/ / Mehdi Möhtəşəmi: İran ilə Azərbaycan arasında enerji, nəqliyyat, ticarət sahələrində əməkdaşlıq üçün geniş potensial var
Mehdi Möhtəşəmi: İran ilə Azərbaycan arasında enerji, nəqliyyat, ticarət sahələrində əməkdaşlıq üçün geniş potensial var
04.08.2015 [01:36]
“Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfəri iki ölkə arasında əldə olunan razılıqlarla bağlı həyata keçirilən işləri nəzərdən keçirmək və qarşılıqlı əlaqələrin gələcək inkişafını təmin etmək məqsədi daşıyır”.
Bu sözləri AZƏRTAC-a müsahibəsində İran-Azərbaycan hökumətlərarası komissiyanın katibliyinin rəhbəri Mehdi Möhtəşəmi deyib.
İran-Azərbaycan əlaqələrinin çox qədim tarixə malik olduğunu vurğulayan M.Möhtəşəmi bildirib ki, iki ölkə arasındakı münasibətlər həmişə yaxşı səviyyədə olub: “Biz iki qonşu ölkəyik. Bizi bir-birimizə mədəni, tarixi, dil və dini dəyərlər bağlayır və biz bir-birimizdən ayrı ola bilmərik. Hər iki ölkənin gələcəyi bir-birinə çox bağlıdır. Bizim qonşu olmağımız və bir-birimizə bağlılıqlarımız əlaqələrimizin də yaxşı olması zəruriliyini yaradır. Bizə qonşu ölkələr arasında bəziləri var ki, digərlərinə nisbətən çox seçilirlər və Azərbaycan bizim üçün həmin seçilmiş ölkələrdəndir”.
M.Möhtəşəmi qeyd edib ki, iki ölkə arasında enerji, nəqliyyat, ticarət və digər sahələrdə əməkdaşlıq üçün geniş potensial mövcuddur. Mövcud potensialdan istifadə etməklə hər iki ölkə öz iqtisadi inkişafı naminə və digər ölkələrin bazarlarına, o cümlədən Avropa bazarlarına çıxa bilmək üçün birgə proqramlar həyata keçirə bilər. Azərbaycanın İran vasitəsilə Fars Körfəzi ölkələrinə, Mərkəzi Asiya ölkələrinə çıxışı təmin olunar.
Diqqətə çatdırılıb ki, belə səfərlər, görüşlər müvafiq qurumlar arasında koordinasiya aparılması və hansısa məsələnin yerinə yetirilməsində ləngimələrin qarşısının alınması məqsədilə həyata keçirilir: “Hər iki tərəf əlaqələrin inkişafında mövcud maneələrin aradan qaldırılmasını müzakirə edir və çıxış yolları tapır. Bu baxımdan İran-Azərbaycan hökumətlərarası müştərək iqtisadi komissiyasının həmsədri, İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevi İrana səfərə dəvət edib”.
Xəbər lenti
Hamısına baxDünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36

