Dünya bazarında neftin qiymətinin enmə tendensiyası davam edir
22.12.2025 [14:08]
Son 6 ay ərzində ilk dəfə “Brent” markalı neftin dünya bazarındakı qiyməti 60 dollardan da aşağı düşərək 59,8 dollara satılıb. Dünya bazarında neftinin qiymətinin azalması tendensiyası davam edir və ötən həftə birjalarda baş verənlər heç də təəccüblü olmadı.
AZƏRTAC xəbər verir ki, ötən ay OPEC-in gündəlik hasilatın artırılması haqqında qərarı (300 bareldən bir qədər artıq) heç nəyi dəyişmədi. Buna baxmayaraq bazara əlavə neft daxil olmağa başladı. OPEC-in ardınca təşkilata üzvü olmayan ABŞ, Kanada, Braziliya, Qayana qarşıdakı iqtisadi böhranı nəzərə alıb hasilatı artıraraq 2026-cı ilin iqtisadi böhranını rezerv maliyyə portfeli ehtiyatını artırmaqla qarşılamağa çalışırlar. ABŞ isə Rusiyaya təzyiqi davam etdirərək Ukraynada müharibəni dayandırmağa çalışır və bunun üçün Avropadakı müttəfiqlərindən Rusiya nefti almağı yumşaq desək “qadağan” edib. Lakin Avropanın enerji təminatını ödəmək üçün ABŞ da hasilatı artırmaq qərarına gəlib.
Bazarda qiymətləri tələb və təklif müəyyən etsə də geosiyasi vəziyyət də bazara təsir edir. Belə olan halda isə qiymətlər aşağı düşür.
Ötən həftə ABŞ Prezidenti Donald Trampın nümayəndələri bir neçə dəfə Moskvaya səfər edib Prezident Vladimir Putin ilə görüşdükdən sonra qiymətlər bir az da endi. Rusiyanın “Urals” markalı nefti isə ən aşağı göstərici ilə - 44 dollardan da aşağı qiymətə satıldı. Bazar iştirakçıları və treyderlər ABŞ ilə Rusiya arasındakı danışıqların sanksiyaların aradan qaldırılacağı ilə nəticələnəcəyini güman etdilər ki, bu da tez bir zamanda bazara psixoloji təsir göstərdi. Rusiyalı analitikləri hesab edirlər ki, yalnız “Urals” deyil, eyni zamanda, Rusiyanın “Sokol”, “Vityaz”, “Sakhalin Brend”, “Siberian Laght” neft markalarının qiyməti də 15 dollara kimi düşəcək.
“Bloomberg” yazır ki, treyderlər Ukraynada müharibənin dayandırılması barədə xəbərləri pozitiv qiymətləndirdilər. Dekabrın 15-də Prezident D.Trampın “tərəflər münaqişənin həllinə çox yaxınlaşıblar” - bəyanatı qiymətlərin enmə tendensiyasını sürətləndirdi.
“Westpac Banking Corp” bankının tədqiqatlar bölməsinin rəhbəri Robert Renni isə tezliklə sülh razılaşmasının əldə olunacağını inanmadığını və qiymətlərin yenidən 60-65 dollar ətrafında olacağını bildirib. Məsələnin mahiyyəti ondan ibarətdir ki, müharibə dayansa belə həm Ukraynanın, həm də Rusiyanın dağılan şəhərlərinin, sənaye müəssisələrinin, enerji sistemlərinin, kənd təsərrüfatının və digər sahələrin bərpası üçün irihəcmli layihələr həyata keçirilməlidir, maliyyə vəsaiti xərclənməlidir ki, bu da iqtisadi fəallığı artıracaq ki, nəticədə neftin qiyməti də yüksələcək.
Neftin qiymətinin enmə səbəblərindən biri də Çinin iqtisadiyyatında yaranan durğunluqdur. Çinin rəsmi statistikasına görə son 15 ayda ölkə iqtisadiyyatının göstəriciləri 2022-ci ilin postpandemiya dövrünün göstəricilərindən də aşağı düşüb. ABŞ-ın Çinə qarşı tətbiq etdiyi gömrük rüsumlarının artırılması ixraca mənfi təsir göstərib. Bununla yanaşı, Çinin tədricən alternativ enerjiyə keçid etməsi neftin idxalının azalmasına səbəb olur. Çinin daxili bazarında daha çox elektromobilə üstünlük verilir.
ABŞ Enerji Nazirliyi 2025-2026-cı illər üçün neftin qiymətini təhlil edərək bildirib ki, bu il dünya bazarında 2,24 milyon barel neft profisiti yaranmışdısa, 2026-cı ildə bu rəqəm 2,26 milyon barelə çatacaq. Halbuki 2024-cü ildə dünya neft bazarında profisit sadəcə 0,37 milyon barel olmuşdu. Bu rəqəmlər neftin qiymətinin enmə tendensiyasının gələn il də davam edəcəyini deməyə əsas verir.
Xəbər lenti
Hamısına baxDünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21

