Bu ilin birinci yarısı Qax rayonunda da bir sıra uğurlarla yadda qalıb
01.08.2015 [10:41]
Qax rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 2015-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. İclası giriş sözü ilə açan Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmizdə cəmiyyət həyatının müxtəlif sahələrində əldə edilən nailiyyətlər barədə danışıb.
Daha sonra hesabat məruzəsi ilə çıxış edən Musa Şəkiliyev deyib ki, 2015-ci ilin birinci yarısında Qax rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı 40 milyon 403 min manat olub. Ötən ilin eyni dövrü ilə müqayisədə məhsul buraxılışının ümumi həcmi 618 min manat artıb. İlin ilk 6 ayında rayonda 3 milyon 96 min manatlıq sənaye məhsulu istehsal olunub. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 390 min manat çoxdur. Kənd təsərrüfatı məhsulları istehsalı isə əvvəlki ilə nisbətən 2 milyon 882 min manat artaraq 17 milyon 45 min manat təşkil edib. Bu müddətdə rayonda hamısı daimi olmaqla 172 yeni iş yeri açılıb.
Bildirilib ki, ilin birinci yarısında rayonda 2 milyon 602 min manatlıq tikinti-quraşdırma işləri həyata keçirilib. Cəlayir kəndində tibb məntəqəsi tikilib istifadəyə verilib, Qax şəhərində hər biri 100 yerlik 2 uşaq bağçasının, həmçinin, Kənd Təsərrüfatı Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi üçün yeni inzibati binaların, Əmbərçay kəndində Qarabağ müharibəsi əlilləri üçün 2 fərdi evin tikintisi davam etdirilib.
Qeyd olunub ki, 2015-ci ilin ölkəmizdə “Kənd təsərrüfatı ili” elan edilməsi ilə əlaqədar aqrar sahədə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ilin birinci yarısında rayonda bütün növ kənd təsərrüfatı məhsulları istehsalında artım qeydə alınıb. Fermerlər 10 min 867 hektar taxıl sahəsindən 28 min 534 ton məhsul götürüblər. Hər hektardan orta məhsuldarlıq ötən illə müqayisədə 12,3 sentner artaraq 26,3 sentner təşkil edib.
Məruzədə, həmçinin, əhalinin elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatının yaxşılaşdırılması sahəsində görülən işlərdən geniş bəhs edilib. Bildirilib ki, ötən müddət ərzində Şotavar kəndinə təbii qaz verilib, 6 kəndə qaz xəttinin çəkilişi davam etdirilib. Əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 6 kənddə artezian quyusu qazılıb istifadəyə verilib. Hazırda 2 kənddə bu işlər davam etdirilir.
İclasda, həmçinin, 2015-ci ilin birinci yarısında əhalinin digər xidmətlərlə təminatının yaxşılaşdırılması, vətəndaşların ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlər geniş təhlil olunub, qarşıda duran vəzifələrdən bəhs edilib.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:03
YAP xəbərləri
07 Sentyabr 20:57
YAP xəbərləri
07 Sentyabr 20:51
YAP xəbərləri
07 Sentyabr 20:48
YAP xəbərləri
07 Sentyabr 20:47
Hadisə
07 Sentyabr 20:42
Dünya
07 Sentyabr 20:34
Dünya
07 Sentyabr 20:18
Sosial
07 Sentyabr 19:50
İqtisadiyyat
07 Sentyabr 19:26
Fotoqalereya
07 Sentyabr 19:12
Dünya
07 Sentyabr 18:34
Din
07 Sentyabr 17:55
Sosial
07 Sentyabr 17:28
Maraqlı
07 Sentyabr 17:25
YAP xəbərləri
07 Sentyabr 17:24
Dünya
07 Sentyabr 16:31
Sosial
07 Sentyabr 15:52
İqtisadiyyat
07 Sentyabr 15:52
Elanlar
07 Sentyabr 15:21
Dünya
07 Sentyabr 15:17
İqtisadiyyat
07 Sentyabr 14:58
İqtisadiyyat
07 Sentyabr 14:57
Dünya
07 Sentyabr 14:26
Sosial
07 Sentyabr 14:10
Sosial
07 Sentyabr 14:10
Siyasət
07 Sentyabr 14:09
YAP xəbərləri
07 Sentyabr 13:53
Gündəm
07 Sentyabr 13:28
Dünya
07 Sentyabr 13:19
Dünya
07 Sentyabr 12:35
Siyasət
07 Sentyabr 12:22
Sosial
07 Sentyabr 12:19
Dünya
07 Sentyabr 11:41
Dünya
07 Sentyabr 11:13
Dünya
07 Sentyabr 10:58
İqtisadiyyat
07 Sentyabr 10:57
Sosial
07 Sentyabr 10:56
Sosial
07 Sentyabr 10:55
YAP xəbərləri
07 Sentyabr 10:29
Dünya
07 Sentyabr 10:24
Gündəm
07 Sentyabr 10:20
Dünya
07 Sentyabr 09:42
Dünya
07 Sentyabr 09:15
Dünya
07 Sentyabr 08:50
Dünya
07 Sentyabr 08:37
Dünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40

