“Vergi öhdəliklərinin yerinə yetirilməsində sosial tərəfdaşların rolu”
29.07.2015 [09:53]
Şamaxıda bu mövzuda “dəyirmi masa” keçirilib
İyulun 28-də Vergilər Nazirliyinin Tədris Mərkəzində “Vergi öhdəliklərinin yerinə yetirilməsində sosial tərəfdaşların rolu” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbirdə Vergilər Nazirliyinin, qeyri-hökumət təşkilatlarının, icra strukturlarının, bələdiyyələrin nümayəndələri və sahibkarlar iştirak ediblər.
Tədbirdə çıxış edən vergilər nazirinin müşaviri Ələkbər Məmmədov bildirib ki, müasir dövrdə vergilərin dövlət büdcəsinə vaxtında və tam həcmdə ödənilməsi, ilk növbədə, sosial tərəfdaşların dəstəyi ilə könüllü əməletməni təmin etməkdən keçir. Vergi öhdəliklərinin yerinə yetirilməsi ancaq vadaretmə deyil, vadaretmənin, xidmətin, könüllü səylərin, kommunikasiyanın və maarifləndirmənin məcmusundan ibarətdir. Ə.Məmmədov bildirib ki, Azərbaycanda vergi ödəyiciləri tərəfindən bəyannamələrin artıq 90 faizdən çoxu elektron formada təqdim olunur ki, bu da həyata keçirilən islahatların, vergi sistemində tətbiq olunan informasiya texnologiyalarının yaratdığı imkanların hesabınadır.
Qeyd edilib ki, Vergilər Nazirliyinin əsas məqsədi vergidən yayınan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi deyil, yayındırılmış vergi məbləğlərinin dövlət büdcəsinə ödətdirilməsidir. 2015-ci ilin 1-ci yarımilliyi ərzində 508 iş üzrə 29,1 milyon manat məbləğində yayındırılmış vergi məbləğinin dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Vergilər Nazirliyi könüllü əməletmə sisteminin bütün vergi ödəyicilərini əhatə etməsinə nail olmağı hədəfləyir. Könüllü əməletmə - vergi ödəyicilərinin vergi qanunlarına riayət etmələrini, gəlir məbləğlərini və vergi öhdəliklərini ədalətli və dürüst bəyan etmələrini, gəlirləri barədə bəyannamələri vaxtında, sərbəst və könüllü şəkildə təqdim etməyə şərait yaradan, başqa sözlə, vergilərin vaxtında ödənilməsini aşılayan bir sistemdir. Bu məqsədlə Vergilər Nazirliyi vergi ödəyicilərinə göstərilən xidmətlərin, xüsusən elektron xidmətlərin əhatə dairəsini genişləndirməyi nəzərdə tutur.
Vergilər Nazirliyinin vergi ödəyiciləri ilə təmasında vətəndaş cəmiyyətinin, xüsusilə də sahibkarların ictimai birliklərinin, qeyri-hökumət təşkilatlarının, təhsil müəssisələrinin mühüm rolu qeyd edilib, gələcəkdə birgə layihələrin həyata keçirilməsinin zəruriliyi önə çəkilib.
Sonra Vergilər Nazirliyinin nümayəndələri tərəfindən nazirlik tərəfindən vergi ödəyicilərinə göstərilən xidmətlər, vergi borclarının alınması və s. mövzularda təqdimatlar edilib.
“Dəyirmi masa”da vergi orqanları və biznes arasında mövcud olan əlaqənin yeni forması olan korporativ əməletmə ətrafında geniş müzakirələr keçirilib, partnyorluq, qarşılıqlı faydalara söykənən dövlət-biznes münasibətlərinin qurulması istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52

