/ / Binəqədi rayonunda 2015-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
Binəqədi rayonunda 2015-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
30.07.2015 [10:02]
İyulun 28-də Binəqədi rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 2015-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. İclası giriş sözü ilə açan Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Prezident İlham Əliyevin respublikanın rayon və şəhərlərinin sosial-iqtisadi inkişafı üçün yorulmadan həyata keçirdiyi və uzun müddət üçün hesablanmış tədbirlərin, həmçinin, bu kontekstdə hökumətin qarşısında qoyduğu vəzifələrin davamlı və uğurlu icrasının artıq son illər tendensiya halına düşərək uğurlu nəticələrini verməkdə olduğunu toplantı iştirakçılarının diqqətinə çatdırıb. Daha sonra o, hesabat məruzəsi ilə çıxış edərək dövlət başçısının yürütdüyü məqsədyönlü siyasi kurs nəticəsində 2015-ci ilin birinci yarısının da inkişaf və tərəqqi ilə başa vurulduğunu bildirib.
Qeyd edilib ki, 2015-ci ilin yanvar-iyun ayları ərzində görülən işlərin yekunu olaraq Binəqədi rayonunun sosial-iqtisadi həyatında da bir sıra nəticələr əldə olunub, sənaye sahəsində keçən ilin müvafiq dövrünə nisbətən 1 faiz, nəqliyyat sektorunda 20 faiz, rabitə sektorunda 1 faiz artım müşahidə olunub. Bəhs edilən dövrdə fəhlə və qulluqçuların orta aylıq əməkhaqqı isə 452,7 manat təşkil edib. 2015-ci ilin 6 ayı ərzində orta aylıq nominal əməkhaqqı keçən ilin müvafiq dövrünə nisbətən 0,6 faiz artaraq 406,8 manata çatıb.
Daha sonra hesabat məruzəsi ətrafında çıxış edən Binəqədi RİH başçısının müavini Aygün Əliyeva qeyd edib ki, hesabat dövrü ərzində sakinlərin kommunal sahədə, həmçinin, digər sosial sahələrdə mövcud olan bir sıra problemləri öz müsbət həllini tapıb. “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın uğurlu icrası nəticəsində rayonda ətraf mühitin qorunması, sahibkarlığın dəstəklənməsi, vətəndaşların firavan yaşayışı üçün zəruri infrastrukturun yaradılması, o cümlədən, səhiyyə, təhsil, mədəniyyət, gənclər və idman, əhalinin sosial müdafiəsi sahələrində keyfiyyətli xidmətlərin göstərilməsinə nail olunub, genişmiqyaslı işlər görülüb. Həmçinin, Proqrama əsasən Bakı Atıcılıq Mərkəzinin sökülərək yenidən qurulması və Dağ Velosipedi yarışları üçün Veloparkın inşası işləri 2015-ci ilin martında yekunlaşıb, yeni “Gənclər evi”nin istifadəyə verilməsi ilə əlaqədar tamamlanma işləri başa çatdırılıb. 2015-ci ildə Bakı şəhərində birinci Avropa Oyunlarının keçiriləcəyi idman komplekslərinin bir neçəsinin rayon ərazisində yerləşməsi, həmçinin, komplekslərə gedən marşrutun bir hissəsinin Binəqədi rayonu ərazisindən keçməsi səbəbindən, son illər Binəqədi rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri daha da intensivləşib.
Çıxış edən Binəqədi rayon Məşğulluq Mərkəzinin direktoru Məhəmməd Hacıyev bildirib ki, 2015-ci il iyulun 1-i tarixinə olan məlumata əsasən, Binəqədi rayonunda 3361 yeni iş yeri açılıb ki, bunun da hamısı daimi iş yerləridir. Hesabat dövründə işlə təmin olunmaq məqsədilə 985 nəfər vətəndaş müraciət edib ki, bunlardan 334 nəfəri, o cümlədən, 87 nəfəri qadın olmaqla müxtəlif sahələrdə daimi işlə təmin edilib və 92 nəfər isə müxtəlif peşə kurslarına cəlb olunub.
Daha sonra “1646” Sakinlərin Müraciət Xidmətinin rəisi Anar Səfərov çıxış edərək hesabat dövrü ərzində Xidmətə daxil olan müraciətlərin icra vəziyyəti barədə məlumat verib.
Şura iclasının qərar layihəsi oxunduqdan sonra Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının təltif edilməsi haqqında” 22 iyun 2015-ci il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanovu təltiflə əlaqədar təbrik edib.
İclasa yekun vuran Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov qarşıda duran vəzifələrdən danışaraq bəzi nöqsanların aradan qaldırılması ilə bağlı tapşırıqlarını verib.
Xəbər lenti
Hamısına baxGündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54

