Azərbaycan sənayesi yeni inkişaf mərhələsində
28.10.2014 [10:08]
Dövlət qeyri-neft sektorunun mühüm bölməsi olan sənayenin inkişafına xüsusi əhəmiyyət verir
Dinamik inkişaf tempinə malik olan Azərbaycanda həyata keçirilən davamlı sosial-iqtisadi islahatlar sayəsində bütün sahələrin paralel tərəqqisi təmin edilib. Ümumiyyətlə, milli inkişafın Azərbaycan modelinin formalaşdırılması və səmərəli iqtisadi siyasət sayəsində hədəflənən nəticələrin əldə olunması, sosial-iqtisadi islahatların mütəmadi qaydada həyata keçirilməsi və digər bu kimi tədbirlər Azərbaycanın sürətli inkişafını təmin etməklə yanaşı, gələcək tərəqqinin əsaslarını formalaşdırır.
Azərbaycanın iqtisadi inkişaf modeli inkişaf etməkdə olan ölkələr üçün nümunədir
Hazırda Azərbaycanın dinamik iqtisadi inkişafı, o cümlədən, həyata keçirilən iqtisadi siyasət və formalaşdırılmış iqtisadi inkişaf modeli inkişaf etməkdə olan ölkələr üçün nümunə qismində çıxış etməkdədir. Neft gəlirlərinin səmərəli idarə edilməsi və strateji valyuta ehtiyatlarının formalaşdırılması, həmçinin iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sahələrinin tərəqqisi, regionların tarazlı inkişafı, özəl sektorun inkişaf etdirilməsi və sahibkarlığa dövlət dəstəyi kimi fundamental tədbirlər ölkəmizin iqtisadiyyatının davamlı tərəqqisini təmin edən strateji faktorlar qismində çıxış edir. Eyni zamanda, Azərbaycan dayanıqlı və dinamik beynəlxalq reytinqə malikdir. Ölkəmiz beynəlxalq miqyasda iqtisadi subyektlərin, eləcə də, milli dövlətlərin başlıca etibarlı strateji tərəfdaşlarından biri kimi çıxış etməkdədir. Belə ki, miqyasına görə regional, mahiyyətinə görə isə qlobal xarakterli layihələrdə Azərbaycan lokomotiv aktor kimi çıxış etməkdə və ölkələrarası ikitərəfli və çoxtərəfli əməkdaşlıq platformalarının formalaşmasında, inkişafında müstəsna rol oynamaqdadır. Bu isə Azərbaycanın dünya iqtisadiyyatında mövqeyini daha da gücləndirməkdədir.
Sadalananlar Azərbaycanda uğurlu iqtisadi siyasətin həyata keçirildiyini təsdiq edir. Ölkəmizin iqtisadi uğurlarının təməl faktorları qismində Prezident İlham Əliyevin "The Business Year" nəşrinə müsahibəsində bildirdiyi kimi, neft-qaz istehsalından əldə olunmuş gəlirlərin bir hissəsinin məqsədyönlü şəkildə və xüsusi proqramlar çərçivəsində qeyri-neft sektorunun inkişafına, yüksək texnologiyalı yerli sənaye müəssisələrinin yaradılmasına və milli iqtisadiyyatın şaxələndirilməsinə yönəldilməsini qeyd etmək olar. Ümumilikdə, milli sahibkarlığın hərtərəfli dəstəklənməsi, nəhəng investisiya proqramlarının icrası, sosial-iqtisadi infrastrukturların bərpası və yenidən qurulması, qabaqcıl texnologiyalara əsaslanan, rəqabətqabiliyyətli yeni istehsal müəssisələrinin tikintisi Azərbaycanın iqtisadi müstəqilliyini xeyli gücləndirib. Eyni zamanda, Azərbaycanın təşəbbüsü və iştirakı ilə gerçəkləşən qlobal əhəmiyyətli enerji layihələri ölkəmizin dünya iqtisadiyyatındakı yerini möhkəmləndirib.
Beləliklə, əsası Ümummilli lider tərəfindən qoyulan iqtisadi siyasətin Prezident İlham Əliyevin rəhbərliyi altında inamla davam etdirilməsi sayəsində Azərbaycan dünyaya iqtisadi inkişafın yeni və uğurlu modelini təqdim edib.
Sənayenin şaxələndirilməsi və modernləşdirilməsi dövlətin diqqət mərkəzindədir
Bununla yanaşı, Azərbaycan iqtisadiyyatının dinamik tərəqqisi sənaye sektorunun intensiv inkişafında ifadə olunur. Hazırda sənayenin şaxələndirilməsi və modernləşdirilməsi dövlətin diqqət mərkəzindədir.
Ümumiyyətlə, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi Azərbaycanın sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir. Bu siyasətə uyğun olaraq, ölkəmizdə qeyri-neft sektorunun mühüm bölməsi olan sənayenin inkişafına xüsusi əhəmiyyət verilir. Zəngin yerli xammal, nəhəng və çoxşəbəkəli sənaye kompleksinin imkanlarının səfərbər edilməsi sənaye sektorunun son illərdə keyfiyyət və kəmiyyət baxımından sıçrayışına təkan verib. Sənayenin strukturuna diqqət yetirdikdə qeyri-neft sənayesi sahələrinin artım tempinin daha yüksək olduğunu görmək mümkündür. Başqa sözlə, rəqabətədavamlı istehsal və emal müəssisələrinin yaradılması, yerli istehsalın stimullaşdırılması, sahibkarlara güzəştli maliyyə yardımı mexanizmlərinin gücləndirilməsi, habelə sənaye potensialının möhkəmləndirilməsi istiqamətində görülən işlər inkişaf dinamikasını qeyri-neft sektorunun xeyrinə dəyişib.
Azərbaycanda sənayenin inkişafına neft sektoru impuls versə də, ümumilikdə, maşınqayırma, metallurgiya, yeyinti və emal müəssisələri, texnologiyalar, kimya kompleksi, mədənçıxarma və filiz müəssisələri bu sahənin əhəmiyyətli dərəcədə inkişaf meyilləri ilə müşayiət olunmasına imkan yaradıb.
Digər tərəfdən, ölkədə aparılan sənayeləşmə siyasəti, sosial infrastrukturun yenilənməsi istiqamətində görülən işlər, özəl sektorun fəaliyyətinin stimullaşdırılması və azad rəqabətin inkişafı üçün yaradılan əlverişli mühit yeni iş yerlərinin açılması baxımından əhalinin rifah halının yaxşılaşdırılması, eləcə də, vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsinə əhəmiyyətli təsir edib. Həmçinin bütün bunlar sənayedə fəallığın artmasına, ölkədə özəl sektorun - kiçik və orta sahibkarlığın inkişafına güclü təkan verib.
Sənaye sektorunun sürətli inkişafı istiqamətində mövcud resurslardan səmərəli istifadə edilməkdədir
Xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycanda qeyri-neft sektorunun gələcək illərdə də inkişafını təmin etmək üçün hazırda ciddi proqramların icrasının vacibliyini nəzərə alan Prezident İlham Əliyevin 2014-cü ili "Sənaye ili" elan etməsi əhəmiyyətli addımlardan biri hesab oluna bilər.
Vurğulandığı kimi, Azərbaycan hökuməti ölkədə qeyri-neft sektorunun mühüm bölməsi olan sənayenin inkişafına xüsusi əhəmiyyət verir. Təsadüfi deyil ki, Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı Prezident İlham Əliyev qeyri-neft sektorunun gələcək illərdə də inkişafını təmin etmək üçün hazırda ciddi proqramların icra edildiyini, həmçinin növbəti illərdə də bu prosesin davam etdiriləcəyini vurğulayaraq 2014-cü ilin "Sənaye ili" olacağını elan etmişdi: "Hesab edirəm ki, bu il ölkəmizin gələcək inkişaf dinamikasını müəyyən edən sənaye sahəsinə daha da böyük diqqət verilməlidir. Texnoparklar, yeni sənaye müəssisələri, ixrac yönümlü sənaye məhsullarının istehsalı, emal müəssisələrinin, böyük sənaye komplekslərinin yaranması - bütün bu işlər ölkəmizin gələcək inkişafını təmin edəcək, neft-qaz amilindən asılılığı daha da azaldacaq və ölkə iqtisadiyyatının dayanıqlı şəkildə inkişafını müəyyən edəcəkdir. Bütün bu amilləri nəzərə alaraq, mən hesab edirəm ki, biz 2014-cü ili "Sənaye ili" elan edək. Müvafiq Sərəncam imzalanacaqdır. "Sənaye ili"ndə sənayenin inkişafı ilə bağlı görüləcək konkret tədbirlər planı tərtib və təsdiq ediləcəkdir".
Dövlət başçısı cari il martın 12-də "Azərbaycan Respublikasında 2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında Sərəncam imzaladı. 2014-cü ilin "Sənaye ili" elan edilməsində başlıca məqsəd ölkəmizin iqtisadi təhlükəsizliyini təmin etmək, xarici dövlətlərdən asılılığını minimuma endirmək, habelə, idxalı azaltmaq, istehsal etdiyimiz məhsulların rəqabətədavamlılığını artıraraq ixracatı çoxaltmaqdan ibarətdir.
Beləliklə, sənaye sektorunun sürətli inkişafı istiqamətində mövcud resurslardan səmərəli istifadə edilməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, hazırda əsas məqsədlərimizdən biri Azərbaycanı güclü sənaye ölkəsinə çevirmək üçün mümkün imkanlardan istifadə etməkdir: "Artıq sənayenin şaxələndirilməsi və modernləşdirilməsi istiqamətində müəyyən işlər görülmüşdür. Biz mövcud təbii və iqtisadi resursları istehsal dövriyyəsinə cəlb edirik, yeni istehsal sahələri və sənaye parkları yaradırıq, innovasiyaların tətbiqini sürətləndiririk. Buna görə də 2014-cü il "Sənaye ili" elan olunmuş, cari ildə həyata keçiriləcək tədbirlərin ümumi planı hazırlanmış və təsdiq edilmişdir. Eyni zamanda, "Sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nın hazırlanması nəzərdə tutulur. İnanırıq ki, topladığımız təcrübə və Azərbaycanın iqtisadi potensialı bizə məqsədlərimizə çatmaq imkanı verəcəkdir".
Nəticə etibarilə, sadalananlar deməyə əsas verir ki, Azərbaycan sənayesi yeni inkişaf mərhələsindədir.
Nurlan QƏLƏNDƏROV
İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən jurnalistlər arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

