. “Fitch” Fondun əlçatan mənzil təminatı sahəsində, həmçinin kiçik və orta biznesin (KOB) maliyyələşməsinin asanlaşdırılması yolu ilə biznesin inkişafına dəstək göstərilməsi istiqamətində mühüm funksiyalar yerinə yetirən bir qurum kimi qiymətləndirir.
Yeni kredit çeşidlərinin maliyyələşdirilməsi
Ümumilikdə, biznesin maliyyə əlçatanlığının təmin edil- məsi məqsədilə dövlətin güzəşt siyasətinin əsas məqsədi qeyri- neft sənaye sahələrinin inkişafı, kənd təsərrüfatı sahəsinin inki- şafı üzrə istehsal yönümlü və logistik xidmət layihələrinin dəstəklənməsi, anbar komplekslərinin qurulması, turizmin inkişafında dövlətin dəstəkləyici rolunun artırılması, balıqçılıq və akvakultura təsərrüfatlarının yaradılması, “yaşıl”, rəqəmsal inkişaf və innovasiya yönümlü sahələrə maliyyə qayğısının göstərilməsindən ibarətdir.
Bu baxımdan Fondla sahibkarlar arasında maliyyə vasitəçiliyinin daha da yaxşılaşdırılması üçün yeni inkişaf konsepsiyası hazırlanıb. Qarşıdakı strateji dövr ərzində kredit mexanizminin həm kəmiyyət, həm də keyfiyyət baxımından yaxşılaşdırılması, resurs əhatəliliyinin və təqdim edilən kredit çeşidlərinin artırılması hədəf kimi müəyyən edilib.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
14 Noyabr 23:40
YAP xəbərləri
14 Noyabr 23:10
Hadisə
14 Noyabr 22:52
YAP xəbərləri
14 Noyabr 22:30
YAP xəbərləri
14 Noyabr 22:18
Diaspor
14 Noyabr 21:48
Hadisə
14 Noyabr 21:27
Dünya
14 Noyabr 21:10
Dünya
14 Noyabr 20:56
YAP xəbərləri
14 Noyabr 20:34
Diaspor
14 Noyabr 20:30
Dünya
14 Noyabr 20:13
Dünya
14 Noyabr 19:52
YAP xəbərləri
14 Noyabr 19:45
Hadisə
14 Noyabr 19:37
Sosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
İqtisadiyyat
14 Noyabr 12:05
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04

